Şərqin İsveçrəsi - Azərbaycan “iki od” arasında - Gəlişmə
Tarix: 31-05-2017, 09:01 | Çap et
Cənub qonşumuz İranla Azərbaycanın strateji tərəfdaşı Səudiyyə Ərəbistanı arasında münasibətlər gərgin olaraq qalır. Bu gərginliyin kökündə yalnız ötənilki Həcc ziyarəti zamanı Məkkədə baş vermiş qəzada yüzlərlə iranlı zəvvarın ölməsi faktı durmur, həm də və daha çox böhranlı Yaxın Şərq, Suriya (Bəşər Əsəd) məsələsində bu iki ölkənin toqquşan maraqları dayanır.
Bu da iki isti fakt: ötən həftə Səudiyyə Ərəbistanında ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş İslam sammitinə İran dəvət olunmadı. Azərbaycanın da qatıldığı həmin zirvə görüşü çərçivəsində “İslam NATO-su” ideyası da müzakirə predmeti oldu. Şəksiz ki, bu, həm də İran əleyhinə bir layihə kimi qiymətləndirilir. Həm “İslam ordusu” ideyası, həm də cənub qonşumuzun sammitə dəvət olunmamasının nəticəsi idi ki, toplantıdan bir gün sonra İranın Ali dini lideri, ayətullah Əli Xomeneyi Səudiyyə Ərəbistanı rəhbərliyi haqda sərt, bir qədər də təhqiramiz ifadələr işlətdi.
*****
Rəsmi Bakı, şübhəsiz ki, Ər-Riyadla Tehran arasında münasibətlərin belə kritik xarakterinin fərqindədir. Təbii ki, Azərbaycan bütün hallarda öz böyük qonşusu ilə normal münasibətlər saxlamaq zorundadır və buna həmişə çalışır da. Ələlxüsus İranla iqtisadi əlaqələrin inkişafına məxsusi diqqət yetirilir.
Bunun ən bariz təzahürü kimi Azərbaycan, İran və Rusiya arasında “Şimal-Cənub” nəqliyyat dəhlizi haqda ötən ilin yayında üç prezident səviyyəsində əldə olunan anlaşma sayıla bilər. Anlaşma uğurla həyata keçməkdədir və gələn ay - iyunda İran, Rusiya və Azərbaycan prezidentləri Tehranda bir araya gələrək, imzalanan sənədlərin yerinə yetirilməsinin gedişini bir daha müzakirə edəcəklər.
Sözsüz ki, Bakı-Tehran münasibətlərinin normalda qalması İranın da marağındadır. Qarşılıqlı əlaqələrin inkişafına verilən önəm isə mayın 29-da Azərbaycan prezidenti İlham Əliyevin iranlı həmkarı Həsən Ruhaniyə etdiyi telefonla zəng ilə növbəti dəfə öz təsdiqini tapmış oldu.
*****
Xəbər verildiyi kimi, İlham Əliyev Ruhaninin yenidən prezident seçilməsi və müqəddəs Ramazan ayı ilə əlaqədar İran prezidenti və xalqına təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar, İran xalqına firavanlıq və inkişaf arzularını ifadə edib.
Öz növbəsində Ruhani göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib, müqəddəs Ramazan ayı və 28 may - Respublika günü münasibətilə Azərbaycanın dövlət başçısını və xalqını təbrik edib, xalqımıza firavanlıq diləklərini çatdırıb (28-may - istiqlalımızla bağlı tarix olduğu üçün Ruhaninin ilk dəfədir etdiyi bu jest xüsusi diqqət çəkməyə bilməz).
Bundan əlavə, söhbət zamanı ikitərəfli münasibətlərin bir çox aspektləri, o cümlədən regionda təhülkəsizlik məsələləri, “Şimal-Cənub” dəmir yolunun tikintisi, neft-qaz sahəsində əməkdaşlıq, sərmayə qoyuluşu, turizm, kənd təsərrüfatı sahələri ətrafında fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Azərbaycan-İran əlaqələri xüsusilə son dörd il ərzində ən yüksək səviyyəyə qalxıb və əldə edilmiş razılaşmalar və imzalanmış sənədlərin hamısı uğurla icra edilir.
*****
Bu, doğrudan da belədir: iki ölkə arasında iqtisadi-ticari əlaqələr son illər ərzində yüksələn xətlə inkişaf edir. Ən əsası, bu əlaqələrin, proje və anlaşmaların hamısı işğalçı Ermənistanın iqtisadi təcridinin güclənməsinə işləyir, İran üçün təcavüzkarın strateji önəmini azaldır. Adekvat şəkildə Azərbaycanın önəmi artır. Artan iqtisadi önəm isə regionda güclənən söz sahibliyi deməkdir.
Doğrudur, İran hələ ki qardaş Türkiyədən, Pakistandan və Səudiyyə Ərəbistanından fərqli olaraq, təcavüzkar Ermənistanla isti əlaqələr saxlayır - hansı ki, ötən ilin qışında H.Ruhaninin İrəvan səfəri ilə bir daha nümayiş olundu. Ancaq o da var ki, ortaq iqtisadi maraqlar olan yerdə ortaq siyasi maraqlar, ortaq hədəflər də qaçılmaz olur.
Biz həmçinin bu günlərdə İranın Ali dini liderinin Dağlıq Qarabağ problemi ilə bağlı verdiyi açıqlamanı da nəzərə alırıq. Cənab Xomeneyinin ofisi bildirmişdi ki, işğal altındakı Qarabağ müsəlman torpağıdır və oradakı rejimlə hər hansı əlaqələr qurmaq günah və cinayətdir.
*****
Azərbaycan bu kimi yanaşmanı qiymətləndirir. Eyni zamanda arzu edir və gözləyir ki, İran Dağlıq Qarabağ məsələsində, işğal məsələsində nəhayət, daha prinsipial, islami dəyərlərə uyğun mövqe tutacaq ki, müsəlman torpağı olan Qarabağa işğaldan tezliklə azad olunsun - qardaş Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı kimi.
Yeri gəlmişkən, Pakistan və Səudiyyə Ərəbistanı məhz işğal faktına görə Ermənistanla bu günədək diplomatik əlaqələr qurmayıb, onu dövlət kimi, ümumiyyətlə, tanımırlar. Bakı bunu da heç vaxt unuda bilməz. Yəni əməl məsələsi. Di gəl, böyük qonşu kimi İranla da bizim münasibətlərimiz Qarabağ məsələsində az önəm kəsb eləmir.
Bu xüsusda Azərbaycan bu iki böyük müsəlman dövləti arasında iki od arasında kimi görünə bilər. Fəqət, balans siyasəti, Qarabağ dərdi tələb edir ki, onlardan biri ilə yaxşı münasibət digərinin hesabına olmamalıdır. Yaddan çıxarmayaq ki, konfliktin hərbi yolla həlin gündəmə gələcəyi təqdirdə Tehranın mövqeyi də Azərbaycan üçün az əhəmiyyət kəsb etməyəcək.
Bu mənada Bakının bir-bir ilə ziddiyyətdə olan iki qonşu-tərəfdaş arasında barışdırıcı xətt yürütməsi ən ağıllı gediş olardı. Necə ki, Bakı Türkiyə-Rusiya münasibətlərinin böhrandan çıxmasında uğurlu vasitəçi, meydança rolu oynamışdı, necə ki, ABŞ və Rusiya Baş Qərargah rəislərinin görüş yeri kimi məhz Bakı seçilmişdi...
*****
Necə deyərlər, Azərbaycanın Şərqin İsveçrəsi roluna iddia eləməsinə ən çox haqqı çatır və buna uyğun gəlir. Belə rol təbii ki, Ermənistanlıq deyil. Bu, işğalçı ölkənin çəkisində olmayan, İrəvanın əli çatmayan bir statusdur. Və bu status Qarabağ probleminin ədalətli həllində bənzərsiz, hətta həlledici rol oynaya bilər - istər dinc həll yolu olsun, istərsə də müharibə variantı. \\musavat.com\\
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
|