Əsas Səhifə > Partiya, Güney Press > "İstənilən halda Azərbaycan öz vətəndaşlarını qorumaq üçün prosesi aparacaq"

"İstənilən halda Azərbaycan öz vətəndaşlarını qorumaq üçün prosesi aparacaq"


27-03-2021, 10:20
"İstənilən halda Azərbaycan öz vətəndaşlarını qorumaq üçün prosesi aparacaq"
Ümumdünya Səhiyyə Təşkilatı, UNİCEF, COVAX, Epidemiya Əleyhinə Mübarizə Təşkilatının birgə layihəsi ilə vaksinlərin ayrı-ayrı ölkələrə ədalətli bölgüsü ilə bağlı ümumi razılaşma var. Azərbaycan COVAX formuluna imza atıb və ora kifayət qədər vəsait ödəyib. Ancaq qəribədir ki, bu günə qədər biz oradan bir doz belə vaksin ala bilməmişik.

Bu fikirləri Teleqraf.com-a tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.

O bildirib ki, Azərbaycan bu qurumla yanaşı Türkiyə ilə birlikdə Çin vaksinini əldə edərək Cənubi Qafqazda vaksinasiya edən ilk ölkə oldu:

“İstənilən halda Azərbaycan öz vətəndaşlarını qorumaq üçün prosesi aparacaq. Amma iş ondadır ki, dünyada vaksinlərin ədalətli bögüsü prosesinə əməl edilmədi. Necə ki bizim ərazi bütövlüyümüz məsələsinə uzun illər ikili standartla yanaşırdılar, sanki bu məsələdə də ikili standartları müşahidə etdik”.

Professor COVAX ilə bağlı sual da edib:

“Necə olur ki, bu qurum qonşu və dost Gürcüstana peyvənd çatdırır, amma Azərbaycana çatdırmır? Məhz bu səbəbdən də Azərbaycan haqlı olaraq fərdi şəkildə Çin vaksinlərini aldı. Yəni dövlət öz imkanlarını səfərbər edib və öz vətəndaşlarını pandemiyadan qoruyur və vaksinasiya həyata keçirir. Yəni biz öz genofondumuzu qoruyuruq. Bu mənada dövlətin öz xətti ilə COVAX-dan kənar vaksinlər əldə etməsi ciddi və əhəmiyyətli addımdır. Beləcə biz maksimum vətəndaşlarımızı qoruyacağıq. Amma təəssüflər olsun ki, dünya da bu məsələdə öz ədalətsizliyini sübut etdi”.

Geri qayıt