Vəli Ələsgərovun dəhşət saçan cinayəti... - Və ya Allahsızın işgəncəsinin bir qurbanının fəryadı
Tarix: 13-05-2016, 10:03 | Çap et
11 sentyabr 1981-ci ildə Naxçıvan şəhərində anadan olmuş, hazırda şəhərin Təbriz küçəsi ev 1, mənzil 55-də yaşayan Ağasiyev Nizami Rəsul oğlu redaksiyamıza müraciət edərək Naxçıvan Muxtar Respublikasının keçmiş Milli Təhlükəsizlik naziri Vəli Ələsgərovun onun başına gətirdiyi haqsızlıqlardan və özünə qarşı edilən işgəncələrdən bəhs edib. Vətəndaşın müraciətini olduğu kimi diqqətinizə çatdırırıq: “Hörmətli redaksiya. Mən Ağasiyev Nizami 01 oktyabr 1999-cu ildə gizir qismində Azərbaycan Respublikası Silahlı qüvvələrində kəşfiyyatçı kimi həqiqi hərbi xidmətə başlamışam. Ağdam, Tər-tər və bir sıra cəbhə bölgələrində döyüşlərdə iştirak etmişəm. 20-dən çox döyüş tapşırığı yerinə yetirmişəm. Döyüş tapşırıqları zamanı erməni əsir götürmüş və hərbçi yoldaşlarımı mühasirədən çıxarmışam. 02 sentyabr 2015-ci il tarixədək həqiqi hərbi xidmət keçmişəm. Hazırda heç bir yerdə işləmirəm. Xidmət etdiyim dövürdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illik, 90 illik, 95 illik yubiley medalları, qüsursuz xidmətə görə 3-cü dərəcəli medallarla, Fəxri fərmanlarla və pul mükafatları ilə təltif olunmuşam. Lakin 2015-ci ilin sentyabr ayında Naxçıvan MR MTN-in rəhbərliyi tərəfindən mənə qarşı edilən haqsızlıq və qanunsuzluq barədə sizə məlumat verərək xahiş edirəm ki, bunu saytınızda işıqlandırasınız. Belə ki, 2015-ci ilin sentyabr ayında yaşadığım evin qarşısında bir neçə nəfər şəxs arxadan, boyun nahiyəmdən yapışaraq sıxmağa başladı. Məni boğan şəxs bildirdi ki, “mən Naxçıvan MTN-in əməkdaşıyam. Səni MTN-ə aparmağa gəlmişik”. Mən müqavimət göstərmədim, onların dedikləri ilə razılaşdım. Buna baxmayaraq MTN əməkdaşları məni döyüb, təhqir edib, qollarımı qandalla bağlayıb, başıma qara torba keçirib maşının arxa hissəsinə oturtdular. Həmin şəxslər başımdan qara torbanı çıxaranda bildim ki, məni Naxçıvan MR MTN-nin binasına gətiriblər. Onlar Naxçıvan MR keçmiş MT naziri Vəli Ələsgərovun adamları idi. Sonra stola boş vərəq və qələm qoyub məni döyməyə başladılar və dedilər ki, guya mən İŞID terrorçu təşkilatına məlumatlar ötürürəm və vəhhabilərlə tanışlığın var. Mən isə onlara bildirdim ki, öldürsəniz də belə izahat yazmağacağam. Çunki deyilənlərin hamışı yalandır, mənim terror təşkilatı ilə heç bir əlaqəm yoxdur. Həmin şəxslər yenə məni döydülər və dedilər ki, onların dediyini yazıb imza atmasam, ailəmi gətirib alçaldacaqlar. Mən həmin şəxslərin ailəmi MTN binasına gətirəcəklərindən qorxaraq, onlara heç bir söz deməyib susmağa başladım. Məni sabiq nazir Vəli Ələsgərovun tapşırığı və göstərişi ilə iki gün MTN-in təcridxanasında saxladılar. Təcridxanada qaldığım müddətdə başıma qara torba keçirirdilər, qollarımı isə qandalla bağlayırdılar, tanımadığım bir şəxs mənə işgəncələr verərək döyürdü və qeyri-insani hərəkətlər edərək, ləyaqətimi alçaldırdı. Sabiq nazir Vəli Ələsgərovun göstərişi ilə başıma torba keçirib qolumu bağlamışdılar ki, onun üzünü görməyim. Orada olduğum müddətdə V.