“Sputnik Azərbaycan”ın erməniləri müdafiə etməsinə NİYƏ GÖZ YUMULUR? - Anasının erməni olduğu iddia edilən...
Tarix: 7-03-2019, 12:45 | Çap et
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Rusiyanın "Sputnik" informasiya agentliyinin Bakı filialının baş redaktoru Mətin Yaşaroğlu məhz siyasi səbəblər üzündən vəzifəsindən istefa verib. Bununla bağlı yayılan informasiyalarda deyilir ki, "Sputnik" agentliyinin rəhbərliyi baş redaktorun Qarabağ məsələsində Ermənistanın mövqeyindən çıxış etməsini, münaqişə ilə bağlı yazılar verməməsini tələb edib. Mətin Yaşaroğlu isə irəli sürülən tələbə etiraz olaraq agentliklə yollarını ayırmağı qərarlaşdırıb. Məlumat üçün bildirək ki, buna bənzər hadisə bir neçə il öncə Gülnarə Məmmədzadənin rəhbərliyi zamanında da baş vermişdi. Belə ki, həmin vaxt "Sputnik Azərbaycan"ın rəhbəri Əziz Əliyevin informasiya siyasətində kəskin ermənipərəst mövqe tutması, eyni zamanda rəhbərliyin Qarabağ münaqişəsi ilə bağlı bir sıra bəyanatları çıxarması agentliyin rusdilli versiyasının bütün heyətinin işdən ayrılmasına səbəb olmuşdu.
Anasının erməni olduğu iddia edilən Əziz Əliyev kimə və nəyə xidmət edir?
Onu da qeyd etmək lazımdır ki, tanınmış jurnalist Mürtəza Bünyadlı hələ 2 il əvvəl özünün "facebook" səhifəsində yazdığı statusla "Sputnik Azərbaycan"ın rəhbəri Əziz Əliyevin iç üzünü açıb ortaya qoyub. Belə ki, "Rusiyadakı erməni lobbisinə xidmət etdiyi vurğulanan "azərbaycanlı" Əziz Əliyevin bu saytın başında saxlanılması ən azı ölkəmizin milli maraqlarına ziddir" deyən həmkarımızın sözlərindən belə aydın olur ki, "Sputnik Azərbaycan" erməni lobbisinə xidmət edir. Əziz Əliyevin anasının erməni olduğunu iddia edən Mürtəza Bünyadlının sözlərinə görə, adıçəkilən agentlik birbaşa Rusiyanın dövlət büdcəsi ilə maliyyələşir. Mövzu ilə əlaqədar yukselis.info-da yer alan məlumatda isə qeyd olunurdu ki, Rusiyanın "RİA Novosti" agentliyinin beynəlxalq şöbəsinin bazasında 2014-cü ilin noyabrında yaradılan "Sputnik"in baş redaktoru Marqarita Simonyan qondarma "erməni soyqırımı"nı təbliğ etməklə yanaşı, Rusiyadakı erməni diasporunun fəal üzvlərindən sayılır. Bildirilir ki, o, Dağlıq Qarabağ münaqişəsinə dair məqalələrində erməni mənafeyindən çıxış edərək, separatizmə dəstək verir, işğal faktına bəraət qazandırır, münaqişənin həllini tapmamasına görə, Azərbaycana qarşı əsassız ittihamlar səsləndirir.
Bu arada, "Sputnik" informasiya agentliyinin Ermənistanın maraqlarına xidmət etdiyini təsdiqləyən digər bir fakt isə 2016-cı ilin sentyabrında qeydə alınıb. Nəzərinizə çatdıraq ki, baş vermiş hadisədən bir qədər sonra bu barədə etibarlı mənbədən "Hürriyyət"in redaksiyasına məlum daxil olmuşdu. Həmin bilgilərdə deyilirdi ki, qyed olunan tarixdə Bərdə-Tərtər dəmiryol xəttinin yaxınlığında - məcburi köçkünlərin məskunlaşdığı ərazidə 2 nəfər naməlum şəxs çəkiliş aparmaq niyyətində olub. Sözügedən dəmiryol xətti strateji əhəmiyyət daşıdığından, həmçinin həmin ərazi cəbhə bölgəsinə yaxın olduğundan və bu xətt üzrə hərbi təyinatlı yüklər daşındığından, çəkiliş aparan şəxslər xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə dəvət olunmuşdular. Bu zaman məlum olub ki, hər iki şəxs "Sputnik.az" saytının regional əməkdaşlarıdır. İmişli sakinləri olan bu şəxslər ərazidə çəkiliş aparmaları üçün ezamiyyə vərəqələri olmadığından, fəaliyyətlərinin qanunsuz olduğunu etiraf ediblər. Eyni zamanda, bildiriblər ki, ərazidə çəkiliş aparılması haqda göstərişi onlara "Sputnik Azərbaycan"ın rəhbərliyi verib.
