Rəcəb Babaşov harda səhv buraxıb? - Adı "qara siyahı"dadır...
Tarix: 27-12-2016, 10:04 |
Çap et
DİA.AZ: - Sabiq vergi məmuru, hazırda Qazax rayon İcra Hakimiyyətinin başçısı postunu tutan Rəcəb Babaşov "nəzərə gəlib". Ən azından görünəni budur. Belə ki, əksəriyyət artıq gələn ilə bir çox rayon rəhbərlərinin dəyişəcəyi ehtimallarının ictimai müzakirəsinə, məlumat axışına şahidlik etməkdədir. Yəni gözləniləni odur ki, bəzi rayonalrın rəhbrələri dəyişdiriləcək. Bu, həm də Rəsmi Bakının yeni siyasəti ilə də uzlaşan bir proses davamiyyəti kimi də anlaşılır.
Bununla bağlı DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, 1 yanvardan etibarən start götürəcək proses zamanı adları "qara siyahıda" olan icra başçıları ilə hakimiyyətin yolları ayrılacaq ki, maraqlıdır, onların sırasında bu il Qazax rəhbərliyinə gətirilən Rəcəb Babaşov da var.
Məlumatlı mənbə dia-az.life-a iddia edir ki, Rəcəb Babaşov hansısa yanlışının güdazına gedir: "Bu yanlış təbii ki onun özünə də bəllidir və onunla bağlı qərarı verəcək "yuxarıların" da. İqtidar dəhlizlərində söylənilər də təsdiqləyir ki, Rəcəb Babaşov hələlik səhbini düzəltməyə çalışırmış kimi görünür. Bunu bacaracaqmı?.. Artıq bu da nəticələrdən aydın olacaq. Yəni prosesin sonundan".