Əsas Səhifə > Partiya, Güney Press > “Müsavatçıların çoxu Müsavatın mitinqinə qatılmayacaq”

“Müsavatçıların çoxu Müsavatın mitinqinə qatılmayacaq”


27-11-2014, 10:06
“Müsavatçıların çoxu Müsavatın mitinqinə qatılmayacaq”
“Müsavat Partiyası mitinq qərarı verməklə, diqqəti partiyadaxili böhrandan yayındırmağa çalışır”.

Bu sözləri Editor.az-a açıqlamasında “Səs” qəzetinin və eyniadlı informasiya agentliyinin baş redaktoru Bəhruz Quliyev söyləyib.

Onun sözlərinə görə, Müsavatın keçirəcəyi aksiyada müsavatçıların çoxu iştirak etməyəcək: “Bu gün Müsavat Partiyası daxildə dərin böhran yaaşayır. Partiya rəhbərliyinin yüürütdüyü siyasət Müsavatı parçalanma həddinə gətirib. Ömrünün ən gözəl çağlarını bu partiyaya həsr etmiş şəxslər daxildə qiyam qaldırıblar. Partiya avtoritar qaydalarla idarə olunur. Belə bir vəziyyətdə çıxış yolunu diqqəti yayındırmaqda görürlər. Mitinq qərarı da bu əsnada təsadüfi deyil. Bilirlər ki, aksiyalarına qatılan olmayacaq. Sadəcə “mitinqə niyə az adam çıxdı” və digər yollarlaa müzakirələrin yönünü dəyişməyə çalışırlar. Amma bu işə yaramayacaq. Müsavat mövcud vəziyyətdə ciddi şəkildə parçalanacaq və bununla da siyasi səhnədən tamamən çəkiləcək”.

Geri qayıt