Əsas Səhifə > Partiya, Güney Press > "Onlar bizim ərazilərimizi Bakı kimi qeyd edirlər..."

"Onlar bizim ərazilərimizi Bakı kimi qeyd edirlər..."


13-04-2023, 03:06
"Onlar bizim ərazilərimizi Bakı kimi qeyd edirlər..."
Politoloq Qabil Hüseynli TV Müsavat-ın efirində aparıcı Emil Salamoğlunun qonağı olub.

DİA.AZ xəbər verir ki, politoloq cəbhədəki son təxribatlar zamanı İranın Azərbaycana qarşı əməllərindən danışıb: "SEPAH qüvvələri təxribat zamanı sərhədboyu Azərbaycan ərazilərini kamera ilə videoya çəkərək Ermənistana ötürüblər. Alçaqlığın başqa nümunəsinə rast gəlməmişik. Onlar bizim ərazilərimizi Bakı kimi qeyd edirlər, Azərbaycan Respublikası adlı bir deyim onlar üçün yoxdur. Bundan sonra biz də İranın adını Cənubi Azərbaycan kimi qeyd etməliyik. Onların cavabını belə verməliyik".
Geri qayıt