Əsas Səhifə > Partiya, Güney Press > “Dəmirəlin adı Azərbaycanda əbədiləşdirilməyə layiqdir”

“Dəmirəlin adı Azərbaycanda əbədiləşdirilməyə layiqdir”


17-06-2015, 13:12
“Dəmirəlin adı Azərbaycanda əbədiləşdirilməyə layiqdir”
“XX əsrin ən nüfuzlu siyasətçilərindən və dövlət xadimlərindən biri olan Tükiyə Respublikasının IX prezidenti Süleyman Dəmirəlin həyatını dəyişməsi bu günün ən ağır xəbəri oldu”.

Hafta.az-ın məlumatına görə, bu fikri , YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə deyib. O bildirib ki, mərhum Dəmirəlin fəaliyyəti Türkiyənin möhkəmlənməsində, dövrünün ağır problemlərinin həllində böyük rol oynayıb:

“Prezidentliyi dövrünün SSRİ-nin dağılması və yeni müstəqil dövlətlərin meydana gəlməsi vaxtına düşməsi həqiqətən də tarix üçün böyük bir şans oldu. Süleyman Dəmirəl yeni türk dövlətlərinin ayaqüstə durmasına misilsiz kömək etdi, yeni siyasi düzəmin arxitektorlarından biri oldu.

O Azərbaycanın, azərbaycan xalqının böyük dostu idi. Hər bir kəs onun Azərbaycanı dəstək üçün etdiyi böyük işləri xatırlayır. O uğurumuza sevinir, dərdimizə dərindən şərik olurdu.

A.Mirzəzadə bildirib ki, Süleyman Dəmirəl, öz xarizması və müdrik siyasəti ilə adını tarixə yazdı:

“İnanıram ki, hələ uzun müddət siyasətdə Dəmirəl yanaşması xətti aparıcı xətlərdən biri olacaq.Bilirəm ki, tezdir, ancaq hesab edirəm ki, onun adı Azərbaycanda əbədiləşdirilməyə layiqdir. Bakıda onun büstünün qoyulması, adına orta məktəblər, küçələr verilməsi, adlı təqaüdün təsis edilməsi bu böyük türk dövlət xadiminin sonsuz zəhmətinə böyük hörmət olardı”.

Geri qayıt