Əsas Səhifə > Partiya, Güney Press > “Partiya sədrlərinin 4-5 cangüdəni var”

“Partiya sədrlərinin 4-5 cangüdəni var”


1-02-2016, 13:10
“Partiya sədrlərinin 4-5 cangüdəni var”
“Partiyalar ildə bir dəfə Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatını təqdim etməlidirlər. Ancaq bir sıra partiyalar bunu yerinə yetirmir. Bunun üçün də qanunda məcburedici məqam göstərilməyib”.

“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Siyavuş Novruzov parlamentin bugünkü iclasında “ Siyasi partiyalar haqqında” qanunla bağlı danışarkən deyib. Onun sözlərinə görə, partiyalar maliyyə ilə bağlı boş kağız göndərirlər:

“Amma hərəsinin ofisində bir neçə adam çalışır. Partiya sədrlərinin 4-5 cangüdəni var. Maliyyə yoxdursa, bunlar necə olur? Bundan əlavə, elə partiyalar var ki, onlar 20 ildir qeydiyyatdan keçiblər, amma fəaliyyət göstərmirlər. Onlar sanki alqı-satqı predmetinə çevriliblər”.

O həmçinin ünvanlı sosial yardım alanlara da müraciət edərək bildirib ki, bu məsələyə baxış dəyişməlidir: “ ÜSY təqaüd deyil, yardımdır ki, ayağa qalxa biləsən. Bir illik vəsait verilməlidir ki, təsərrüfatla, heyvandarlıqla məşğul olsun. Vəziyyətini düzəltsin. Yoxsa ki biz onları ələbaxımlılığa öyrədirik. Kimsə iş axtarmır”.

Geri qayıt