Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub .....                     Qərbin hərbi yardımlarının hədəfi .....                     Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? .....                     “Rabitəbank” bu ailənin mənzilini əlindən alır .....                     Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər .....                     Tramp üç ölkəyə xəbərdarlıq edib .....                     “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir .....                     “Sako” ləqəbli tiktoker həbs edilib .....                     Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? .....                     Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək .....                     İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib .....                     Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi .....                     Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb .....                     “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət .....                     Şimşək çaxacağı ehtimalı var .....                     Marsda su ilə bağlı .....                     Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib .....                     Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU .....                     Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır .....                     ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur .....                     Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır .....                     “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: .....                     Pənah Hüseynin partiyasına dövlət pul ayırıb .....                     Əhməd Əhmədovdan yeni xəbər .....                     Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... .....                     Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib .....                     "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... .....                     Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri .....                     İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir .....                     Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi .....                     Mirzoyan gülünc duruma düşdü: .....                     Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi .....                     Bakıda keçmiş rəis həbs edildi .....                     Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? .....                     Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI .....                     Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... .....                     Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? .....                     Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... .....                     "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." .....                     Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub .....                 

Ağdam qaçqınlarından prezidentə müraciət - 48 məcburi köçkün ailəsi 30 ilə yaxındır ki, dözülməz şəraitdə yaşayır
Tarix: 4-03-2019, 10:20 | Çap et
Ağdam qaçqınlarından prezidentə müraciət
“Hürriyyət”ə daxil olan məktubu ürək ağrısı ilə oxuduq. Məktubda müharibənin ağrı-acısını yaşayan, taleyinə didərginlik, köçkünlük damğası vurulan insanların harayı var.

Həmin məktubu olduğu kimi oxucularımıza çatdırırıq:

“Mən, Hacıyev Teymur Kərəm oğlu Ağdam rayonundan məcburi köçkünəm. Ailəliklə Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən sanatoriyada məskunlaşmışıq. Ağdamdan çıxanda 13 yaşım vardı, indi isə artıq 40 yaşlı yetkin insanam. Bütün bu illəri əvvəlcə ata-anamla, indi isə həm də həyat yoldaşım və iki oğlumla birgə bu şəraitsiz binada keçirmişəm. 6 nəfərlik ailəmiz heç bir rahatlığı olmayan İki balaca otağa sığınıb.

5 ildir ki, məskunlaşdığımız bina tamamilə yararsız hala düşüb. Kanalizasiya sistemi sıradan çıxdığından bütün çirkab binanın zirzəmisinə axıb gedir. Antisanitariya və üfunət bina sakinlərinin həyatını cəhənnəmə döndərib. 60 il əvvəl inşa edilən yaşadığımız(buna yaşamaq demək olarsa), sanatoriyada bizim ailəmizlə birgə 48 ailə var. İki ailə Cəbrayıl rayonundandır, qalanları Ağdam rayonundan məcburi köçkünlərdir.

7 ay Fövqəladə Hallar Nazirliyinə təpik döyməkdən ayaqlarımız qırıldı. Nəhayət binamıza baxış keçirilib akt tərtib edildi, həmin aktda qeyd olundu ki, binamız qəzalıdı, yaşamaq üçün yararsızdır. Adıçəkilən sənədi götürüb “Qaçqınkom”a getdik. Onlar da bir həftə sonra gəlib adımızı siyahıya saldılar və tezliklə yeni binaya köçürüləcəyimizi bildirdilər.

Həmin gündən artıq 5 ay keçir, hər dəfə zəng edəndə, idarəyə gedəndə “narahat olmayın, müvafiq tədbirlər görülür, dövlət proqramına uyğun olaraq köçürüləcəksiniz, bir az gözləyin” deyərək, bizi arxayınlaşdırıb yola salırlar. Nə qədər gözləyək axı?!

“Müraciət etmədiyimiz qurum qalmayıb, hətta ölkə prezidentinə də məktub ünvanlamışıq, amma dərdimizə əlac edilmir”

Onlara deyirik ki, axı Fövqəladə Hallar Nazirliyi binada qalmağın həyat üçün təhlükəli olduğuna dair akt tərtib edib, bütün elektrik naqilləri üzdədir, kanalizasiya boruları dağılıb, yay-qış binada üfunət qoxusundan dayanmaq olmur, evlərdən elə növbənöv cücülər çıxır ki, bəlkə heç meşədə də elə canlılar yoxdur, bəs bütün bunları bilə-bilə bizi nədən başqa bir binaya köçürmürsünüz? Sözümüzü eşidən yoxdur.

Müraciət etmədiyimiz qurum qalmayıb, hətta ölkə prezidentinə də məktub ünvanlamışıq, amma dərdimizə əlac edilmir.

Mən ölkənin Birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyevaya da məktub yollamışdım. Həmin məktubda yazmışdım: “Mehriban xanım, Siz özünüz dəfələrlə çıxışlarınızda demisiniz ki, qəzalı binaların sakinləri köçürülməlidirlər. Amma nə vaxtdır söz verilsə də, bizi başqa binaya köçürmürlər. Nədən bu prosesi belə uzadırlar axı?

