Əsas Səhifə > Partiya, Güney Press > Kommunistlər parlament seçkilərinin nəticələrini müzakirə etdilər

Kommunistlər parlament seçkilərinin nəticələrini müzakirə etdilər


30-11-2015, 11:55
Kommunistlər parlament seçkilərinin nəticələrini müzakirə etdilər
Azərbaycan Kommunist Partiyası (AKP) Mərkəzi Komitəsinin (MK) növbəti plenumu keçirilib.

Modern.az xəbər verir ki, plenumda 01 noyabr 2015-ci ildə Azərbaycan Respublikasında keçirilmiş parlament seçkilərinin nəticələri, AKP-nin XXXVIII(V) qurultayına hazırlığın vəziyyəti və Azərbaycan KP MK-nın 2016-cı il üçün iş planı geniş müzakirə olunub.

AKP MK-nın qarşıdan gələn il üçün iş planı əlavə təkliflər də nəzərə alınmaqla yekdilliklə təsdiq edilib.

Plenumda Rauf Qurbanov geniş məruzə ilə çıxış edib.

Tədbirin sonunda Azərbaycan KP MK sədri Rauf Qurbanov partiya işində fərqlənən yoldaşları faşizm üzərində qələbənin 70 illik münasibəti ilə RFKP MK-nin təsis etdiyi xatirə medalları ilə təltif edilib.

Geri qayıt