Tehran artıq başa düşür ki... .....                     Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri .....                     DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... .....                     Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır .....                     Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu .....                     Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? .....                     Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir .....                     İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... .....                     BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... .....                     Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir .....                     "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" .....                     Azərbaycanda MTK MMC-yə çevrilir .....                     Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? .....                     Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib .....                     14 yaşlı qızın ÖLÜM SEÇİMİ, .....                     “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? .....                     "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var .....                     Ermənistan silahlanır .....                     "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi .....                     Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq .....                     “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... .....                     Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi .....                     Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? .....                     Yataq xəstəsi ilə bağlı paylaşım edildi: .....                     Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır .....                     Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb .....                     Azərbaycanlı müğənni 39 minlik çantası ilə .....                     Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib .....                     İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına .....                     Əmək hüquqlarını pozan şirkət 24 min, .....                     Naxçıvanda təhsil sahəsində nələr baş verir... .....                     Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib .....                     Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib .....                     Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib .....                     Azərbaycan Milli Konservatoriyasına yeni rektor .....                     Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? .....                     Ermənistan silahlanır .....                     Kredit götürmək çətinləşəcək? .....                     Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır .....                     Ermənistan uğrunda son savaş .....                 

AzTV-də milyonlar hara və nəyə xərclənir? - dövlətin pulu sağa-sola xərclənir
Tarix: 27-04-2016, 10:25 | Çap et
AzTV-də milyonlar hara və nəyə xərclənir?
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin qeyri-şəffaf fəaliyyətinə dair müzakirələr aktualdır. Hesablama Palatasının bu günlərdə apardığı yoxlamalarda qeyd olunur ki, nəzarət tədbirləri nəticəsində AzTV-nin bir sıra nöqsanlara yol verdiyi aşkarlanıb. Bu nöqsanlar bəlkə də QSC rəhbərliyi üçün təhlükəsiz ötüşüb, amma aparılan tenderlər, alqı-satqı əməliyyatları, təmir-tikinti işləri, büdcə pullarının xərclənməsi zamanı yol verilən şişirtmələr barədə yazılanlar mətbuat səhifələrindən düşmür. Necə deyərlər, “cidanı çuvalda gizlətmək olmur”.
“Bizim yol” qəzetinin 11 mart 2016-cı il tarixi sayında “AzTV-yə ayrılmış milyonlar necə xərclənib?” başlıqlı yazıda Satınalmalar üzrə Dövlət Agentliyinin müsabiqə reyestrləri bazasına istinadən verilən hesabatda 2010-cu ildən 2015-ci ilin ilk 6 ayında səhmləri 100% dövlətdə olan QSC-nin müxtəlif tenderləri üzrə işlənmiş məlumatlar yer alıb. Məqalədən görünür ki, dövlət televiziyasının büdcəsinin bir hissəsi üzrə keçirilən tenderlər barədə məlumat yoxdur, bəzi məsrəflər hər il təkrarlanır, qalib şirkətlərin adı isə dəyişməz qalır. Həmin məlumatlara əsasən təqribi hesablamalar aparsaq, 5 il ərzində QSC üçün 50 milyon manatdan çox vəsaitin ayrıldığı məlum olur.

Sorğu: “AzTV-yə baxırsınızmı?”

Amma seyrçi heç də bu qədər vəsait xərclənən televiziyanın keyfiyyətli verilişlər nümayiş etdirməsini demir. Xeber365.com saytı “Azərbaycan televiziyasına baxırsınızmı” sualı ilə izləyicilər arasında sorğu keçirib.
Materialdan və apardığımız müşahidələrdən, fərdi sorğularımızdan da belə məlum olur ki, AzTV-dən nümayiş edilənlər tamaşaçıları qane etmir. Doğrudur, digər telekanalların əksər proqramlarından da əhalinin ağızdolusu razılığı yoxdur. Lakin dövlət büdcəsindən ildə milyonlarla vəsait ayrılan bir televiziyanın izləyicisi büdcəsi 15-20 min manat olan ciddi bir saytın izləyicisindən dəfələrlə azdırsa, o zaman tamaşaçılar ittiham etməkdə belə haqlı sayıla bilərlər.
AzTV sədri Arif Alışanov uzun illər idi ki, mediada tənqid olunsa da, bu tənqidlərə reaksiya vermirdi. Amma nədənsə tanınmış televiziya tənqidçisi, professor Qulu Məhərrəmlinin AzTV-nin 60 illiyinə dair fəaliyyətini qiymətləndirməsində sədrin fəaliyyətinə tənqidi yanaşmasına A.Alışanov kəskin reaksiya verdi. Telejurnalisti məhkəməyə verib ona cinayət işi açdırmağa çalışan A.Alışanov, həm də ondan 100 min manat cərimə istəyir. Bəzi məlumatlara görə, AzTV sədrinin aqressiv davranışının arxasında ictimaiyyətin diqqətini telekanaldakı maliyyə pozuntularından yayındırmaq cəhdi dayanır.

Tükənməyən təmirdən kimlər faydalanır?

Elə müəssisə rəhbərləri var ki, təmir onların ən çox xoşladığı işdir. AzTV-nin fəaliyyətinə dair rəqəmlərdə ifadə olunan faktlar bu müəssisənin rəhbərliyi haqqında da belə qənaət yaradır. Rəqəmlər göstərir ki, hər il nəsə təmir olunur və bu işə də xeyli maliyyə yönəldilir. Məsələn, 2011-ci ildə AzTV-də əsaslı təmirə (“Selva” MMC, “Sənaye və Mülki tikinti-E-93” MMC) 570 312 manat xərclənib. Yəni yarım milyon manatdan çox. 2012-ci ildə cari təmir işlərinə (“Selva” MMC) 295 453 manat xərclənib. QSC-nin mühafizə şöbəsinin inzibati binasında hər il aparılan təmir işləri 15 022 manata başa gəlib (“Az İmpuls” MMC).

290 min manatlıq asfalt

2013-cü ildə AzTV QSC-nin ərazisində asfalt örtüyünün düzəldilməsinə 290 000 manat (podratçının adı yoxdur) xərclənib.
Sonuncu rəqəmə dair tikinti mütəxəssislərindən birindən rəy almağa çalışdıq. Bildirdi ki, asfaltlanmış sahənin neçə kvadratmetr ərazini əhatə etməsi haqqında məlumat olmadan bu rəqəmi şərh etmək çətindir, amma bu qədər vəsaitlə bir şəhərin ərazisini də asfaltlamaq mümkündür. Amma asfaltlama işi üçün keyfiyyəti və qiyməti yüksək olan materialdan istifadə edilərsə, ola bilsin, az bir sahəyə də bu məbləğdə vəsait xərclənsin, bu sifarişçi ilə icraçı arasında aparılan “razılaşma”dan asılıdır: “Asfalt örüyünə xərclənmiş vəsaitin təyinatı da göstərilməlidir. Asfaltın qalınlığı, istifadə edilən materialın standartı və sair. Bunu isə açıqlamağa yalnız şəffaf fəaliyyət göstərən qurum maraqlı ola bilər”.
AzTV-də işləyən bir əməkdaş bildirir ki, QSC-nin 4 kiçik meydançası, uzunluğu 600 metrdən çox olmayan qısa, daxili yolları var. Belədə 290 min manat görəsən, hansı materialda asfalta xərclənib?!

AzTV-də maaşlar ləğv edilib

QSC əməkdaşı onu da dedi ki, AzTV qonorar və mükafat fondunun çox cüzi hissəsini əməkdaşlara ayırır. Maaşlar ləğv edilib. Qonorar sisteminə keçilib: “Devalvasiyadan sonra qonorar yarıbayarı azaldılıb. İşçilər ayda 100-150 manat qonorara işləyirlər. Əməkhaqqı fondu ilə real ödəmədə ciddi uyğunsuzluq var. Hansı əsasla TV-nin simasını yaradanlara çox rəmzi, sədrin yaxınlarına isə qat-qat çox pul ödənilir? Sədr burada da tamaşaçı maraqlarını deyil, özünün hakimiyyətdə qalma maraqlarını önə çəkmirmi? Hər il xaricdən pulla yeni-yeni filmlər alınır.
Dublyajına xərc çəkilir. Filmlərin lisenziya müddəti bitdikdən sonra qondarma təşkilatların vasitəsi ilə yenidən saxta lisenziyalar alınır. Filmlərin alınmasına və dublyajına guya təzədən xərc çəkildiyi sənədləşdirilir, əzlində isə həmin pullar mənimsənilir. Bəzən bir film bu yolla dəfələrlə “lisenziyalaşdırılır”. İş qabiliyyəti çoxdan məhdudlaşan Siyavuş Məmmədovun həmin qurumda saxlanılması da, yəqin ki, “ev bizim, sir bizim!” prinsipinə xidmət edir”.

