Əsas Səhifə > Partiya, Güney Press > Aydın Mirzəzadə uğurlu seçki kampaniyasını davam etdirir

Aydın Mirzəzadə uğurlu seçki kampaniyasını davam etdirir

22-08-2024, 13:15
Aydın Mirzəzadə uğurlu seçki kampaniyasını davam etdirir
Milli Məclisə növbədənkənar seçkilərdə 54 saylı Mingəçevir seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Aydın Mirzəzadənin seçicilərlə intensiv görüşləri davam edir.

Dia-az.İnfo xəbər verir ki, hər təbliğat günü ərzində 2-3 görüş keçirən namizəd təmsil etdiyi partiyanın seçki şüarı - "Yeni dövrə Yeni Azərbaycanla" şüarını rəhbər tutaraq fəaliyyət göstərir.

Mingəçevirlilərə özünün bu vaxta qədərki fəaliyyəti ilə bağlı hesabat verən Aydın Mirzəzadə eyni zamanda görüşdüyü seçicilərinə daima inkişafda olan Mingəçevirin sosial-iqtisadi həyatına aid təşəbbüslərlə barədə məlumat verir.

Deputatlığa namizəd eyni zamanda görüşlərində Azərbaycan dövlətinin milli maraqlarının qorunması ilə bağlı parlament çərçivəsində görülən işlərin istiqamətlərini də sadalayır.

Qeyd edək ki, Aydın Mirzəzadə həmişə seçicilər üçün açıq olduğunu bildirir, ayrı-ayrı sakinlərin problemlərin həllinə çalışdığına dair nümunələr gətirir.

Deputatlığa namizəd Aydın Mirzəzadənin seçicilərlə görüşləri davam edir.

Geri qayıt