Qərb dövlətləri "Sputnik" informasiya agentliyinin Rusiyanın casus şəbəkəsi olduğunu bəyan edir
Yeri gəlmişkən, diqqətinizə çatdıraq ki, "Sputnik" informasiya agentliyinin fəaliyyəti Azərbaycanla yanaşı, bir sıra Qərb dövlətləri tərəfindən də ciddi etirazla qarşılanır. Məsələn, 2017-ci ilin may ayında Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emanuel Makron arasında Parisdə baş tutan görüşdən sonra jurnalistlərə açıqlama verən Makron "Sputnik"ə Fransadakı seçkiləri izləməyə icazə verilməməsinin səbəblərinə toxunarkən, adıçəkilən agentliyin Rusiyanın casus şəbəkəsi olduğunu bəyan edib: "Onlar jurnalistikadan başqa bir çox işlərlə, qara piar kampaniyası ilə də məşğul olurlar. Bu media qurumu mənim haqqımda nələr demədi ki? Məni homoseksual, daha sonra ABŞ-ın xüsusi agenti adlandırdılar. Həyat yoldaşımın məndən 24 yaş böyük olmasını ayıbım kimi təqdim etdilər". Hələ bu, harasıdır. "Sputnik" agentliyinə ABŞ-ın Nümayəndələr Palatası və Senatında gedən dinləmələrdə iştirak etmək üçün daimi buraxılış vərəqəsinin verilməməsi də, bu agentliyin Rusiyanın xüsusi xidmət orqanlarının nəzarətində olan və informasiya savaşında istifadə edilən casus şəbəkəsi olduğunu deməyə əsas verir. ABŞ nümayəndələr palatasının xarici işlər üzrə komitəsinin başçısı Ed Roysun bir müddət əvvəl "Sputnik"lə bağlı verdiyi açıqlama isə bu barədə deyilənləri tam qətiləşdirir. Belə ki, "Russia Today" və "Sputnik"in təsirindən narahatlığını ifadə edən Roys bəyan edib ki, bu media qurumları öz uğurlarına görə Rusiya xüsusi xidmət orqanlarının dəstəyinə borcludur.
Millət vəkilləri, media kapitanları və qeyri-hökumət təşkilatları "Sputnik Azərbaycan"ın bağlanmasını tələb edirlər
Beləliklə, qayıdaq "Sputnik" informasiya agentliyinin Bakı filialının baş redaktoru Mətin Yaşaroğlu ilə bağlı məsələyə. Nəzərinizə çatdıraq ki, artıq bir sıra millət vəkilləri, media kapitanları, o cümlədən qeyri-hökumət təşkilatları "Sputnik" agentliyinin rəhbərliyinin baş redaktordan Qarabağ məsələsində Ermənistanın mövqeyindən çıxış etməsi ilə bağlı tələbinə kəskin etirazlarını bildiriblər. Məsələn, "Qarabağ qaziləri" Birliyinin bu barədə yaydığı bəyanatda deyilir ki, Mətin Yaşaroğlunun erməni təbliğatına qarşı olması, ermənilərin maraqlarının birbaşa və ya dolayısı ilə təmin edilməsinə imkan verməməsi "Sputnik"in Moskvadakı erməni baş redaktoru Marqarita Simonyanın və agentliyin Azərbaycan ofisinin ermənipərəst direktoru Əziz Əliyevin xoşuna gəlməyib: "Qeyd edək ki, Mətin Yaşaroğlu ilə yanaşı, "Sputnik Azərbaycan"da çalışan, milli və dövlətçilik maraqlarına sadiq digər əməkdaşlara da həmişə xoş olmayan münasibət sərgilənib. Onu da dəqiq bilirik ki, agentlikdə çalışan kifayət qədər vətənpərvər və ədalətli jurnalistlər neçə illərdir erməni təbliğatına, imkanları daxilində, mane olublar. Düşünmək olardı ki, bu büronun erməni əsilli rəhbərinin əməlidir, amma Mətin Yaşaroğluyla bağlı baş verənlər göstərdi ki, bu Rusiya "Sputnik"inin məqsədi elə Azərbaycan bürosunda erməni təbliğatı aparmaq, Azərbaycan oxucusuna qarşı informasiya savaşında erməniyə kömək etməkdir. Unutmamalıyıq ki, müharibədə informasiya savaşı çox ciddi bir silahdır. "Qarabağ qaziləri" Birliyi baş verənlərə etiraz edir və tələb edirik ki, Mətin Yaşaroğlu dərhal yenidən öz işinə qaytarılsın, aegntliktdə erməni təbliğatı dayandırılsın! Əks təqdirdə kollektivində Azərbaycanın ləyaqətli övladlarının işləməsinə baxmayaraq, "Sputnik Azərbaycan" bağlansın. Erməni təbliğatına sinə gərən Mətin Yaşaroğlu və digər jurnalistlərimiz isə daha yüksək əməkhaqqı, daha yaxşı şərtlərlə digər işlərlə təmin edilsin!"
Qeyd edək ki, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da "Sputnik Azərbaycan" saytında baş verən son hadisələrə münasibət bildirib. Belə ki, Milli Məclisin plenar iclasında çıxış edən deputat Ombudsman aparatının "Sputnik Azərbaycan"da baş verənləri araşdırmasına ehtiyac olduğunu vurğulayıb: "Burada bəzi deputat həmkarlarım "Sputnik Azərbaycan"da baş verən hadisələrə toxundular. Hesab edirəm ki, Ombudsman aparatının "Sputnik Azərbaycan"da baş verənləri araşdırmasına ehtiyac var". Milli Məclisin deputatı, professor Fəzail İbrahimli isə demokrat.az-a açıqlamasında Azərbaycanda bu cür anti-milli mövqeyli xarici KİV-in fəaliyyət göstərməsinin yolverilməz olduğunu deyib: "Mənə elə gəlir ki, Əflatun Amaşovun parlamentdə qaldırdğı məsələ sıradan bir məsələ deyil. Bu, dövlətimizin və xalqımızın ruhuna təsir edə bilən kifayət qədər ciddi məsələdir. Hesab edirəm ki, müvafiq qurumlar, o cümlədən Əflatun Amaşovun özü bu məsələ ilə ciddi məşğul olmalıdırlar. Əflatun müəllim niyə Ombudsmana şikayət edir? O öz səlahiyyətləri çərçivəsində də bu məsələni qaldırmalıdır, ictimai rəyə təqdim etməlidir. Bunun hər hansı hüquqi forması var. Bu məsələ hüquqi müstəvidə həll olunmalıdır. Bu məsələ ilə bağlı müvafiq dövlət orqanları lazımı araşdırmalar aparıb, onun nəticələrinə uyğun olaraq ciddi addımlar atmalıdır". Baş vermiş olayı "Sputnik Azərbaycan"ın Azərbaycan dövlətinə və xalqına qarşı anti-mövqedə dayandığının sübutu kimi dəyərləndirən deputatın sözlərinə görə, bu agentliyin fəaliyyəti, ona rəhbərlik edən şəxslər ciddi araşdırılmalıdır: "Həmçinin, bu agentliyi himayə edən şəxslər barəsində də araşdırmalar aparılmalı, ciddi ölçü götürülməlidir. Qarabağ məsələsi bizim haqq işimizdir, millətimizin ağrılı yarasıdır. Ümumiyyətlə, bu cür qurumların qarşısında Qarabağla bağlı məsələ kifayət qədər ciddi qoyulmalıdır. Bu məsələdə iqtidarın və müxalifətin mövqeyi eynidir. Bu məsələdə millətimiz bütöv və vahiddir". Fəzail İbrahimli bəyan edib ki, anti-Azərbaycan mövqeyli agentliyin fəaliyyət göstərməsinə icazə verilməməlidir: "Axı anti-Azərbaycan mövqeyli bir agentlik nə üçün yaşamalıdır? Bu məsələ qanun müstəvisində həll edilməlidir. Lazımı qurumlar tərəfindən ciddi addımlar atılmalıdır".
"Zerkalo" qəzetinin baş redaktoru Elçin Şıxlı isə meydan.tv-yə açıqlamasında qeyd edib ki, Mətin Yaşaroğlu əsl azərbaycanlı jurnalist olduğundan həmin saytda olduğu dövrdə Azərbaycan əleyhinə informasiya yayımlanmırdı. Onun fikrincə, əgər Mətin Yaşaroğlu məcbur olub işdən çıxıbsa, deməli, onu bezdiriblər. "Onun bu durumla qarşılaşmasına heyfslənmirəm, amma onun işsiz qalmayacağına inanıram" deyən Elçin Şıxlı hesab edir ki, "Sputnik-Azərbaycan" saytının fəaliyyəti dayandırılmalıdır: "Çünki saytın rəhbəri ermənidir və Kremlin ən murdar təbəqəsinə işləyirlər. Bildiyimə görə, Azərbaycan bürosunda çalışanlar yaxşı məvacib də almır. Saytda çalışanların təxminən 60-70 faizi "Zerkalo" qəzetindən gedənlərdir, onların millətə sevgilərinə, jurnalistika etikasına heç bir şübhə ola bilməz. Sadəcə, bizdə elə vəziyyət yaratdılar ki, rusdilli Azərbaycan informasiya resursunu bağladılar. Əvəzinə Moskvanın resursunu çıxmağına şərait yaratdılar".
""Sputnik" agentliyində Rusiyanın əleyhinə bir kəlmə belə, tapa bilməzsiniz"
Mövzu ilə bağlı mövqeyini öyrəndiyimiz təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl "Hürriyyət"ə açıqlamasında "Sputnik" agentliyinin Rusiyanın siyasətinin təbliğ edilməsi məqsədiylə yaradıldığını bildirməklə yanaşı, onun keçmiş postsovet məkanının bir sıra ölkələrində nümayəndəliklərinin olduğunu qeyd etdi: "Agentlik Gürcüstanda olmasa da, Azərbaycan və Ermənistanda, o cümlədən Orta Asiya ölkələrində fəaliyyət göstərir. Rusiya həmişə informasiya məkanını əlinə alıb, informasiya müharibəsi aparmağı bacarıb. Və çalışır ki, həmin şəbəkədə Rusiyanın əleyhinə heç bir şey olmasın, əksinə yeri gəldikdə Kremlin mövqeyi nümayiş olunsun. "Sputnik-Azərbaycan"a gəlincə, bu şəbəkənin ölkəmizə təsir etmək nöqteyi-nəzərdən birbaşa casusluqla məşğul olduğunu demək doğru deyil. Ən azından, onların fəaliyyət göstərməsi ilə bağlı Azərbaycan Mətbuat Şurasının qərarı var".
Azərbaycanda Qərbin informasiya agentliklərinin, media qurumlarının fəaliyyətinə imkan verilməməsindən təəssüfləndiyini deyən təhlükəsizlik məsələləri üzrə ekspert bildirdi ki, bunun əksinə Rusiyanın informasiya agentliklərinin fəaliyyətinə şərait yaradılır: "Halbuki Rusiyanın "Sputnik" agentliyinin məqsədi informasiya müharibəsində hər şeyi qabaqlamaqdan ibarətdir. Orda Rusiyanın əleyhinə bir kəlmə belə, tapa bilməzsiniz".
