Şirvanda insult keçirən adama əlillik verilmir .....                     Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? .....                     “Veteran pulu” nə qədər artırılacaq? .....                     Tehran artıq başa düşür ki... .....                     Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri .....                     DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... .....                     Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır .....                     Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu .....                     Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? .....                     Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir .....                     İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... .....                     BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... .....                     Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir .....                     "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" .....                     Azərbaycanda MTK MMC-yə çevrilir .....                     Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? .....                     Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib .....                     14 yaşlı qızın ÖLÜM SEÇİMİ, .....                     “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? .....                     "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var .....                     Ermənistan silahlanır .....                     "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi .....                     Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq .....                     “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... .....                     Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi .....                     Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? .....                     Yataq xəstəsi ilə bağlı paylaşım edildi: .....                     Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır .....                     Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb .....                     Azərbaycanlı müğənni 39 minlik çantası ilə .....                     Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib .....                     İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına .....                     Əmək hüquqlarını pozan şirkət 24 min, .....                     Naxçıvanda təhsil sahəsində nələr baş verir... .....                     Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib .....                     Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib .....                     Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib .....                     Azərbaycan Milli Konservatoriyasına yeni rektor .....                     Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? .....                     Ermənistan silahlanır .....                 

Bizdə nədən Baytarlıq idarəsinə qəssab təfəkkürü ilə yanaşırlar? - İTTİHAM VAR
Tarix: 9-06-2016, 09:58 | Çap et
Bizdə nədən Baytarlıq idarəsinə qəssab təfəkkürü ilə yanaşırlar?
Əslən Göygöl rayonu, Pənahlılar kəndindən olan, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər İdris oğlu Süleymanov son dövrlər sərgilədiyi fəaliyyətilə ona göstərilən etimaddan sui-istifadə edərək bəzi özbaşına işlər həyata keçirməyə başlayıb. Bu və digər bir sıra önəmli məqamlarla bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la bölüşən məlumatlı şəxs qeyd edir ki, bu sahədə çalışan peşəkar kadrları hədəfə alıb. Belə ki, Azər Süleymanovun Dövlət Baytarlıq Nəzarəti Xidmətinin təcrübəli əməkdaşlarını müxtəlif bəhanələrlə işdən uzaqlaşdırmağa çalışdığını vurğulayan mənbənin sözlərinə görə, o, bu məqsədlə kənd təsərrüfatı naziri Heydər Əsədovun adından istifadə etməkdən belə çəkinmir: «İlk öncə məlumat üçün bildirim ki, Azərbaycan Dövlət Aqrar Universitetini bitirən Azər Süleymanov 1982-1983-cü illərdə Göygöl rayonu Kuybişev adına kolxozda kolxozçu, 1988-1992-ci illərdə Göygöl rayon heyvanların xəstəlikləri ilə mübarizə stansiyasında aparıcı baytar həkim, rəis müavini, 1992-2014-cü illərdə Göygöl Rayon Baytarlıq İdarəsinin rəisi, 2014-2015-ci illərdə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis müavini vəzifələrində çalışıb. O, 07.09.2015-ci il tarixdən etibarən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edir. Beləliklə, deyilənlərə görə, Azər Süleymanov Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təyinat almaqdan ötrü qurum daxilində ona müxalif mövqedə dayanan şəxsləri «zərərsizləşdirməyə» çalışır. Belə ki, xidmətin rəisi vəzifəsini icra edən Azər Süleymanov anlayır ki, onun qurumun rəhbərliyinə gətirilməsində əsas maneə məhz həmin şəxslərdir. Bu səbəbdən də o, kənd təsərrüfatı naziri Heydər Əsədovun adından istifadə edərək özünə qarşı müxalif mövqedə dayanan peşəkar kadrları tutduqları postlardan uzaqlaşdırmaq niyyətindədir. Lakin bu, o qədər də asan məsələ deyil. Çünki Azər Süleymanovun Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsinə təyinatının əleyhinə olanlar qurumdan uzaqlaşdırılarsa, o zaman xidmətin işi tamamilə iflic ola bilər. Məhz elə bu səbəbdən də Heydər Əsədov Azər Süleymanova bir qədər gözləməyi, təmkinli olmağı məsləhət görüb». Bu arada, hazırda bir çox işbazların istehlakçılara xəstə, yararsız və daha çox ölmüş atların, uzunqulaqların və camışların ətini mal əti adı ilə sırıdıqlarını iddia edən məlumatlı şəxs bildirir ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin normal qaydada fəaliyyət göstərməməsi səbəbindən son dövrlər bu cür hal intensivləşib: «Deyilənlərə görə, Azər Süleymanovun rəhbərlik etdiyi qurum normal işləmir, nəticədə minlərlə murdar cəmdəyə yalançı möhür vurulur. Bütün bunlar onu deməyə əsas verir ki, Azər Süleymanov Dövlət Baytarlıq Nəzarəti Xidmətini ozünün səxsi biznes strukturu kimi idarə edir. Elə buna görədir ki, adıçəkilən quruma ölkəyə idxal edilən yüklərə baytarlıq icazəsinin alınması üçün müraciət edən iş adamları əlavə ödənişlərlə üzləşirlər. Deyilənlərə görə, Dövlət Baytarlıq Nəzarəti Xidmətində idxal və ixrac edilən hər yükün öz «haqqı» var. Məsələn, olkəyə idxal edilən damazlıq toyuq yumurtasının birinə 1 sent, (ildə 100 minlərlə yumurta idxal olunur) bir günlük cücənin birinə 1 sent alınır. Xaricdən iş adamları tərəfindən gətirilən bir baş iri buynuzlu heyvana 25 man, qoyun-keçiyə 12 manat tələb olunur. Hər partiyada 100 tonlarla idxal olunan ət, yağ, süd və süd məhsulları, quru süd, balıq və konservləri, həmçinin digər heyvandarlıq məhsullarının bir tonuna 10- 20 manat haqq alınır. Baytarlıqda işlədilən dərman preparatlarının ölkəmizdə qeydiyyatı üçün Baytarlıq İnstitutunda Preyskurantda nəzərdə tutulan 2500 manat alınır. Bundan başqa, hər növ dərmanın qeydiyyatı üçün isə əlavə dərmanın invoisində olan qiymətin 20 faizi «əlavə ödəniş» qismində alınır. Dərman pereparatlarından söz düşmüşkən nəzərinizə çatdırım ki, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanovun həm paytaxt Bakının, həm də ölkənin digər şəhər və rayonlarında çoxlu sayda baytarlıq apteki mövcuddur. Deyilənlərə görə, geniş biznes şəbəkəsinə sahib olan Azər Süleymanovun obyektlərini yaxın adamlarından biri idarə edir. Maraqlıdır, görəsən o, bütün bunları nəyin hesabına əldə edib?» Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02
Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00
“Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58
Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24
Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11
DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00
Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59
Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55
Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53
Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49
İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41
BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36
Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29
"Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24
Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22
Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17
Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05
14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03
“Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01
"Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45
"Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40
Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33
“Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23
Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20
Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19
Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17
Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14
Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13
Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07
Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05
İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03
Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00
Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58
Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45
Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44
Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43
Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42
Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09
Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07
Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05
Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01
Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58
Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50
Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49
Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48
Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20
Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15
“Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02
Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru