Əsas Səhifə > Partiya, Güney Press > "Qiyamətə qədər ermənilər Azərbaycana qarşı iddia ilə çıxış edə bilməz"
"Qiyamətə qədər ermənilər Azərbaycana qarşı iddia ilə çıxış edə bilməz"1-11-2021, 09:48 |
“Ermənistan artıq güclənərək ortaya iddia qoya bilməz. Bunu məntiq və elmi baxımdan demək olar. Məsələn, insan resursu baxımından biz 10 milyon, Ermənistan maksimum 2 milyondur. Onlar 10 milyon olanda, biz 100 milyon olacağıq. Ərazi baxımından da Azərbaycan Ermənistandan azı 4 dəfə böyükdür. İddia baxımından bizimki daha çox ola bilər ki, nəinki onlarınkı. İqtisadi, milli sərvətlər baxımından da Ermənistandan 100 dəfə güclüyük. Nəhayət, müttəfiqlər baxımından da Ermənistandan öndəyik. Mən bu müqayisəyə mədəniyyət və tarixi əlavə etmirəm. Bu mənada qiyamətə qədər ermənilər Azərbaycana qarşı iddia ilə çıxış edə bilməz”. Bunu Reyting.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, əslində “Böyük Ermənistan” anlayışının haylara aidiyyəti yoxdur: “Qədim ərmənilər qıpçaq türkləridir. Onların dediyi “Böyük Ermənistan” indiki ermənilərin başa düşdüyü formada deyil. Təəssüflər olsun ki, qonşularımız tarixi saxtalaşdırıblar. Heradotun adından yalançı xəritələr düzədiblər. Rus tarixçiləri də bu xəritələrin əsli ilə uyğun gəlmədiyini, qədim tarixdə ərmənistan adında yer olmadığını bildiriblər”. ADP sədri qeyd edib ki, indi ermənilərin özü “Böyük Ermənistan” ideyasının saxta və qurama olduğunu, erməni xalqının bu yalanların qurbanına çevrildiyini deyirlər: “Ermənistanın ən böyük alimləri də bunu deyir. Ermənilərin son 200 ilə bir böyük hökmdarı belə olmayıb. Onların tarixə məlum olan hökmdarı Aşotdur. O da Pompoe ilə vuruşub. Bu da İtaliya tarixində var. O halda bunun Qafqaza nə aidiyyəti? Onlar tarixi saxtalaşdırmaqla uzağa gedə biməzlər”. S. Cəlaloğlu bildirib ki, ermənilər daha çox albanların tarixinə sahib çıxmağa çalışıblar: “Amma albanların da haylara aidiyyəti yoxdur. Dünya alimləri ermənilərin hibrid, yəni bir neçə millətdən ibarət olduğunu bildirir. Şahnazarov da etiraf edir ki, milləytcə türkdür, amma dininə görə ermənidir”. ADP sədri əmindir ki, 44 günlük Vətən müharibəsi Ermənistana dəhşətli zərbə vurub və ermənilər bir daha “ayaqlarını yorğanlarından kənara uzatmağa” cəhd etməyəcək: “Etsələr, daha pis duruma düşəcəklər. Artıq son 30 ildə dəbdə olan və guya 100 ildir ki, mübarizə apardıqları “Myatsum” və “Dənizdən-dənizə böyük Ermənistan” məhv olub”. Geri qayıt |