Əsas Səhifə > Partiya, Güney Press > Vurğun Əyyub bəzi müsavatçıları "bütpərəst" adlandırdı

Vurğun Əyyub bəzi müsavatçıları "bütpərəst" adlandırdı


22-10-2014, 11:23
Vurğun Əyyub bəzi müsavatçıları "bütpərəst" adlandırdı
Müsavat Partiyasındakı son qurultaydan sonra başlayan narazılıqlar hələ də səngimək bilmir. Hər funksionerin adi bir sözündən şişirdib, fil düzəldirlər. Bugünlərdə isə Məclis üzvü Vurğun Əyyubun guya İsa Qəmbər barədə təhqiramiz ifadə işlətməsi barədə söhbətlər yayılıb. FaktXəbər-in məlumatına görə, Vurğun Əyyub barəsində yayılmış fikirlərə aydınlıq gətirərək, bu barədə danışanları qınayıb: "Bəziləri gedib orda-burda yayırlar ki, guya mən İsa Qəmbərin əleyhinə təhqiramiz ifadələr işlədirəm, başqanın üzünə ağ oluram. Bunlar, sadəcə, əleyhimə kompromat quraşdırmaq həvəsindən, bir az da bütpərəstlik meyilindən irəli gələn şeylərdir. Əvvəla, hər hansı bir müzakirə zamanı emosiya da ola bilər, fikir ayrılığı da. Mən İsa Qəmbərin bütün fikirləri ilə razılaşmaq barədə öhdəlik götürməmişəm. Amma heç zaman İsa bəy barədə təhqiramiz ifadə işlətmərəm, ona qarşı hörmətsizlik etmərəm. O özü də buna imkan verməz. Bəli, bizim hərdən divan iclaslarında İsa bəylə çox sərt polemikalarımız olur. Amma bu heç bir halda etika sərhəddini aşmır."

Geri qayıt