Əsas Səhifə > Partiya, Güney Press > "...Təhlükəsizlik koridoru və siyasi savaşın əsasları yaranır"

"...Təhlükəsizlik koridoru və siyasi savaşın əsasları yaranır"


8-03-2021, 08:18
"...Təhlükəsizlik koridoru və siyasi savaşın əsasları yaranır"
"Ölkənin siyasi həyatında maraqlı, görünən dərəcədə ciddi proseslər başlayır. Yeni Azərbaycan Partiyasının (YAP) koronavirus dönəminin səssiz qurultayında qarşıda mühüm proseslərin bir necə istiqamətdə başlanğıcı görünür".

Bu barədə "Şərq"qəzetinin baş redaktoru, tarix elmi üzrə fəlsəfə doktoru, araşdırmaçı jurnalist Akif Aşırlı bildirib.

Baş yazar qeyd edib ki, ən mühüm istiqamətlərdən biri, vaxtilə Əbülfəz Elçibəy hakimiyyəti dönəminin milliyyətçi qüvvələrinin, siyasi qurumlarının ikisinin YAP - a birləşmək istəyidir:

"Ə.Elçibəyə ən yaxın siyasi qüvvələrdən olan, sosial baza deyil, ideoloji baxımdan diqqəti həmişə özünə çəkən Rafiq Turabxanoğlunun hakim partiyaya keçidi düşünməyə xeyli əsaslar verir. Sosial mediada Rafiq bəyin YAP - la birləşmək istəyi təkzib olunsa da, onun özü elə indi yayımlanan videosunda məlumatları birmənalı inkar etmədi. Deməli, razılıq var. Dövlət yetkililəri ilə müzakirələr aparıldığını da bildirdi. Hətta Azərbaycanı gözləyən real təhlükələrdən qorumaq üçün adı partiya olsa da, belə bir quruma ciddi ehtiyac olduğunu vurğuladı. Deməli, YAP yeniləşməni iki istiqamətdə aparmaqda qərarlıdır. Qərb təhsili görmüş gənclərlə milliyyətçi kəsimin birliyini yaradıb dövlətin təhlükəsizlik koridorunu təşkil etmək, gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək ən əlverişli yol kimi qəbul olunur.

İkinci məqam, bütün strukturlarda Türkiyənin hazırkı dövlət modelinə keçidi hədəfləyən İlham Əliyev hakimiyyəti növbəti seçkilərdə Ərdoğanın "Cümhurittifaqı"na bənzər güc formatında siyasi savaşa başlayacağının indidən əsaslarını yaradır.

Geri qayıt