Əsas Səhifə > Partiya, Güney Press > Deputatın köməkçisi ölkədən qaçıb

Deputatın köməkçisi ölkədən qaçıb


16-03-2024, 08:14
Deputatın köməkçisi ölkədən qaçıb
Milli Məclisin üzvü Erkin Qədirlinin köməkçisi Nicat Məmmədli Azərbaycanı tərk edib.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, deputatın köməkçisi Amerika Birləşmiş Ştatlarına mühacirət edib.

Məsələ ilə bağlı Erkin Qədirlinin mövqeyini öyrənməyə çalışsaq da danışmaq cəhdimiz baş tutmadı.

Qeyd edək ki, Milli Məclisin rəsmi saytında digər deputatlardan fərqli olaraq, Nicat Məmmədlinin adı köməkçiləri siyahısında əks olunmayıb.

REAL Partiyasının adının çəkilməsini istəməyən funksionerlərindən biri də belə bir olayın olduğunu təsdiqləyib.

Geri qayıt