Ziya Məmmədovun obyekti ilə bağlı ilginc iddialar - İTTİHAM VAR
Tarix: 8-03-2017, 10:10 | Çap et
Azərbaycan respublikası dövlət müstəqilliyini əldə etdikdən sonra bütün sahələrdə əsaslı yenidənqurma işlərinin həyata keçirilməsi, dövlət qurumlarını formalaşması və işlək vəziyyətə gətirilməsi, bir çox islahat proqramlarının tətbiqi və s. sanki zərurətə çevrildi. Düzdür, illər keçdikcə həlli vacib olan problemlərin bir çoxu həllini tapdı və bəzilərinin həlli istiqamətində əməli addımlar da atıldı. Ölkəmizin səhiyyəsi, təhsili, mədəniyyəti, ordu quruculuğu, aqrar sahəsi və digər sahələri daim diqqətdə saxlanıldı. Bütün bunlar onu söyləməyə əsas verir ki, müstəqil respublikamızın daha qüdrətli dövlətə çevrilməsi üçün hər şeydən öncə əməli addımlar atılmalıdır.
Nəqliyyat infrastrukturunun yeniləşməsi zərurətə çevrildi
Ölkəmizin nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və bu sahədə müəyyən yeniliklərin tətbiqi də olduqca zərurətə çevrildi. Çünki, müstəqil dövlətin nəqliyyat infrastrukturunu sovet dönəmindən qalma və müasir dövrün tələblərinə cavab verməyən yeni infrastrukturla əvəzləmək zərurəti yarandı. Belə bir səbəblər üzündən də, ilk növbədə ölkəmizin nəqliyyat sahəsindəki problemləri aradan qaldırmaq, yeni avtovağzalın tikintisini həyata keçirmək və digər ciddi islahatları tətbiq etmək, sanki hər kəsin gələcəyə ümidlə baxmasına da səbəb oldu. Onu da vurğulayaq ki, görüləcək işlər içərisində Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın tikintisi daha çox diqqəti cəlb etdi. Çünki, bu avtovağzalın müasir üslubda tikintisi ilə bağlı büdcədən külli miqdarda vəsait də ayrıldı. Hələ tikinti işləri aparılarkən sürücülər, çoxsaylı sakinlər ümid edirdilər ki, arzusunda olduğumuz problemlər qısa zaman kəsiyində həllini tapacaq və hər kəsin rahatlığı da təmin olunacaq.
Avtovağzalla bağlı arzular, puç olan ümidlər
Amma bu heç də belə olmadı. Çünki, adı çəkilən avtovağzalın tikintisi başa çatdırıldı və yuxarıda qeyd etdiyimiz kimi, bu məqsədlə büdcədən milyonlarla vəsait xərclənsə də, adı çəkilən sahədə qayda-qanun bərpa olunmadı ki, olunmadı. Bunun həm obyektiv, həm də subyektiv səbəbləri oldu. Bu səbəblər içərisində ən başlıcası isə, müxtəlif istiqamətlərə hərəkət edən nəqliyyat vasitələri üzərində, məhz bu sahəni inhisarında saxlayan şəxslərin inhisarçılığı oldu. Bu gün də Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalından ölkəmizin bütün istiqamətlərinə hərəkət edən nəqliyyat vasitələri təsir dairəsində saxlanmaqdadır. Məsələn, adicə bir faktı qeyd edək ki, ölkəmizin qərb zonasına hərəkət edən nəqliyyat vasitələrinin sahiblərinə “mütləq Ucar Avtovağzalındakı yeməkxanada dayanmalısınız” deyə, şifahi tapşırıqlar verilir. Belə bir tapşırıqların verilməsinin də özəl səbəbləri var. Çünki, həmin yeməkxanın bir neçə gün bundan əvvələ qədər nəqliyyat naziri vəzifəsini daşımış Ziya Məmmədova bağlı olduğu da bildirilirdi. Məhz belə bir səbəb üzündən də, bu sahədə çalışan sahibkarlar verilmiş tapşırıqlardan heç cür kənara çıxa bilmir və hər bir əmrə “baş üstə” deməyə də məcbur olurlar.
Sabiq baş nəqliyyatçının “əmr”i, bu gün də yerinə yetirilməkdədir
Maraqlı hal odur ki, hal-hazırda Ziya Məmmədov ölkəmizin Nəqliyyat Naziri deyil, amma buna baxmayaraq, yenə də sürücülər Ucar Avtovağzalındakı yeməkxanada dayanmağa vadar olunurlar və avtovağzal səlahiyyətliləri tərəfindən sürücülərə verilmiş sənədlərə, məhz həmin yeməkxanada dayanmalarını təsdiq etmək üçün hansısa möhür də vurulur. Hələ bu azmış kimi onlar müəyyən məbləğdə “rüsum” ödəməyə də vadar edilirlər.
Sürücü, sərnişin hüquqları niyə pozulmalıdır?
Diqqəti bir məqama yönəldək ki, sürücülərin belə bir addımlar atmalarına vadar olunmaları, təkcə onların deyil, hətta çoxsaylı sərnişinlərin də hüquqlarının pozulması ilə nəticələnməkdədir. Çünki, bu haqda məlumatları “Gündəm Xəbər”ə çatdıran sərnişinlər bildirirlər ki, “yol kənarlarında çoxlu sayda yeməkxanalar var və həmin yeməkxanalarda həm keyfiyyətli, həm də ucuz yeməklər verilir. Amma Ucar Avtovağzalında isə, fərqli ab-hava yaşanmaqdadır. Yəni, adı çəkilən avtovağzaldakı yeməkxanada bahaçılıq olmaqla bərabər, həm də keyfiyyətsiz yeməklər verilir. Digər tərəfdən, bu sahə ilə məşğul olan neçə-neçə sahibkar var ki, atılan addımlar, məhz onların iş fəaliyyətlərinə olduqca mənfi təsir də göstərir. Onu da vurğulayaq ki, Ucar Avtovağzalındakı yeməkxanada sərnişinlərə verilən yeməklərin müqabilində bir kimsəyə hər hansı qəbz verilmir. Bu da onu söyləməyə əsas verir ki, adı çəkilən yeməkxanaya rəhbərlik edən şəxs və yaxud şəxslər vergidən yayınır və belə bir yolla da, gündəlik vergi cinayətinə qol qoymuş olurllar.
Inhisarçılıq ölkəmizin imicinə də mənfi təsir göstərir
Hələ bir neçə gün bundan əvvəl, qardaş Türkiyə dövlətinə gedən Aslan adlı şəxs redaksiyamızla əlaqə saxlayıb bildirdi ki, “sərnişinlər nə qədər təkid etsələr də, bizi aparan sürücü nəqliyyat vasitəsini Ucar Avtovağzalında saxladı və bildirdi ki, “mənə Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalın rəhbərliyindən tapşırıq verilib, mən həmin tapşırıqdan heç cür kənara çıxa bilmərəm”. Elə ki, adı çəkilən avtovağzalda dayandıq, o halda gördüm ki, nəinki Türkiyə dövlətinə, hətta İrana gedənləri də adı çəkilən avtovağzalda dayanmağa vadar ediblər. Belə bir addımların atılması, yəqin ki, əcnəbi vətəndaşlarda Azərbaycan haqda müəyyən ictimai fikrin formalaşmasına səbəb olur və istənilən halda ölkəmizin imicinə bu və ya digər formada xələl də gətirir”.
Avtovağzalda oturub Ucar Avtovağzalını idarə edənlər
Bütün bunlardan əlavə, bir-iki gün bundan öncə özünün Ucar rayon sakini olduğunu bildirən şəxs redaksiyamızla əlaqə saxlayıb vurğuladı ki, “Ucar Avtovağzalında idarəetməni, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında çalışan Etiram və Əzizağa adlı şəxslər həyata keçirirlər. Əzizağadan fərqli olaraq, Etiram “Azərbaycanın Milli Qəhrəmanı” adını daşıyır. Bu şəxslər adı çəkilən avtovağzala daxil olan nəqliyyat vasitələrini nəzarətdə saxlatdırır və “açot-uçot”unu da apartdırırlar”. Belə bir məlumatı eşitdikdən sonra çox götür-qoy etdik. Çünki hər kəsə bəllidir ki, milli qəhrəman adını daşıyan şəxslər xalqımızın qürur mənbəyidir və həmin şəxslər döyüş bölgələrində göstərdikləri qəhrəmanlıqlara görə, məhz belə bir ada layiq görülürlər. Verilən bu cür məlumatdan sonra bəzi düşüncələrə sahib olduq və o qənaətə də gəldik ki, hər kəs bu adın ucalığını qorumağa çalışmalıdır. Amma, “Azərbaycanın Milli Qəhrəmanı” adını daşıyan Etiram adlı şəxsin hansısa qruplaşma ilə işbirliyinə girərək, hərəkətdə olan nəqliyyat vasitələrini təsir dairəsində saxlaması, çoxsaylı sərnişinlərin hüquqlarının pozulması ilə nəticələnən addımlar atması və s. yəqin ki, bir kimsə tərəfindən təqdirəlayiq addım da hesab oluna bilməz.
Avtovağzaldakı yanacaqla bağlı yaşanan problemlər
Ölkəmizin nəqliyyat sektorunda yaşanan acınacaqlı olaylardan biri də, avtovağzal rəhbərliyi tərəfindən sürücülərin idarə etdikləri nəqliyyat vasitələrinin yanacaqla təminatınıda yaşanan problemlərin varlığıdır. Çünki, daim bu sahəni də nəzarətdə saxlayan rəhbərlik bəzi hallarda sürücüləri vadar edir ki, onlar istifadə etdikləri yanacağı avtovağzaldakı yanacaqdoldurma məntəqəsindən doldurmalıdırlar. Bu haqda məlumatları “Gündəm Xəbər”ə çatdıran, amma adının çəkilməsini istəməyən sürücülərdən bir neçəsi bildirir ki, “bəzən avtovağzalda satılan yanacaq gəmilər üçün nəzərdə tutulduğundan, ondan istifadə zamanı avtobusların ayrı- ayrı detalları tez bir zamanda sıradan çıxır. Belə bir halın varlığını isə, nəiki avtovağzal rəhbərliyi, hətta digər işçilər də nəzərə almırlar. Çünki, vəzifə sahiblərini nəqliyyat vasitələrinin durumu deyil, daha çox əldə olunacaq “haq-hesab”ın varlığı düşündürür.
Kassalar niyə “sürgün” olunmuş yerdə yerləşdirilib?
Onu da vurğulayaq ki, bu gün Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında rüşvətxorluq ayaq tutub yeriməkdədir. Bu ünvanda yaşananlarla bağlı məlumatları “Gündəm Xəbər”ə çatdıranlar bildirirlər ki, kassalar avtovağzalın “podval”ında, yəni birinci mərtəbəsində yerləşdiyindən, sərnişinlərin tam əksəriyyəti kassaların harada, hansı ünvanda yerləºməsindən xəbərsiz olurlar. Kassaların belə bir ünvanda yerləşdirilməsinin də özəl səbəbləri var. Yəqin ki, bu cür halın varlığı bu gün də Bakı Avtovağzalında rəhbərliyi həyata keçirən cənab Seymur Quliyevin maraqlarına cavab verməkdədir. Bilet kassaları “podval”da yerləşdiyindən, məhz kassalardakı biletlərin çoxu əllərdə olur və onu sürücülər sərnişinlərə baha qiymətə satırlar.
Sərnişinlərin az sayda sənədləşdirilməsində pərdəarxası maraqlar
Çatdırılan məlumatlarda o da bildirilir ki, iritutumlu nəqliyyat vasitələrində sərnişinlər nə qədər çox olsa da, ölkədaxili, hətta xaricə gedən avtobusların hər reysinə cəmi 5-6 nəfər sərnişin, daha çox halda isə, rəsmi sənədlərdə 10 nəfər sərnişin sənədləşdirilir. Əslində satılan hər biletin satış qiymətinin 16%-i dövlətə ödənilməli olduğu halda, yalnız az sayda sənədləşdirilən sərnişinlərdən alınan pulların faizi dövlətə ödənilir. Başqa sərnişinlərdən əldə olunan bilet pulları isə, ayrı-ayrı vəzifə sahibləri arasında “pay-püş” olunur. Onu da vurğulayaq ki, “pay-püş” edilən pullar hər kəsin daşıdığı vəzifəsinə görə bölünür. Yalnız kassalarda çalışanlara isə, ümumi bölgüdən cəmi 10 manat pulun çatdığı bildirilir.
Hansı vəzifə sahibinə nə qədər “haqq-hesab” çatır?
Əgər sərnişin sürücüdən şikayət edərsə, istənilən halda sürücü günahkar çıxarılır və avtovağzal rəhbərliyi ilə bərabər, onun yan-yörəsində “fırlanan”lar isə təmizə çıxarılırlar. Avtovağzalda rüşvətxorluq daha çox xarici ölkələrə gedən avtobuslarda yaşanmaqdadır. Məsələn, adı çəkilən qurumda növbə rəisi işləyən Məhəmməd adlı şəxsə təkcə Bakı-Kazan reysinin hər birindən 100 manat, dispeçer işləyən Abbas adlı şəxsə 50 manat, “baqajnik” işləyənlərə isə, 30 manat “haqq-hesab”ın çatdığı bildirilir.
Avtovağzaldakı “kitab pulu” kimlərin büdcəsinə daxil olur?
Maraqlı hal odur ki, xarici ölkələrə gedən nəqliyyat vasitələrinin sürücüləri əgər avtovağzaldan yanacaq götürmürlərsə, o halda əlavə 18 manat “rüsum” da ödəməli olurlar. Nəqliyyat vasitələri avtovağzaldakı dayanacağa daxil olarkən “şlaqbaum”u endirib-qaldıranlara 2 AZN, dayanacaqda sutka ərzində dayanmaya görə gözətçilərə 2 AZN, hər sürücüyə görə avtovağzal həkimlərinə 2 AZN, məlumat bürosunda işləyənə 2 AZN “rüsum” ödənilir. Hələ bunlar azmış kimi, iritutumlu nəqliyyat vasitələri avtovağzaldan çıxarkən nəqliyyat vasitələrinin sahiblərindən 20 AZN alınır ki, bunun da adını “kitab pulu” qoyurlar. Ərazidə təhlükəsizliyə və sabitliyin qorunmasına cavabdehlik daşıyan post patrul xidmətinin əməkdaşları isə, hər iritutumlu nəqliyyat vasitəsinin sahibindən 10 AZN aldığı iddia olunur. Avtovağzalda yaşanan ən böyük qanunsuzluqlardan biri də, vergidən yayınma hallarının baş verməsidir. Çünki, adı çəkilən qurumun ərazisində yüzlərlə mağaza, bir neçə yeməkxana var ki, onlar ticarətlə məşğul olurlar və kassa aparatından çox zaman da istifadə etmirlər. Bütün bunlar onu söyləməyə əsas verir ki, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında əsaslı tədbirlərin görülməsinin artıq zamanı çatıb.
Nazirliyin ləğvi yeniliklərə yol açacaq
Ölkəmizin nəqliyyat sahəsində yaşanan acınacaqlı durumun varlığına baxmayaraq, bu gün də əksəriyyət ümidini üzməyib. Çünki, 2003-cü ildən Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinin, hələ bir neçə gün bundan əvvəl ləğv edilməsi və əvəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması, məhz tam əksəriyyətdə belə bir fikirin fomalaşmasına da səbəb olub ki, cənab Ramin Quluzadə bu sahəni inhisarçılıqdan birdəfəlik xilas edəcək. Çünki, cənab Nazirin bir neçə gün bundan əvvəl Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında olması və problemlərin aradan qaldırılması istiqamətində çox ciddi tapşırıqlarını verməsi, hər kəsdə yeni bir ümid hissinin baş qaldırmasına da səbəb olub. Onu da qeyd edək ki, Nəqliyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2003-cü il tarixli 880 saylı fərmanı ilə yaradılmışdı və nazirliklə bağlı Əsasnamə təsdiq olunduqdan sonra adı çəkilən qurum fəaliyyətə başlamışdır. Ötən illər ərzində Nəqliyyat Nazirliyinin tabeçiliyindəki qurumlarda vəzifə sahibi olan bir çox “qoçu dəstələri”nin qol qoyduqları çoxsaylı qanunsuzluqlar, atdıqları addımlar və s. sanki bu sahədə çalışanların “toxunulmaz şəxs” statusuna malik olmalarını göstərirdi. Deyəsən bu sahədə fərqi ab-hava yaşanması üçün, olduqca yaxın vaxtlarda müəyyən addımlar atılacaq. Çünki heç cür inana bilmərik ki, ölkəmizin olduqca strateji sahələrdən biri hesab olunan nəqliyyat sahəsində idarəçilik, bu gün ölkə rəhbəri tərəfindən nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri vəzifəsini daşıyan Ramin Quluzadəyə etibar edilirsə, deməli bu şəxs adı çəkilən sahənin “bataqlıq”lar içərisində məhv edilməsinə heç cür imkan verməyəcək. Yəqin ki, atılan hər bir addım istər Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında, istərsə də regionlardakı avtovağzallarda, xüsusilə də Ucar Avtovağzalındakı inhisarçılığa, məcburetməyə, sərnişin hüquqlarının pozulmasına birdəfəlik “yox” deyəcək. Bu yöndə araşdırmalarımız davam edəcək.
Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləməyə hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
|