Gəncə Gənclər Evində şübhəli satınalmalar – Qalib elan edilən “ailə podratı” kimindir?
Tarix: 7-06-2023, 10:53 | Çap et
Gəncə Gənclər Evi Sosial Xidmətlər Mərkəzi (SXM) 2022-ci ilin may ayının 12-dən 2023-cü ilin may ayının 3-dək dörd lot üzrə satınalma keçirib.
Qlobal.az xəbər verir ki, bu satınalmaların ümumi məbləği 72.032 manat təşkil edib.
Gəncə Gənclər Evinin 2022-ci ilin may ayının 12-də sifrişçi olduğu “tədbirlər” lotu üzrə satınalmanın məbləği 28.394 manat təşkil edib. Bu satınalamda fiziki şəxs Daşdəmirova Vüsalə Nizaməddin qızı qalib elan edilib.
Gəncə Gənclər Evinin sifarişçi olduğu növbəti satınalmaya 2022-ci ilin may ayının 18-də yekun vurulub. “Dəftərxana və təsərrüfat malları” lotu üzrə keçirilən bu satınalmanın məbləği 9.407 manat, qalibi isə “Eltun 2006” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
“Eltun 2006” MMC 2018-ci ilin may ayının 2-də dövlət qeydiyyatına alınıb. Şirkətin hüquqi ünvanı Samux rayonu, Kolayır kəndi, qanuni təmsilçisi isə altı gün öncə Gəncə Gənclər Evinin sifarişçi olduğu digər satınalmasında fiziki şəxs qismində qalib elan edilən Daşdəmirova Vüsalə Nizaməddin qızıdır.
Gənclər Evinin növbəti satınalması 2022-ci ilin iyul ayının 7-də keçirilib. “Dəxtərxana və təsərrüfat mallarının satınalınması” lotu üzrə keçirlən bu satınalmanın məbləği 9.440 manat, qalibi isə “ASIYA080” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
“ASIYA080” MMC 2022-ci ilin fevral ayının 18-də təsis edilib. Şirkətin hüquqi ünvanı Ucar şəhəri, Ş Qurbanov ev 37, qanuni təmsilçisi isə Mahmudov Rəfail Mahmud oğludur.
Gəncə Gənclər Evi son satınalmaya cari ilin may ayının 3-də yekun vurub. “İstehlakyönlü xidmətlərin (tədbirlərin) satınalınması” lotu üzrə keçirilən satınalmanın məbləği 24.791 manat olub. Satınalmada “FATİMƏ M” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilib.
“FATİMƏ M” Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ilin oktyabr ayının 18-də dövlət qeydiyyatına alınıb. Bu MMC-nin hüquqi ünvanı Ucar şəhəri, Ş Qurbanov ev 11, qanuni təmsilçisi isə Mahmudov Orxan Rafail oğludur.
Orxan Mahmudov Gəncə Gənclər Evinin 2022-ci ilin iyul ayının 7-də yekun vurduğu satınalmada qalib elan edilən “ASIYA080” MMC-nin qanuni təmsilçisi Rafail Mahmudovun oğludur.
Hər üç MMC-nin fəaliyyət profili, faktiki ünvanı, əlaqə telefonu barədə açıq internet resurslarında məlumat yoxdur.
Fəaliyyət profilləri barədə heç bir məlumat olmayan, qanuni təmsilçilərini qohumluq əlaqələri birləşdirən MMC-lərin hansı meyarlara əsasən 2 il ardıcıl olaraq Gəncə Gənclər Evinin sifarişçi olduğu satınalmalarda qalib elan edilmələri ortaya bir sıra suallar çıxarır.
