Elşən Salahovun BAŞI CƏNCƏLDƏ... - Bayrama qədər...
Tarix: 23-02-2023, 10:31 |
Çap et
DİA.AZ: - Xəzər rayon icra hakimiyyətinin başçısi Elşən Salahovun yaxın günlərdə vəzifəsi ilə vidalaşacağı gözlənilir. DİA.AZ bildirir ki, bu barədə məlumatı verən hökumətdəki mənbə RİH-lərin birdəfəlik ləğvinin bu il də ertələnəcəyini qeyd etməklə yanaşı, eyni zamanda Bakıda bir neçə başçı ilə bağlı qərarların veriləcəyini də xəbər verib.
Məlumata görə, Prezident İlham Əliyevin bu haqda Novruz bayramından öncə sərəncam imzalayacağı gözlənilir.
Mənbə qeyd edir ki, bayramdan öncə işdən çıxarılacaq icra başçılarından biri Xəzər rayon icra başcısı Elşən Salahovdur.
Qeyd edək ki, işdən çıxarılacaq bəzi icra başçıları haqqında hüquqi ölçü də götürülə bilər. Çünki onların da, yaxın günlərdə rayonlarda həbs olunan icra başçılarından geri qalmayan, çoxsaylı qanunsuzluqlar həyata keçirdiyi haqqında ölkə rəhbərliyində dəqiq bilgilər var. Son vaxtlar prezidentin bu cür məmurlara qarşı barışmaz mövqe sərgilədiyini nəzərə alsaq, hətta bəzi icra başçıları haqqında həbs qərarının gündəmə gəlməsi də istisna olunmur.
Qeyd edək ki, buna misal olaraq, bir neçə ay öncə Xəzər rayonu ərazisində şəhid bulağının sökulməsi sosial şəbəkədə ciddi narazılıq yaratmışdı.
Məsələ ilə bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...