Əsas Səhifə > Partiya, Güney Press > "Ölkəmizə qarşı qərəzli münasibəti və çağırışları olan təşkilatların dəvət olunmasına zərurət yoxdur"

"Ölkəmizə qarşı qərəzli münasibəti və çağırışları olan təşkilatların dəvət olunmasına zərurət yoxdur"


29-08-2024, 08:38
"Ölkəmizə qarşı qərəzli münasibəti və çağırışları olan təşkilatların dəvət olunmasına zərurət yoxdur"
Azərbaycan Milli Məclisə keçiriləcək növbədənkənar seçkiləri müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyasına (AŞPA) dəvət göndərməyib. Bunun əsas səbəbi Avropa Şurası və AŞPA-nın bir neçə ildir ki, Azərbaycana qarşı ikili standartlara əsaslanan qərəzli siyasət yürütməsidir. Almaniya Bundesdaqının üzvü, özünün Azərbaycanafobiya, türkafobiya fikirləri ilə tanınan Frank Şvabe mətbuatda Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayıb və AŞPA müşahidəçilərinin dəət edilməməsinə iradını bildirib.
Milli Məclisin VI şağırış deputatı Nəsib Məhəməliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə AŞPA-nın dəvət olunmaması barədə qərar tam qanuna uyğundur.

“Azərbaycan bir illik müddətinə təşkilatda fəaliyyətini dayandırıb. Şvabenin bunu bilməməsi, təbii ki, təəccüb doğurur. Əvəzində ATƏT-in müşahidə missiyası ölkəmizdədir. Dünən bir qrup, mənim səhiyyə işçiləri ilə keçirdiyim görüşdə iştirak edirdi”-deyə Nəsib Məhəməliyev bildirib.

Nəsib Məhəməliyev qeyd edib ki, ölkəmiz Avropa İttifaqı, Avropa Komissiyası və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir.

“İttifaqa daxil olan 10 ölkə ilə strateji müttəfiqlik haqqında razılaşmalarımız var. Azərbaycan Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycanın iqtisadi və sosial inkişafına, təhlükəsizliyinin təmin olunmasına, dövlət və milli maraqların qorunmasına yönəlib. Azərbaycan xalqı, aparılan siyasətin bəhrəsini görür. Eyni zamanda, dostunun və düşməninin kim olduğunu bilir. Bu baxımdan, hesab edirəm ki, əvvəlcədən qərəzli münasibəti bəlli olan təşkilatların dəvət olunmasına zərurət yoxdur”-deyə deputat əlavə edib.

Geri qayıt