Amil Qurbanov, Gəncə Gənclər Evi SXM-nin direktoru
Qlobal.az məsələ ilə bağlı Gəncə Gənclər Evi Sosial Xidmətlər Mərkəzindən mövqe öyrənib. Gəncə Gənclər Evi SXM-nin direktoru Amil Qurbanovun açıqlamasında deyilir: “Bildiririk ki, 2022-2023-cü illərdə Gəncə Gənclər Evi tərəfindən kotirovka sorğusu üçün elan verilmişdir. Elan nəticəsində müraciət edən təşkilatların ən aşağı qiymət təklif edəni seçib Azərbaycan Respublikası Satınalmalar üzrə Dövlət Agentliyinə göndəririk. Nəticə etibarı ilə təsdiqlənir və sənəd olaraq bizə göndərilir. Qeyd: Elan müddətində istənilən təşkilat sorğuda rahat şəkildə iştirak edə bilər və bütün müraciətlər ( qohumluq əlaqəsi necə olur olsun ) sistem tərəfindən təsdiqlənir. Bildiyininz kimi elan verən təşkilat elanın vaxtı bitənə qədər heç bir təklifi görə bilmir və müdaxilə edə bilmir. Qanunvericiliyə əsasən bir ünvanda fərqli təşkilatlar və yaxudda qohumluq dərəcəsi necə olursa olsun təşkilat qeydiyyatdan keçirə bilər və müstəqil şəkildə kotirovka sorğusunda iştirak edə bilər. Bunları araşdırmaq bizim vəzifəmiz deyil. Hər hansı problem olduğunda sistem tərəfindən qəbul edilmir. Beləliklə bildirmək istəyirik ki, sorğuda istənilən təşkilatın iştirakı müstəqildir. Hər iki ildə müraciət edən üç təşkilat yetərsay olduğu üçün aşağı qiymət göstərən birini seçirik və əlavə təşkilatların müraciətlərinin qarşısını ala bilmirik. Yəni digər təşkilatlar sorğuda iştirak edə bilərlər. Əlavə olaraq qeyd edim ki, təşkilatlardan biri narazı olduğu halda satınalmalara müraciət edib nəticələri ləğv etdirə bilir”.
Qeyd edək ki, Gəncə Gənclər Evi Sosial Xidmətlər Mərkəzi Gənclər və İdman Nazirliyinin tabeliyində fəaliyyət göstərir. //Qlobal.az//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Dövlət qurumu İKT malları aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 00:05 |
|
|
|
• Nazirliyin 1,5 milyonluq tenderinin qalibi - BƏLLİ OLDU
Bu gün, 00:02 |
|
|
|
• Ölkəmizdə diplomları tanınmayan universitetlərin siyahısı - DİQQƏT
Dünən, 23:54 |
|
|
|
• Ərdoğan Rusiya səfərini yarıda qoyaraq Türkiyəyə qayıdır - KİV
Dünən, 23:49 |
|
|
|
• O tunelin sifarişçisi Cavid Qurbanovdur: məsuliyyət daşıyırmı? - İLGİNC FAKTLAR
Dünən, 23:40 |
|
|
|
• Zəngəzur məsələsində çox dirəşirik: gərək yoxdur - Sukiasyan
Dünən, 23:36 |
|
|
|
• "Dedilər, get başqa işlə məşğul ol, Azərbaycanda kino var?"
Dünən, 23:34 |
|
|
|
• Elxan Baxışovun rəhbəri olduğu idarənin vergi borcu üzə çıxdı - DETALLAR
Dünən, 23:33 |
|
|
|
• “ABŞ həqiqətən sülhün tərəfdarı olsaydı...” - deputat
Dünən, 23:28 |
|
|
|
• Moskvada təlxəklərin şousu, təxribatçıların "siçan təlaşı" - Biz müttəfiqik?
Dünən, 19:02 |
|
|
|
• Kredit almaq asanlaşacaq: Bəs geri ödəmək? - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• "COP 29 tədbirinə ev sahibliyi edən Azərbaycan... Qərbin qərəzli bəyanatlarla təzyiq göstərməsinə çoxdan hazır idi"
Dünən, 18:56 |
|
|
|
• Qaya parçasının düşdüyü evin sahibəsi: - "Qardaşımın durumu ağırdır"
Dünən, 18:01 |
|
|
|
• Azərbaycanın BRİCS-ə üzvlüyü geosiyasi vəziyyətin tələbidir - ŞƏRH
Dünən, 18:00 |
|
|
|
• Bağçada övladına "Ketotifen" verilən ana: -"Təhdid edirlər, lakin şikayətimi geri götürməyəcəyəm"
Dünən, 17:57 |
|
|
|
• Naxçıvan Ali Məclisinin iclas zalı yenidən qurulacaq
Dünən, 17:55 |
|
|
|
• Həbsdəki “mahmudovçu” generalın azadlıq istəyi növbəti dəfə rədd edildi
Dünən, 17:53 |
|
|
|
• Polkovnik-leytenantla FHN arasında nə baş verir? - ŞİKAYƏT VERİB
Dünən, 17:48 |
|
|
|
• İcra başçısının sabiq müavininin məhkəməsi başlayıb - DETALLAR
Dünən, 17:47 |
|
|
|
• "Sinfidə 30-40 şagird varsa, keyfiyyətdən söhbət gedə bilməz" - Ekspert danışır...