Ələsgərov mənə və ailəmə hədə-qorxu gələrək, işgəncələr verir və şərəf və ləyaqətimi alçaldaraq məni şəxsən təhqir edirdi. Qanunsuz olaraq təcridxanada saxlandığım müddətdə hüquqlarımı qorumaq üçün müdafiəçi tələb edirdim. Lakin məni müdafiəçi ilə təmin etmədilər. Üstəlik, saxlandığım barədə xidmət etdiyim hərbi hissəyə, ailə üzvlərimə və yaxınlarıma heç bir məlumat verilmədi. Bu səbəbdən iş yerimdəki komandirlər, ailə üzvlərim mənim haqqımda məlumat almadıqları üçün axtarışa vermişdilər. Saxlandığım müddətdə mənim tutulmam barədə protokol yazılmamış, prokurorluq bu barədə məlumatlandırılmamış, sənədləşmələr aparılmamışdı. Həmin vaxt Vəli Ələsgərov tərəfindən istifadədə olan mobil nömrəm dinlənilmiş, mobil telefonumda gedən danışıqlar gizli qaydada ələ keçirilmişdir. Çünki V.Ələsgərov təcridxanada, həmçinin məni döyərkən mobil telefonla danışıqlarımdan sitatlar gətirirdi, dediyi sözləri həqiqətən telefonda cümlə-cümlə danışmışdım. Bildiyimə görə, təhqiqat sirri olmasına baxmayaraq, mən MTN təcridxanasından buraxıldıqdan sonra Vəli Ələsgərov bu sirri yayaraq mənim barəmdə iş yerimə və ailə üzvlərimə şərəf və ləyaqətimi alçaldan, nüfuzdan salan yalan məlumatlar vermişdi. Həmin vaxt mən dəfələrlə Vəli Ələsgərovdan tələb etdim ki, mənim barəmdə qanuni sənədləşmə aparılsın, vəkillə təmin olunmam üçün tədbir görülsün, barəmdə olan təhqiqat materialları aidiyyatı üzrə göndərilsin. Ancaq buna baxmayaraq V.Ələsgərov yenidən şərəf və ləyaqətimi alçaldaraq, məni qorxudaraq, hər hansı bir cinayət əməlini etmədiyim halda, “həmin əməli etdiyimi” etiraf etməyə məcbur etməklə, məni fiziki işgəncələrə, təzyiqlərə məruz qoydu. Butun bunların nəticəsizndə fiziki travmalar aldım, mənəvi sarsıntı keçirdim, ailəm dağıldı. Vəli Ələsgərov xidmət yerimə və ailəmə mənim güya “İŞID üzvü və vəhhabi olmağım barədə” yalan və uydurma məlumatlar verərək, xidmətdən uzaqlaşdırılmağıma bais oldu. Vəli Ələsgərov mənim kimi vətənə sədaqətli şəxslərə və başqa hərbi qulluqçulara şər və böhtan atmaqla onları işdən və cəmiyyətdən təcrid etmişdir. Mən hər zaman vətəni qorumağa hazıram. Lakin Vəli kimi adam mənim xidmətimə son verilməsinə səbəb oldu. Zaman da göstərdi ki, Vəli Ələsgərov özü xəyanət içərisindədir. Onun uydurmaları nəticəsində həyatım alt-üst olub, uşaqlarım himayəsiz qalıb. Sonda bildirmək istəyirəm ki, mənim üzləşdiyim haqsızlıq 15 il Naxçıvan MR milli təhlükəsizlik naziri vəzifəsində işləmiş Vəli Ələsgərovun yüzlərlə qanunsuz əməllərindən biridir”. *** Mən Ağasiyev Nizaminin müraciətində qeyd olunan həqiqətlərin dəhşətini yaşayıram. İnanıram ki, bu müraciəti oxuyan hər bir insan mənim kimi baş verənləri həzm etməkdə çətinlik çəkir. Bir nazirin, daha doğrusu insani keyfiyyətlərdən uzaq duran bir məmurun insanlığa işgəncə verməsi hər bir vətəndaşın vicdanını acıtmamış deyil. Ölkəmizdə bir çox cinayət törətmiş şəxslər var. Onlar qanun qarşısında cinayətlərinin cəzasını çəkir və normal həyata dönürlər. Görəsən, Vəli Ələsgərov necə bu barədə düşünürmü? Onun törətdiyi analoqsuz cinayətlərin cəzasını çəkib cəmiyyətə dönüşü olacaqmı? Bu gün mediada Vəli Ələsgərovun həbs qəti imkan tədbirinin dəyişdirilərək ev dustaqığı ilə əvəzləndiyini oxudum. Cinayətin ən ağırını törətmiş şəxsin ev dustaqlığına buraxılmasına hüquqi don geyindirmək olmur. Vəlinin hədə-qorxularından geri çəkilib onu bağışlamaq yolu tutanlar qanunlara sayğısızlıq etdiyini anlamalıdırlar. Vəlinin əlində hansı faktların olmasından asılı olmayaraq bu gün bağışlanması cəmiyyətə, dövlətə və dəyərlərinə xəyanətdir. Vəli Ələsgərov, Nizami demişkən nazir işlədiyi illərdə yüzlərlə insanı işgəncələrə məruz qoyub, ailələri başsız, övladları atasız qoyub. Bu şəxs insanları şərləyərək qazandığı pulla evində və nəslində bu millətin gələcək qənimlərini yetişdirir. İndi vicdansız məhbusun yalvarışları, hədə-qorxuları bizim qanun keşikçilərimizi niyə qorxudur? Olmaya onlar da Vəlinin işgəncələrindən qazanılan pullara zamanında şəriklik ediblər? Olmaya onlar da Vəlini qorumaqla onun kimilərinə “qorxmayın, sizinləyik” mesajını verirlər? Hamımız səhər işə axşam evə gedirik. Evə gedərkən alın tərimizlə qazandığımız pula gücümüz çatanı alıb uşaqlarımıza aparırıq. Uşaqlarımız da bilir ki, cantada evə gələn nemət halaldır və atamız bizə haram pay yedizdirməz. Onlar da mütləq böyüyəcək və öz övladlarına haram yedizdirməzlər. Bəs Vəli Ələsgərov necə? Nazir işlədiyi illərdə Nizami kimi insanlara işgəncə verib, ailələri təhqir etməklə qazandığını evə apararkən onun qapısını açanlar nə düşünüb? Onlar Vəli kimi atanın və ya ərinin üzünə evlərinin qapısını açarkən əlindəki səbətdə olan çörəyin belə kiminsə nahaq qanı hesabına qazanılan pulla alındığını bilirlərmi? Nahaq qan hesabına yeyilən tikələrlə böyüyənlər indi atalarını və ya ərini lənətləyirlərmi? İnanmaq çətin olsa da bir həqiqət var- Vəlidən vəlilər əmələ gələr, başqa cür ola bilməz. Vəli Ələsgərov bir insan kimi olmasa da bir keçmiş məmur kimi hələ yaşayır. Görünən o ki, yaşamağa haqqı olmayanların müdafiəsini quranlar da var. Amma Allahın cəzasından xilas olmağın Vəlilərin və şəriklərinin gücündə olmadığını bilirik. Ümid edirik ki, Nizami Ağasiyevə də zalım Vəli Ələsgərovun necə cəzalanacağını görmək nəsib olacaq.
İkram Rafiqoğlu \\hurriyyet.org\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
|