Aidiyyatıdövlət qurumlarının əl-ayağa düşməsi üçün mütləq bədbəxt hadisə baş verməlidir? 48 ailə daş-kəsəyin altında qalıb məhv olmalıdır? Böyükləri demirəm, onsuz da bizim həyatımızı müharibə puç etdi, heç olmazsa, körpələri düşünün, onların gələcəyi məhv olmasın”.

Amma təəssüf ki, bu günədək məktubum cavabsız qalıb.

“Bu yaşımda saçım-saqqalım tamam ağarıb, 80 yaşlı qoca təsiri bağışlayıram”

Keçmiş icra başçısının qəbulunda da olmuşuq. Birinci dəfə bizi normal qəbul edib dinlədi, ikinci dəfə isə “əl çəkin də, mən sözü bir dəfə deyirəm. Mən ev verən deyiləm axı!”,- söyləyib, qapıdan qovdu.

Xəzər rayonunun hazırkı icra başçısının qəbuluna düşməksə ümumiyyətlə mümükün deyil. “Qaçqınkom”un sədri ilə görüşmək də qismət olmadı. Müavini qəbul etdi məni, başıma “sığal çəkib” yola saldı.

İmkan da yoxdur ki, kirayə ev tutub ailəmi burdan çıxarım. Evin tək oğluyam, daimi işim yoxdur, evdə dərzilik edirəm, uniformalar tikirəm. Çox vaxt sifarişsiz qalıram. Uşaqlarım revmatizm xəstəliyinə tutulub, özüm 2012-ci ildən vərəmdən əziyyət çəkirdim. Borclara girib dəfələrlə Türkiyədə, İranda müalicə olunmuşam, şükür, indi yaxşıyam. Amma hələ də banklara faiz ödəyirəm, daha doğrusu, artıq ödəməyə imkanım yoxdur deyə icra məmurları tez-tez başımın üstünü alır. Bu da bir yandan məni sıxır. Yəqin buna görədir ki, bu yaşımda saçım-saqqalım tamam ağarıb, 80 yaşlı qoca təsiri bağışlayıram.

Atam 40 yaşından ikinci qrup əlildir, Ağdamdan çıxanda xəsarət almışdı, onurğası çatlamışdı, 25 ildir iş qabiliyyətini itirib, anam ona qulluq edir. Hazırda 65 yaşı var, 137 manat pensiya alır.

Valideynlərim, mən və oğullarım 22 manat məbləğində aylıq çörək pulu alırıq, 5 nəfər üçün ayda 110 manat edir. Xanımım əslən Ağdamdan olsa da, Sumqayıtda dünyaya gəlib, bu üzdən ona çörək pulu düşmür.

“Özümüz də, övladlarımız da xəstə düşmüşük, səsimizi eşidən, harayımıza hay verən yoxdur”

Hər iki oğlum savadlıdır. Çox istəyərdim ki, yaxşı məktəbdə oxusunlar. Amma maddi imkanım olmadığından sanatoriyada məcburi köçkünlərin uşaqları üçün yaradılan məktəbdə, metlax döşənmiş otaqda təhsil almaq məcburiyyətində qalıblar. Məktəb direktoruna dəfələrlə demişəm ki, Təhsil Nazirliyi qarşısında məsələ qaldırsın, məktəb üçün ayrılan otaq təmir olunsun, ya da heç olmazsa, döşəməyə xalçadan, palazdan bir şey sərilsin. Amma sözlərimə məhəl qoymayıb, buna görə hətta tutaşmışıq da.

Dediyim odur ki, burda məskunlaşan ailələr çox acınacaqlı bir vəziyyətdə yaşayır. Özümüz də, övladlarımız da xəstə düşmüşük, səsimizi eşidən, harayımıza hay verən yoxdur.

Kişi ağlamaz. Qürur deyilən bir şey var. Amma Allah şahiddir ki, Ağdamda hər cür şəraitimiz, rahat evimiz vardı. O zaman nə vaxtsa belə bir duruma düşəcəyimiz ağlıma belə gəlməzdi.

Ümidimiz yenə də ölkə başçısına və onun xanımı, Birinci vitse-prezidentədir. Sizin qəzetiniz vasitəsilə onlara müraciət edirəm və bizi-48 ailəni düşdüyümüz ağır durumdan qurtarmağı onlardan xahiş edirəm. Yerlərdəki məmurlar bizi eşitmir, bizi insan yerinə qoymur. Belə olan halda başqa kimə müraciət edə bilərik ki?!”

Ağdam qaçqınlarından prezidentə müraciət
Ağdam qaçqınlarından prezidentə müraciət
Ağdam qaçqınlarından prezidentə müraciət
Ağdam qaçqınlarından prezidentə müraciət
Ağdam qaçqınlarından prezidentə müraciət









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52
Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50
Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48
“Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40
Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38
Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35
Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31
Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24
ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12
Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08
“Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04
Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03
Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52
Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51
Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37
"3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36
Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34
İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30
Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29
Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26
Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24
Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20
Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18
Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14
Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11
Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06
Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04
"Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48
"Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45
"Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34
Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29
BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26
4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24
Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13
Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09
Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04
Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00
Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru