Əsas Səhifə > Partiya, Güney Press > "Qazaxıstan Türkiyədən sonra Turan dövlətləri içərisində ən güclü dövlətdir"
"Qazaxıstan Türkiyədən sonra Turan dövlətləri içərisində ən güclü dövlətdir"8-01-2022, 08:32 |
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 4-cü maddəsinin 5-ci bəndində açıq şəkildə göstərilib ki, əgər bir dövlətin ərazisinə başqa bir dövlətin müdaxiləsi baş verməyibsə, ora ordu göndərmək olmaz. Müdaxilə baş verəcəyi təqdirdə təşkiltat sülməramlı missiya həyata keçirçək üçün ordu hissələri göndərə bilər. Ancaq Qazaxıstanda isə ikinci bir dövlətin müdaxiləsi baş verməyib və daxili qarşıdurma yaranıb. Buna görə də ora hərbçilərin göndərilməsi yolverilməzdir”. DİA.AZ xəbər verir ki, bu sözləri Bizimyol.info saytına açıqlayan politoloq Cümşüd Nuriyev Rusiyanın bu canfəşanlığının arxasında da öz maraqlarının dayandığını diqqətə çatdırdı: “Artıq bir neçə aydır ki, bu ölkənin telekanalları Vladimir Jirinovskinin dili ilə həm ordakı ruslara, ölkəni dərhal tərk etməsi ilə bağlı müraciətlər edilirdi. Onlara həm Rusiya vətəndaşlığı almaları tövsiyə olunur, həm də Kreml hokumətindən həmin ruslara Rusiya pasportunun verilməsi tələb olunurdu. Pavlodar və Taldı-Kurqan vilayətlərində yaşayan rusları Sibirə yaxın olduqları və həmin şəraiti yaxşı bildikləri üçün gələcəkdə Çinin Rusiyaya müdaxiləsinin qarşısını almaqdan ötəri Uzaq Şərqə göndərmək istəyirlər. Bundan başqa, Qazaxıstan Türkiyədən sonra Turan dövlətləri içərisində ən güclü dövlətdir. Digər Orta Asiya ölkələrindən fərqli olaraq ancaq bu ölkənin Rusiya ilə sərhədləri var. Buna görə də Moskva bu ölkəyə özünün bufer dövləti kimi baxır”. 28 dekabr 2021-ci ildə Sankt-Peterburqda keçirilən görüşdə Nursultan Nazarbayevin SSRİ-nin yaradılmasına razılıq vermədiyini deyən politoloqin sözlərinə görə, cəmi 2-3 gün sonra bu hadisələr başladı: “Bu da mənə Azərbaycan-İran sərhəddi söküldükdən bir neçə gün sonra Bakıda başlayan 1990-cı il proseslərini və 20 Yanvar qırğınlarını xatırlatdı. Nədənsə, bu ayda ruslar bu ayda qırğınlar törətməyi sevirlər. Bu dəfə isə qardaş qazax xalqı yanvar qırğınlarının qurbanı seçildi”. Bu quruma hazırda Ermənistanın rəhbərlik etdiyini deyən politoloqun sözlərinə görə, hazırda Nikol Paşinyanın Rusiyanın tapşırığını icra etməsi üçün əlverişli şərait yaranıb: “Paşinyan da öz erməni xislətinə uyğun olaraq, sülh maskasını çıxartdı və əsl maskasını taxdı. Burada həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına zərbə vurulur. Ermənistan isə KTMT-nin yeni müvəqqəti sədri kimi, öz planlarını sürətlə həyata keçirməyə başladı. Öz ordusunun darmadağın olmasına baxmayaraq, 70 hərbçisini sülhməramlı qüvvələrin tərkbində Qazaxıstana göndədi. Bu ssenari də məlumdur ki, bütünlüklə Rusiya tərəfindən hazırlanıb. Sülhməramlı qüvvələrinin tərkibində olan rus desantları ən azğın və ən qəddar hərbçilərdən ibarətdir. Əgər ölkədə qarışıqlıq baş verərsə, belorus, tacik, hətta erməni əsgərləri xalqa qarşı bir güllə də olsun açmayacaqlar. Onlar ola bilsin ki, sühməramlı kimi ictimai təhlükəsizliyin təmin olunması üçün fəaliyət göstərsinlər. Ancaq ruslar xalqa qarşı silah qaldıra və daha çox qazax öldürə bilərlər”. KTMT-nin Qazaxıstana silahlı birləşmələr göndərməsi nə dərəcədə doğrudur? Ümumuyyətlə, əgər Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev müraciət etməsəydi, belə bir missiyaya ehtiyac vardımı? Belə bir müraciətə ehtiyacın olmadığını deyən C.Nuriyevin dediyinə görə, görünür, Qazaxıstan prezidenti ilk günlərdən Rusiya xüsusi xidmət orqanlarının nəzarətində olub: “Bu müraciət qazax xalqının maraqlarına ziddir. Belə desək, öz hakimiyyətini qorumaqdan ötəri xalqın və dövlətin maraqlarını satmaqdan başqa bir şey deyil. Bu da onun üçün elə də asan başa gəlməyəcək, daha doğrusu bunun cəzasını alacaq. Qazax xalqı xəyanəti və satqınlığı sevməyən bir xalqdır və nəinki prezidenti, hətta onu bu işə sövq edənlərində cəzasını verəcək. Təəssüf ki, onun prezidentlik missiyası Qazaxıstanın işğalı ilə nəticələndi. Mövcud nizamnamə və beynəlxalq hüquq isə Rusiyanın hər hansı bir missiya ilə Qazaxıstan ərazisinə girməyə icazə vermir”. Qazaxıstan hadisələrinin arxasında Rusiyanın olduğu bildirilir. Amma Tokayev sonda Rusiya nəzdində KTMT-dən yardım istəməyə məcbur oldu. Belə olan halda, rus komandanının rəhbərliyi etdiyi qüvvələr ölkədəki sabitliyin bərpa olunmasına nə qədər kömək edə bilərlər? Rusiyanın bu hadisələrin arxasında olduğunu təsdiq edən həmsöhbətimizin sözlərinə görə, KTMT birmənalı şəkildə Moskvanın nəzarəti altındadır: “Təşkilatın əsas maliyyəçisi də bu ölkədir. Hətta ordu da bu ölkəyə məxsusdur. Rusiya komandanlığının “daxili sabitliyi bərpa etməsi” üçün kifayət qədər qazax vətəndaşını öldürəcəyi şübhəsizdir. Çünki, Tokayev müraciətində, hakimiyyətə tabe olmayanları məhv etməsini xahiş edib. Artıq 27 nəfərin zərərsizləşdirildiyini bəyan ediblər, amma onlar etiraf etməsələr də, güllələyiblər. Bir neçə hüquq-mühafizə orqanı əməkdaşının başının kəsilməsi faktı da bizə tanış ssenaridir. Bütün oyunların arasında Rusiya dayanır. Görünən odur ki, Vladimir Putin öz maraqlarının araxında dayanmaq üçün, daha doğrusu keçmiş SSRİ-nin 100 illiyinin tamam olduğu 2022-ci ildə imperiyanın başqa bir ad altında bərpa etmək üçün öz istəklərini həyata keçirməkdən əl çəkməyib. Tokayev isə ona planlarının həyata keçməsi üçün böyük bir şans verdi və təkcə öz xalqına və dövlətinə qarşı deyil, bütövlükdə türk dünyasına qarşı xəyanət etdi”. Geri qayıt |