Əsas Səhifə > Partiya, Güney Press > "Təcrübə onu göstərir ki, onlar heç nəyi nəzarətdən qaçırmırlar"

"Təcrübə onu göstərir ki, onlar heç nəyi nəzarətdən qaçırmırlar"


14-04-2023, 11:46
"Təcrübə onu göstərir ki, onlar heç nəyi nəzarətdən qaçırmırlar"
Tanıdığım çox zəhmətkeş bir bənna var. Oğlu 4 dəfə Dövlət İmtahan Mərkəzinin keçirdiyi Ədliyyə orqanlarına qulluğa qəbul imtahanlarında yüksək nəticə toplayıb. Ədliyyə nazirliyinin müsahibə komissiyası 4 dəfə bu gəncin ümidlərini puç edir. Biz, Milli Məclisdə dəfələrlə çıxışlarımızda müsahibə mərhələsinin götürülməsini təklif etmişik. Müsahibə mərhələsi çox vaxt Dövlət İmtahan Mərkəzinin imtahanlarını şübhə altına alır. Gözəl insan və əvəzsiz bənnanın tanıdığım mədəni və əxlaqlı oğlunu çox pessimist gördüm. Gənc yorulub və bir daha imtahanlarda iştirak etməyəcəyini mənə söylədi. Dövlət İmtahan Mərkəzinin İmtahanlarında yüksək bal toplayanları vakant yerlərə uyğun olaraq sıralama ilə yerləşdirmək lazımdır. İşçinin gələcəkdə özünü doğruldub-doğrultmaması başqa məsələdir. Qurumlarda işçinin fəaliyyətini izləyən şöbələr fəaliyyət göstərir və təcrübə onu göstərir ki, onlar heç nəyi nəzarətdən qaçırmırlar.

Etibar Əliyev - millət vəkili
DİA.AZ

Geri qayıt