Tamaşaçı bər-bəzək yox, keyfiyyət axtarır

Rəqəmlərə və əldə etdiyimiz məlumata görə, əvvəllər QSC-də cari təmir və abadlıq işlərinə xeyli vəsait sərf olunsa da, az müddət keçməsinə baxmayaraq, 2014-cü ildə 197 000 manatlıq iş təkrar görülüb (“Sənaye və Mülki tikinti E-93”). 2015-ci iln 6 ayı ərzində mühafizə şöbəsində təmirə 35 006 manat, həmin müddət ərzində cari təmir və abadlıq işlərinə 68 510 manat pul xərclənib (“Bizim yol” qəzeti, 11 mart 2016-cı il “AzTV-yə ayrılmış milyonlar necə xərclənib”).
Bu rəqəmlər göstərir ki, AzTV-də təmirin intensivliyinə və həcminə verilişlərin keyfiyyyətinin yaxşılaşdırılmasından qat-qat çox pul sərf olunur. Bəs bu “səxavət”in mənbəyi hardan qaynaqlanır? Tamaşaçını binanın bər-bəzəyi yox, verilişlərin keyfiyyəti maraqlandırdığından ən böyük vəsait də bu məqsəd üçün ayrılmalı deyilmi?

Nə alır, kimdən alır, neçəyə alır?

2013-cü ildə avadanlıqlar, inventar, təmir, abadlıq, dəftərxana ləvazimatı, təsərrüfat malları, ərzaq və sairə 682 131 manat pul xərclənib. 2014-cü ildə inventar və təsərrüfat mallarına yenə 287 154 manat pul verilib. 2015-ci ilin 6 ayı ərzində dəftərxana ləvazimatına 24 205 manat xərclənib. Görəsən, niyə qurum son illər bu sahələrə xüsusi diqqət göstərməyə başlayıb, birdən-birə 52 961 manatlıq dəftərxana ləvazimatı, 47 700 manata çap məhsulu almağa nədən belə ciddi ehtiyac duyub? Alınan avadanlıqların sayının ilbəil artdığı göstərilsə də, sığorta məbləğində dəyişiklik yoxdur. Avadanlıqların qısa müddətdə köhnəlmə və ya sıradan çıxma ehtimalı da aşağıdır.

Mühasibatlıq fəndləri...

TV texnikası üzrə mütxəsəssilərdən biri bildirir ki, bahalı avadanlıqların “sıradan çıxması”nın bəzi biclikləri var ki, mühasibatlıq fəndlərini bilənlər, bunu asanlıqla tətbiq edir: “Yeni alınan avadanlıq hər il öz dəyərini get-gedə itirir. Hər il 10 faiz dəyərini itirsə, 5 ildən sonra o artıq yararsız avadanlıq siyahısına salınır. Məsələn, bir “videoqolovka”nın işləməsi 3 min saatdır, amma bizimkilər onu 9 min saat işlədir. Sənəddə qeyd edilir ki, 3 min saatdan sonra bu avadanlıq yeniləndi. Faktiki isə yenilənmir və bu da işin keyfiyyətinə əlbəttə, pis təsir edir.
Azərbaycanın bəzi televiziyalarında bu və buna oxşar faktlar var. Xaricdən alınan texnikanın adı o ölkənin, içi, detalları isə Çininki olur. Əksər televiziyaların ən böyük qazanclarından biri elə bununla bağlıdır. Yaxud köhnə avadanlıq təzə adına alınır və otaqlara yerləşdirilir. Əvvəllər Azərbaycanda müxtəlif şirkətlərin, məsələn, “SONY” firmasının nümayəndəliyi vardı. Hansısa bir texnika xaricdən alınmırdı, həmin nümayəndəlik vasitəsilə alınırdı. O şirkət də Azərbaycanda fəaliyyəti dayandıranda, bu işin heç bir məsuliyyəti qalmırdı. Yaxud ən ucuz avadanlıqlar Yeni Zelandiyadan almaq mümkün idi, oradan alınırdı. Odur ki, çətinə düşən kimi texnikanın keyfiyyətsizliyi üzə çıxır, görülən iş də, təbii ki, üz qaraldır. Neçə dəfə ən əhəmiyyətli çəkilişlərdə belə texnika onu işlədənləri pis vəziyyətdə qoyub. Çəkilişlər digər televiziyaların avadanlığı ilə həyata keçirilib. Burada videokaset alışı ilə bağlı məsələdən ayrıca danışmaq lazım gəlir. Bütün dünya kasetsiz kameralarla işləyir, rəqəmli yayıma keçməyi məqsəd qoyan AzTV isə ildən-ilə kaset alışını artırır. Bir ildə kasetə 557 000 manat ayırması (mövcud qiymətlərlə günə təxminən 82 kaset düşür) görəsən, hansı mətləblərdən xəbər verir?”

