Əsas Səhifə > Partiya, Güney Press > “Tədbir Bakıda keçirilsə daha məqsədəuyğun olar”
“Tədbir Bakıda keçirilsə daha məqsədəuyğun olar”26-10-2021, 10:02 |
Zəfər Günü yaxınlaşır. Ötən ilin 44 günlük Vətən müharibəsi zamanı noyabrın 8-də Azərbaycanın Müzəffər Ordusu Şuşanı işğaldan azad etdi. Şuşanın işğaldan azad olunması müharibədə həlledici rol oynadı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Noyabrın 10-da Azərbaycan, Rusiya liderlərinin və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanat imzaladı. Bəyanata görə Kəlbəcər, Ağdam və Laçın rayonları qan tökülmədən azad edildi. Beləliklə, Vətən müharibəsi nonyabrın 10-da tarixi qələbə ilə başa çatdı. Bu qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. Zəfər Gününün təsis edilməsi haqda Azərbaycan Prezidentinin fərmanına görə, hər il noyabrın 8-də Zəfər Günü təntənəli şəkildə qeyd ediləcək. Bəs Zəfər Gününün birinci ildönümü münasibətilə hansı rəsmi tədbirlər olacaq? Tədbirlər Şuşada, yoxsa Bakıda qeyd olunacaq? Parad keçiriləcəkmi? Qeyd edək ki, son günlərdə sosial şəbəkələrdə noyabrın 8-də Zəfər Günü ilə bağlı Bakıda hərbi parad keçiriləcəyi ilə bağlı məlumatlar yayılmaqdadır. Lakin bununla da bağlı hələlik rəsmi bir məlumat yoxdur. Qanunsuz verilmiş mənzillər alınıb ehtiyacı olan jurnalistlərə verilməlidir" - Fazil Mustafa » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı Mövzu ilə bağlı millət vəkili Fazil Mustafa “Yeni Müsavat”a danışıb: “Düşünürəm ki, Zəfər Gününün birinci ildönümü ilk dəfə rəsmi şəkildə geniş keçiriləcək. Xatırladım ki, ötən il bir qədər vaxtı gecikmiş halda, dekabrda Zəfər Paradı keçirildi. Ola bilsin ki, bu il də Bakıda parad keçirilsin. Lakin fikrimcə, bu cür böyük tədbirləri yalnız Bakıda keçirmək olar. Çünki Şuşada olarsa, bu, çox lokanik şəkildə həyata keçirilə bilər, ora çox adamı yığmaq mümkün deyil. Əhalinin də bu məsələdə həssaslığını nəzərə alaraq daha çox Bakıda keçirilməsi məqsədəuyğundur. Zəfər bayramında haqqı olan insanların sayı çoxdur. Onların əksəriyyətinin iştirak etməsini təmin etmək vacibdir, çünki sonradan müəyyən dərəcədə narazılığa və incikliyə səbəb ola bilər. Bu baxımdan düşünürəm ki, Zəfər Günü tədbiri Bakıda keçirilsə daha məqsədəuyğun olar". Millət vəkili Elman Nəsirov da qeyd etdi ki, hələlik Zəfər Günü ilə bağlı hansı rəsmi tədbirlərin keçiriləcəyi haqda məlumat yoxdur: “Yalnız onu deyə bilərəm ki, oktyabrın 26-da Yeni Azərbaycan Partiyası (YAP) ilə Türkiyənin Ədalət və İnkişaf Partiyası (AKP) birgə onlayn konfrans keçirəcək”. “Yeni Müsavat” Geri qayıt |