Əsas Səhifə > Partiya, Güney Press > “Özü saxtakar ola-ola iqtidarı saxtakarlıqda ittiham edir”

“Özü saxtakar ola-ola iqtidarı saxtakarlıqda ittiham edir”


4-11-2014, 12:55
“Özü saxtakar ola-ola iqtidarı saxtakarlıqda ittiham edir”
“Müsavat Partiyasının bütün seçkili orqanları, o cümlədən MNTK Arif Hacılıya yaxın şəxslərdən təşkil olunub. Bu mənada MNTK-nın çıxardığı qərar da Arif Hacılının sifarişi ilə qəbul olunub”.

Bu sözləri Editor.az-a açıqlamasında Vəhdət Partiyasının sədri Tahir Kərimli söyləyib.

Xatırladaq ki, Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) partiyanın son qurultayında hər hansı pozuntunun aşkar olunmadığına dair rəy verib. Bu isə partiyada, xüsusən başqan seçkilərində ikincilik qazanmış Qubad İbadoğlu tərəfdarları arasında ciddi narazılıqla qarşılanıb. Onlar yeni partiya başqanı Arif Hacılını saxtakarlıqda, MNTK-nın qərarına təsir etməkdə ittiham edirlər.

Vəhdət Partiyasının sədri Tahir Kərimli də Müsavatın son qurultayında ciddi saxtakarlığa yol verildiyini deyir: “Əvvəla, adam ilk növbədə özünə hörmət etməlidir. Rəhbərlikdən, siyasətdən getdiyini bəyan edəndə də bunu kişi kimi etmək lazımdır. Daha oyun oynamaq, guya başqanlıqdan gedirəm adı altında partiyaya nəzarəti əlində saxlamaq siyasi mədəniyyətsizlikdir. Təəssüf ki, ənənəvi müxalifət lideri olan İsa Qəmbər bu dəfə də bunu etdi. O, uzun müddət idi, tərəfdarlarını aldatmaqla məşğul idi. Bu dəfə də öz ənənəsinə sadiq qaldı. Əslində Arif Hacılının başqan olmasının heç bir əhəmiyyəti yoxdur. Bu adam partiyanın rəsmi olaraq rəhbəri, qeyri-rəsmi isə ikinci adamıdır. İindiki halda MNTK olmur, Divan olsun, Məclis olsun, hamısı İsa Qəmbər və Arif Hacılının əlində cəmləşib. Hakimiyyəti saxtakarlıqda ittiham edənlər özləri demokratik dəyərləri pozmaqla, saxtakarlıq etməklə, növbəti dəfə özlərini ifşa edirlər”.

Geri qayıt