Əsas Səhifə > Partiya, Güney Press > Vurğun Əyyub qələbəsinə var gücüylə çalışacağı namizədin adını açıqladı

Vurğun Əyyub qələbəsinə var gücüylə çalışacağı namizədin adını açıqladı


23-04-2015, 11:05
Vurğun Əyyub qələbəsinə var gücüylə çalışacağı namizədin adını açıqladı
Deputatlığa namizədliyinizi verəcəyiniz dairədə hansı musavatçıya hörmət əlaməti olaraq güzəştə gedərdiniz? Seçki dairəsini dəyişsəniz, yaxud özünüz marafona qatılmaqdan imtina etsəniz yaşadığınız, daha çox tanındığınız dairədə hansı müsavatçının təbliğatına qolunuzu çırmayıb dəstək verərdiniz?

Moderator.az bu sualla Demokratiya və Rifah Hərəkatı sədrinin birinci müavini Vurğun Əyyuba müraciət edərək fikirlərini öyrənib:

"Mən 2005-ci il parlament seçkilərində də Suraxanı rayonundan namizədliyimi irəli sürmüşdüm. Təbliğat-təşviqat mərhələsində Müsavat rayon təşkilatının sədri Rövşən Dəmirlinin böyük hörmət və nüfuz sahibi olduğunu şəxsən müşahidə etmişəm. Qarşıdan gələn parlament seçkilərində Rövşən bəy iştirak etmək istəsə, məmnuniyyətlə onun qələbə çalması üçün var gücümlə çalışardım".

Geri qayıt