"Rusiyadan o qədər çəkingən hərəkət edirlər ki, onların informasiya şəbəkəsi Azərbaycana daxil olur və hətta Ermənistanın əleyhinə yazı yazmamağı tələb edirlər"
İlham İsmayıl hesab edir ki, "Sputnik" agentliyinin Bakı filialının baş redaktoru Mətin Yaşaroğlundan Qarabağ məsələsində Ermənistanın mövqeyindən çıxış etməsinin tələb olunması Azərbaycanın maraqlarına uyğun deyil: "Bu səbəbdən də "Sputnik"in Azərbaycan filialını bağlasalar daha yaxşı olar. Bununla bağlı Mətbuat Şurası qərar verməlidir. Çünki Rusiya bu cür şəbəkələrlə həm bizlə informasiya müharibəsi aparır, həm də düşmənimizin əleyhinə bir kəlmə yazılmasına imkan vermir. Deməli, bu agentlik ümumiyyətlə bağlanmalıdır. Qeyd edim ki, "Sputnik" agentliyinin baş redaktoru erməni əsilli Marqarita Simonyan "Russia Today" telekanalının, o cümlədən "Rusiya 24" kanalının rəhbəridir. Ümumiyyətlə, ona bütün şərait yaradılıb, böyük vəsait ayrılıb və onun vasitəsi ilə Azərbaycana da təsir edirlər. Buna əvvəldən imkan verilməməli idi. Əgər imkan veriblərsə, bu, bizim Mətbuat Şurasının, ümumiyyətlə təbliğat, ictimai-siyasi məsələlərlə məşğul olan şəxslərin günahıdır. Elə bil, hamısı Rusiya qarşısında öhdəlik götürüb. Rusiyadan o qədər çəkingən, qorxaq hərəkət edirlər ki, ona görə də bu gün onların informasiya şəbəkəsi Azərbaycana daxil olur və hətta Ermənistanın əleyhinə yazı yazmamağı tələb edirlər. "Sputnik-Azərbaycan"da bizim millətdən olan əməkdaşların çalışmasına baxmayaraq, necə ki, səfirlikdə diplomatik pərdəsi altında casus şəbəkəsi yerləşdirilir, burda da informasiya şəbəkəsi altında yeri gəldikdə müəyyən işlər görülür".
"Heç cür imkan vermək olmaz ki, hansısa bir informasiya şəbəkəsi dövlət maraqlarını ayaqlar altına alsın"
Təhlükəsizlik məsələləri üzrə ekspertin fikrincə, 4 ildir ki, ölkəmizdə fəaliyyət göstərən "Sputnik-Azərbaycan"la bağlı bu gün daha geniş formalı narazılığın müşahidə olunmasının əsas səbəbi adıçəkilən agentliyin açıq şəkildə Ermənistanın mövqeyini müdafiə etməsidir: "Təbii ki, redaksiyanın içində hamı casus deyil. Orda əqidəli jurnalistlər də var. Həmin jurnalistlər də şikayət etdikdən sonra ictimai rəydə fikir yarandıqdan sonra bu məsələ gündəmə gəldi. Yoxsa, əvvəldən "Sputnik"in Rusiyanın informasiya şəbəkəsi olduğu və Azərbaycanın informasiya məkanına təsirdən ötrü yarandığı bəlli idi. Hesab edirəm ki, Azərbaycanın xüsusi xidmət orqanları indiyə qədər bununla bağlı müvafiq tədbirlər görməli idi. Yəqin ki, görülüb və bu gündən sonra da görülə bilər. Sadəcə olaraq, bizdə elə siyasət aparılır, Rusiyadan o qədər çəgingənlik var ki, onun adı olduqda maksimum xətrinə dəyməməyə çalışırlar. Bu dəfə də Rusiyanın xətrinə dəymədən, xüsusi sərtlik göstərilmədən məsələni yoluna qoymaq istəyirlər. Hakimiyyətin Rusiya ilə nə qədər yaxınlığı olsa da, Azərbaycanın dövlət maraqları var. Heç cür imkan vermək olmaz ki, hansısa bir informasiya şəbəkəsi dövlət maraqlarını ayaqlar altına alsın". Hurriyyet.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
• İsrailin Baş Qərargah rəisi gözlənilmədən Britaniyaya gedib
Bu gün, 12:52 |
|
|
|
• Səs-küylü işlərə baxan hakim təqaüdə göndərildi - FOTO
Bu gün, 12:50 |
|
|
|
• Azərbaycanda taksi qiymətləri 19% bahalaşıb – Rəsmi
Bu gün, 12:48 |
|
|
|
• “Milla”nın rəhbərinin direktor olduğu 13 milyonluq şirkət “maya”sını azaldır
Bu gün, 12:42 |
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
|