Əsas Səhifə > Partiya, Güney Press > “Konstitusiya Məhkəməsində elə hakimlər var ki, Fikrət Məmmədov onlardan daha biliklidir”

“Konstitusiya Məhkəməsində elə hakimlər var ki, Fikrət Məmmədov onlardan daha biliklidir”


26-02-2024, 11:35
“Konstitusiya Məhkəməsində elə hakimlər var ki, Fikrət Məmmədov onlardan daha biliklidir”
“Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi kimi vəzifəsinin öhdəsindən necə gələcəyini bilməsəm də deyə bilərəm ki, Azərbaycanda kifayət qədər başqa mütəxəssislər var ki, bu işin öhdəsindən daha yaxşı gələ bilərlər.

Ancaq eyni zamanda Konstitusiya Məhkəməsində elə hakimlər var ki, Fikrət Məmmədov onlardan daha savadlı və biliklidir”.

Bunu Gununsesi.info-ya açıqlamasında vəkil Əkrəm Həsənov sabiq ədliyyə naziri Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi təyin olunmasını şərh edərkən deyib.

Qeyd edək ki, 20 ildən artıq müddətdə ədliyyə naziri postunu tutan Fikrət Məmmədov ancaq nazir kimi qərarlar verib, əmrlər imzalayıb.

Onun peşəkar hüquqçu kimi Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə nə dərəcədə uyğun olub-olmamasına gəlincə, Əkrəm Həsənov deyir ki, sırf qanunvericilik nöqteyi-nəzərdən heç bir problem yoxdur:

“Qanunvericilik baxımından problem yoxdur”.

Geri qayıt