Sement mafiyası hansı böyük əllərə güvənir? - ilginc iddialar
Tarix: 7-07-2016, 12:55 | Çap et
“Məhkəmə qərarı boş şeydi. Az qalıb, ayın 5-də Apellyasiya məhkəməsində onu da ləğv etdirəcəyik. Artıq hər şeyi danışmışıq, həll etmişik”. Bunu barəsində məhkəmə qərardadı ilə “Qaradağ AA UNİVERSAL” sementinin satışının qadağan olunduğu Anar Ağayev deyib. A.Ağayevin sözlərinə görə, 1 Saylı Bakı Məhkəməsinin qərardadı müvəqqətidir, ondan şikayət verilib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq və razılıq alınıb ki, A.Ağayevin şikayəti təmin olunacaq. Qeyd edək ki, saxta istehsal olan “Qaradağ AA UNİVERSAL” sementinin satışının qadağan olunmasına dair 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi qərardad qəbul edib. Saxta sementi istehsal edən və satışa çıxaran Qaradağ rayonunda yerləşən “Qaradağ EZ Speak” MMC-ni sahibi Anar Ağayevdir. Saxta sement kisələrinin istehsalçısı isə Bakının Keşlə qəsəbəsində fəaliyyət göstərən “Məişət Malları” ASC-dir. Məhkəmənin qərardadı ilə «Qaradağ AA UNİVERSAL» sementin satışı Anar Ağayevə, «Məişət Malları» ASC-yə, bütün topdan və pərakəndə satışa məsul şəxslərə qadağan edilib. Mətbuatda yayılan məlumatlara görə, məhkəmə qərardadının icrasına başlanılıb. Ağayev Anar Gülağa oğluna Cinayət Məcəlləsinin 303 və 306-cı maddələrinə əsasən xəbərdarlıq edilərək ondan iltizam alınıb. Lakin A.Ağayev sement satıcılarını və şəriklərini arxayınlaşdırıb ki, qərardadın ləğvinə nail olmaq üşün Bakı Apellyasiya Məhkəməsi ilə razılaşıb, qadağanı ləğv etdirəcək. Yayılan məlumatlarda qanunsuz sement istehsalı ilə məşğul olan A.Ağayevin vergilərdən yayınması, qanunsuz satışla külli miqdarda sərvət topladığı bildirilir. Görünür, qanunsuz sement istehsalından toplanan böyük pullar onu hətta, məhkəməyə “meydan oxumağa” sövq edir.Son məlumata görə, Bakı Apellyasiya Məhkəməsində hakim E.Nağıyevanın sədrlyi ilə iyulun 5-də keçirilən iclas 1 həftəlik təxirə salınıb. Bundan sonra A.Ağayev saxta sement şəriklərini və “distributorlarını” bir yerə yığaraq onları arxayın edib ki, iyulun 12-də məsələ onun xeyrinə bitəcək. A.Ağayev saxta sement istehsalını və satışını artırmağı tapşırıb. Məlumata görə, A.Ağayev “Laçın-1” firmasının (qanunsuz “AZBETON”un istehsalçısı) sahibi Anar Məlikovla bir araya gələrək saxta sement bazarını birgə yönəltməyi razılaşıblar. Hələ bir müddət əvvəl Anar Məlikovun Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yetkili şəxslərlə anlaşaraq “Laçın-1” firmasının saxta sement istehsalına razılıq aldığı barədə məlumat yayılmışdı. “Qaradağ EZ SPEAK”ın sahibi Anar Ağayevin isə İqtisadiyyat Nazirliyində yüksək vəzifəli himayədarının olduğu deyilir. Hər iki istehsalçı saxta sementin bölgələrdə eyni bazarda satılmasını qərarlaşıbar. Bu planı gerçəkləşdirmək üçün bölgələr üzrə “distibutorlar” da müəyyənləşdirilib. Şəki, Zaqatala, Balakən, Qax bölgəsi üzrə distribütor Yusif, Şimal rayonları üzrə Mais, Beyləqan-Fizuli-Ağcabədi rayonları üzrə Ələkbər, cənub bölgəsi üzrə Hacı Azadla razılıq əldə olunub. Qeyd edək ki, Hacı Azad Lənkəran rayonu Xəzər bələdiyyəsi sədrinin qardaşıdır. Ümumiyyətlə, bütün rayonlarda saxta sementin satışını təşkil etmək üçün yerli məmurlarla “razılaşma” əldə olunması qarşıya məqsəd kimi qoyulub. Dünəndən saxta “QARADAĞ AA” və “AZBETON” sementinin yeni satışlarına başlanıb. Saxta sement istehsalçılarının razılığına görə, bütün rayonların inşaat bazarında malları eyni dükanlarda satılır. Dükanların və satıcıların siyahısı da istehsalçılar tərəfindən razılaşdırılıb: Salyan rayonu taxta bazarı tikinti materiallari dükanında Rövşən, Neftcala rayonu Qarabucaq kəndində Elməddin Agaverdiyev, Xolqarabucaq kəndində Fikrət, Neftçala şəhərində YDM yanında Nazim Soltanovun dükanında, Şirvan şəhərinin girişində Nofəlin dükanında, Sabirabad rayonu Qruzma yolunda Muradxan ve Zulfəlinin dükanında, Xacmaz rayonu Niyazabad yolunda İlhamın tikinti materialları magazası, Xaçmaz-Quba yolunda Fərmanın dükanı, Xaçmaz-Bakı yolunun üstündə Raminin mağazasında, Xəzər (STP) ticarət mərkəzində İlqar, “Azpetrol” YDM-in yanında Elşənin dükanında, Quba yolunda tikinti materialları magazaları cərgəsində Həbib, Ramal, Nizami, Araz və Nohbalanın dükanlarında, Mursudoba kəndində Eminin dükanında, Xaçmaz-Qusarçay yolu Nahidə məxsus “Kristal Inşaat”, Xaçmaz bazarının arxasında Telmana məxsus “HAYAT INŞAAT”, Ağcabədidə Hindarx yolu (4yol) ərzaq və yem dükanlarında (Haciyev Osman və Hacıyev Qiyas), Bərdə şəhərində Xasaya məxsus “Polad inşaat”da, Lənkəran şəhərində “Abidə inşaat”da Fərid, “Modern İnşaat”da Haci Aqil, İlhamın dükanında, Ləvəngi dairəsində Hamletin dükanında, Beyləqan rayonu Daşburun qəsəbəsində dairənin yanında Qismət, Miri, Əvəz, Mehdi, Elşad,Fizuli rayonu Bala Bəhmənli kəndində Sirac Tagıyev və Qopalın dükanlarında, Zərdab rayonunda Şükranın dükanında, Göyçay şəhəri mərkəzi xəstəxananın yanında Bəxtiyar, Potu yolunda Şirzadın dükanlarında, Qax şəhərində Sahibin dükanında, Şəki şəhərində Taleh, İlqar Şərifov, Cümşüd, Oğuz şəhərində Vaqif Ələkbərovun dükanı, Zaqatala şəhərində bazar yolunda İlqar, Elçin, Arifin dükanlarında, Balakən bazarının yanında Ceyhun Qanzayev, Firuz, Ramazanın düklanlarında saxta sementin satışı davam edir. Razılaşmaya görə, Anar Ağayev və "Laçın-1" bu dükanlarda satışa birgə nəzarət edəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|