“Aşıq Azərin müalicəsinə gücümüz çatmır”
Tarix: 25-05-2016, 18:00 |
Çap et
“Aşıq Azər birliyin üzvü olmazdan əvvəl bizim dostumuzdur. Könül istər ki, tez sağalsın. Amma bir reallıq var ki, o məbləğin ödənilməsi nə mənim, nə də birliyin imkanları daxilindədir”. Bu sözləri Modern.az saytına Aşıqlar Birliyinin üzvü Alyat Məmmədov deyib.
O, bir neçə dəfə Aşıq Azərə baş çəkdiklərini qeyd edib:
“Məhərrəm Qasımlı birliyə sədr seçiləndən sonra birlikdə Azərə baş çəkmişik. Amma bir daha deyirəm ki, məbləğin ödənilməsi imkanlarımız xaricindədir. İş adamları, imkanlı şəxslər ancaq bu məbləği ödəyib Azəri sağlamlığa qovuşdura bilər. Əlimizdən gəldiyi qədər ətrafdakı insanları bu barədə məlumatlandırırıq, amma bir nəticə yoxdur”.
Qeyd edək ki, Aşıq Azər tanınmış aşıq Xanların oğludur. O, bir neçə ildir ki, Hepatit-B və ayağındakı fil xəstəliyindən əziyyət çəkir. Onun müalicəsi üçün 60 min manat tələb edilir.
Yardımsevər insanlar onun bankdakı hesabına pul köçürə bilər.
Bank Respublika kod - 380194401151751001
Şəxsiyyətin seriya nömrəsi - 14040620
MİLLİ ÖN terminalları vasitəsilə istənilən yerdə ödəniş etmək mümkündür.