3 ildə yarım milyonluq kompüter avadanlığı alınıb

Hesabatda kompüter avadanlıqları ilə bağlı məlumat da yer alıb. Belə ki, 2011-ci ildə 291 766 manat ("Pixar" MMC), 2012-ci ildə 77 408 manat, 2015-ci ilin ilk 6 ayında əvvəlki illərdə alınmasına baxmayaraq, yenə 79 772 manatlıq ("Pixar" MMC) kompüter avadanlığı alınıb.
TV texnikası üzrə mütəxəssis isə bildirir ki, bu cür komputer avadanlığının 3 televisiyası olan QSC üçün alınması real görünsə də, verilişlərin aşağı keyfiyyət dərəcəsi yüksək texnikanın olmasından xəbər vermir: “Əgər o qiymətə 3 il ərzində kompüter avadanlığı aılınırsa, gərəkdi ki, kompüter qrafikası ilə real olmayan hadisələr, məsələn, adam maşından düşür parça-parça olur, yaxud maşın darmadağın edilir, belə səhnələri yaratmaq mümkün olsın. Yəni çəkilişdə alınmayan hadisələri bu texnika ilə almaq mümkündür. Ola bilər ki, elə texnika alınıb. Amma bunun üçün keyfiyyətli senari, rejissor, operatot işi də ortalığa qoyulmalıdır. Amma bu keyfiyyətdə veriliş yoxdur axı”.

Hazır verilişlərin reklam xərcini alır və efirə buraxır

Həmsöhbətimiz onu da bildirdi ki, bəzi irihəcmli layihələr var ki, onların AzTV-yə aidiyyəti yoxdur: “Məsələn, “Mən azərbaycanlıyam”, “Müasir Azərbaycan gəncliyi” verilişlərini Gənclər və İdman Nazirliyi maliyyələşdirir. “Dostluq” kinoteatrında hazırlanır, AzTV-nin studiyasında yox. Ümumiyyətlə, az verilişlər var ki, bu studiyada hazırlanır, əksəri başqa yerlərdən hazır gəlir, AzTV reklam xərcini alır və efirə çıxarır”.
Sənədlərə görə, Avropa oyunları Evro-2015 tok-şousunun dekorasiya elementlərinə 49 737 manat, “Bizim planet” verilişi üçün bədii tərtibat mallarına 40 828 manat, “Gündəlik” verilişinin dekorasiyasına 100 252 manat (“Sənaye və Mülki tikinti E-93”) pul xərclənib.

Dünya teleməkanı az vəsaitlə zəngin dekorasiya qurur

TV texnikası üzrə mütəxəssi deyir ki, bu qədər vəsaitin reallıqda dekorasiyaya xərclənməsi açıq-aşkar şübhə doğurur: “Dünya teleməkanında get-gedə daha az vəsaitlə daha zəngin dekorasiya qurmağa meylin artdığı halda, dövlətin pulunun sağa-sola səpilməsi nə dərəcədə məntiqlidir? “Bizim planet” verilişinə o qədər vəsait xərclənsəydi, yaddaqalan bir proqram olardı. Mən bilmirəm, belə veriliş gedir, ya yox. AzTV sədrindən soruşan lazımdır ki, niyə futbol yarışlarının, olimpiadaların alınması vasitəçi təşkilatlar tərəfindən şişirdilmiş qiymətə alınır. Axı sədr, ən azı, maliyyəçidir. Kim də bilməsə, televiziya maliyyə bazarında 30 ilə yaxın işləyən şəxs real qiymətlə şişirdilmiş qiymətin fərqini hamıdan yaxşı bilməlidir”.
Yazıda səslənən suallarla əlaqədar AzTV-nin mətbuat xidməti ilə əlaqə saxlamaq cəhdimiz baş tutmadı.

İqtisadçı: “Faktlar üzrə araşdırmaya başlamalıdırlar”

İqtisadçı Zöhrab İsmayıl bildirir ki, “AzTV-yə ayrılmış milyonlar necə xərclənib?” başlıqlı yazıyla o da tanışdır. Məqalədə göstərilən fktlar çox maraqlıdır və tenderlərin əksəriyyətində xərclərin dəfələrlə şişirildiyi aşkar görünür: “Düşünürəm ki, Hesablama Palatası və hüquq-mühafizə orqanları bu faktlar üzrə araşdırmaya başlamalıdırlar”.(Hurriyyet.org)









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11
DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29
"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24
Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22
Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17
Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45
Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43
Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42
Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07
Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05
Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01
Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58
Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50
Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49
Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48
Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15
“Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00
"Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58
Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22
Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru