Qızına dəbdəbəli toy edən məmur Çovdarovun qudası çıxdı - İLGİNC
Tarix: 19-04-2017, 10:51 |
Çap et
Bakı Lift idarəsinin rəisi Qüdrət Şükürovun qızının dəbdəbəli toyuyla gündəmə gəlməsi bir çox məqamlara da aydınlıq gətirib.
Gununsesi.info-nun xəbərinə görə, mətbuatın gündəmini zəbt edən xəbərlər sırasına biri də əlavə edilib. Belə ki, Q.Şükürovun hazrkı qudasının “Dəmirbank” ASC-nin idarə heyətinin sabiq sədri Roman Əmircanov olduğu məlum olub.
Qeyd edək ki, R. Əmircanovun digər oğlu MTN-nin sabiq idarə rəisi, hazırda məhkəmə qarşısında cavab verən Akif Çovdarovun qızının əridir.
R.Əmircanovun oğlu və Akif Çovdarovun kürəkəni Rəşad Əmircanov da MTN-də işləyib. 2015-ci ildə ləğv edilmiş MTN-dəki cinayət şəbəkəsi ifşa edildikdən sonra onları işdən uzaqlaşdırıblar.
Qeyd edək ki, Qüdrət Şükürovun qızı Aysel və Roman Əmircanovun oğlu Oktayın toyunun 400 min dollara ərsəyə gəldiyi iddia edilir. Məlumata görə, Qüdrət Şükürov kürəkəni Oktay Əmircanova “Porche” markalı avtomobil də hədiyyə edib.