Burda hər şey kəllə-mayallaqdır... - İTTİHAM VAR
Tarix: 9-11-2016, 10:27 | Çap et
Məlum olduğu kimi son vaxtlar Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) fəaliyyətində müşahidə olunan çeşidli neqativ hallar yenidən mətbuatın gündəminə yol tapmaqdadır. Bu ali təhsil müəssisəsində baş verən rüşvət yığımları, müəllim-professor heyətinə qarşı yol verilən haqsızlıqlar və digər qanun pozuntuları müxtəlif kütləvi informasiya vasitələrinə, o cümlədən redaksiyamıza ünvanlanan şikayət məktublarında da yer alır. Qəzetimizin ötən saylarında biz də Azərbaycan Memarlıq və İnşaat Universitetinində olan mənbələrin təqdim etdikləri məlumatlar əsasında, bu ali təhsil müəssisəsində müxtəlif korrupsiya hallarına yol verilməsindən bəhs edən bir neçə tənqidi material dərc etmişdik. Həmin materiallarda biz göstərmişdik ki, bu gün Memarlıq və İnşaat Universitetində tələbələrdən rüşvət yığımı indiyə qədər müşahidə olunmamış bir həddə çatıb. Təbii ki, rüşvətxorluğun kök saldığı bir çox ali məktəblərdə olduğu kimi burada da pul yığımları üçün əsas bəhanə sessiya imtahanlarıdır. Məlumatlarda bildirilir ki, semestr imtahanlarında hər tələbədən bir fənn imtahanına görə alınan pulun minimal məbləği 100 manat təşkil edir. Digər tərəfdən isə, öz biliklərinə güvənərək rüşvət verməkdən imtina edən tələbələrə qarşı da müxtəlif təsir vasitələrindən istifadə olunur. Bu xüsusda müxtəlif instansiyalara müraciət edən tələbələr bəzi hallarda rüşvət alan müəllimlərin konkret adlarını açıqlamasalar da onların kimliyini müəyyənləşdirməyin heç də çətin olmadığını vurğulayırlar. Bununla belə universitetdə həyata keçirilən rüşvət yığımlarının arxasında bilavasitə rektor Gülçöhrə Məmmədovanın bacısının durduğu da əksər məlumatlarda birmənalı şəkildə vurğulanır. Daxil olan məlumatlarda iddia olunur ki, Gülçöhrə Məmmədova bacısının həyat yoldaşına da universitetdə mühafizə xidmətinin rəisi vəzifəsini verməklə, AzMİU-nu demək olar ki, əsil ailə müəssisəsinə çevirə bilib.
Bu arada isə, mətbuatda yayımlanan məlumatlarda Gülçöhrə Məmmədovanın yeni biznes-layihəsi barədə maraqlı açıqlamalar təqdim olunur. Məlumatda deyilir: “Memarlıq və İnşaat Universitetinin rektoru Azər adlı şərikilə birlikdə Məmməd Rahim küçəsinin bir hissəsini zəbt edib. Belə ki, Gülçöhrə Məmmədova avtodayanacaq biznesinə girişməyə qərar verib...” Mənbənin deməyinə görə, rektor Məmməd Rahim küçəsindən «Azərbaycan» nəşriyyatına doğru, daha dəqiq desək, Mətbuat prospekti istiqamətində avtodayanacaq inşa etdirir. Tikinti işlərində iştirak edən fəhlələr də qeyd edirlər ki, rəisimiz Azər müəllimdir və o, Gülçöhrə Məmmədova ilə danışıb, məsələni yoluna qoyublar. Bildirilir ki, həmin avtodayanacağın bir hissəsi universitetin ərazisini, bir hissəsi isə, əsas yolu zəbt edib. Bu isə, həm avtomobillərin, həm də piyadaların hərəkətinə mane olur.
Daxil olan məlumatlarda iddia olunur ki, SSRİ dövründə istedadlı inşaatçılar, mühəndislər və ümumiyyətlə savadlı kadrlar yetişdirən universitet 1999-cu ildən etibarən bu sahədəki fəaliyyətini sanki dondurub. Həmin ildən AzMİU-ya rəhbərlik edən rektor Gülçöhrə Məmmədova vəzifəsində müxtəlif qüsurlara yol verərək tələbələrin normal təhsil almasının qarşısına görünməz, eyni zamanda da keçilməz bir sədd çəkib. Qeyd etmək lazımdır ki, bir müddət bundan əvvəl Hesablama Palatası AzMİU-da yoxlamalar apararaq ciddi qanun pozuntularını da aşkara çıxarmışdı. Palatadan bildirilmişdi ki, auditlə əhatə olunan illərdə xərc smetaları təsdiq edilərkən xərc maddələri üzrə tələbat düzgün müəyyənləşdirilməmiş, təsdiq olunmuş ilkin xərc smetalarında çoxsaylı, bəzi hallarda isə zərurət olmadığı halda dürüstləşmələr aparılmışdı. Bu isə, universitet rəhbərliyi tərəfindən sürəkli olaraq, mənimsəmə hallarına da yol verildiyinə dəlalət edir...
Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|