Əsas Səhifə > Partiya, Güney Press > "Biz keçmiş SSRİ-də qeydiyyatdan keçmiş ilk siyasi partiyayıq"

"Biz keçmiş SSRİ-də qeydiyyatdan keçmiş ilk siyasi partiyayıq"


29-11-2014, 12:11
"Biz keçmiş SSRİ-də qeydiyyatdan keçmiş ilk siyasi partiyayıq"
Dekabr ayında bir sıra müxalifət partiyalarının başı mitinq və piketlərə qarışdığı bir vaxtda onların arasında yubileyə hazırlaşan siyasi qurumlar da tapıldı. Bu barədə Hafta.az-a eksklüziv açıqlamasında Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə bildirib.

ASDP sədri hazırda başlarının 25 illik yubileylərinə qarışdığını deyib: ”Biz keçmiş SSRİ-də qeydiyyatdan keçmiş ilk siyasi partiyayıq. İlk vaxtlar qeydiyyatdan qrup olaraq keçdik. Çünki siyasi partiya olaraq qeydiyyata alınmaq o zamankı qanunvericiliyə zidd idi. Sonradan Azərbaycan Sosial Demokrat Partiyası olaraq fəaliyyətə başladıq. Onu da qeyd edim ki, yubileylə əlaqədar olaraq partiyanın qərargahında təmir işləri aparılır”.

Araz Əlizadə tədbirdə bir sıra xarici ölkələrdən qonaqların da gələcəyini vurğulayıb: “Xaricdən qonaqlarımız olacaq. O cümlədən, bizim 25 illiyimizə məşhur sosial-demokrat Popurin də gələcək. Ukraynadan, Qazaxıstandan, Rusiyadan gələcəklər. Dünyaca məşhur “Sosialist İnternasionalının” baş katibi Luis Ayala da hörmətli qonaqlarımız siyahısındadır. Yubileyimiz dekabrın 18-də “Hilton” otelinin 2-ci mərtəbəsində saat 11:00-da başlayacaq. Yubiley tədbiri jurnalistlər üçün də açıq olacaq. Gəlmək istəyən buyura bilər”.

Geri qayıt