Dünən, 17:44 |
|
|
|
• “Su altında qalan Sabunçu tuneli ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət etmişdik” – Fazil Mustafa
Dünən, 17:41 |
|
|
|
• BRİKS ölkələri G7-ni geridə qoyub: - Putin elə rəqəmlər səsləndirdi ki...
Dünən, 17:40 |
|
|
|
• Ehtiram Hüseynov işdən çıxdı - AÇIQLAMA
Dünən, 17:38 |
|
|
|
• Sabunçuda camaat ŞİKAYƏTÇİDİR... - İcra başçısı isə deyir ki...
Dünən, 17:30 |
|
|
|
• Leyla Əliyevanın təşəbbüsü ilə “Yer kürəsi uşaqların gözü ilə” beynəlxalq fotomüsabiqəsi keçirilir. - FOTO
Dünən, 17:18 |
|
|
|
• Sabunçuda narkotiklərin satışı ilə məşğul olan şəxs saxlanılıb - FOTO, VİDEO
Dünən, 17:15 |
|
|
|
• Məsuliyyətsiz sürücülər sığorta şirkətlərinə - 93 MİLYON MANAT ZƏRƏR VURUBLAR
Dünən, 17:12 |
|
|
|
• “Leş qarağaları kimi üstümə yığışdılar, utanırlar?” - Mətanət İsgəndərli
Dünən, 17:06 |
|
|
|
• Aktyorla xanımının qətlinin TƏFƏRRÜATI
Dünən, 17:02 |
|
|
|
• “Bizə çatanda deyirlər, camaatın anası, bacısı baxır, ayıb deyil?” - Ülvidən onu QINAYANLARA
Dünən, 16:59 |
|
|
|
• 15 il həbs cəzası alan iş adamı və digərləri Ali Məhkəməyə üz tutdu
Dünən, 16:57 |
|
|
|
• Ərdoğan - Putin anlaşması nəyi dəyişəcək? - AKTUAL
Dünən, 16:53 |
|
|
|
• Terrorçuların sülh müqaviləsiylə əlaqələndirilməsinin heç bir məntiqi izahı yoxdur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 16:41 |
|
|
|
• AP-nin Azərbaycana qarşı qərəzli mövqeyi nəyə hesablanıb? - Millət vəkili detallı danışdı
Dünən, 16:29 |
|
|
|
• Gürcü hərbi attaşe Papikyanla görüşdü
Dünən, 16:28 |
|
|
|
• Azərbaycan müdafiə nazirinin Qırğızıstana rəsmi səfəri davam edir
Dünən, 16:25 |
|
|
|
• Tanınmış vəkil komaya düşdü - hazırda reanimasiyadadır
Dünən, 16:22 |
|
|
|
• "MİDA" Binəqədidə inşa olunan yaşayış kompleksi üçün 1,4 milyon xərcləyəcək
Dünən, 16:20 |
|
|
|
• Bakıda 5 milyonluq mənzil – Orada kim yaşayır?
Dünən, 16:11 |
|
|
|
• İrəvan sərhəd sənədini niyə tələsik təsdiqlədi: - Bakıdan nə istəyirlər?
Dünən, 16:07 |
|
|
|
• Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən zabitinə hökm oxunub - 8 il...
Dünən, 16:04 |
|
|
|
• ATA QAZİ... OĞUL QAZİ... ikisi də İŞSİZ, DURUM AĞIR... - MÜRACİƏT
Dünən, 15:59 |
|
|
|
• Göyüşov və oğlu haqda yeni məlumatlar: - Milyonluq layihələr, qaranlıq tenderlər, xaricə daşınan sərvət…
Dünən, 15:52 |
|
|
|
• Pulu Elman Rüstəmov “yeyib”, vətəndaşın mülkü əlindən alınır - NONSENS MƏHKƏMƏ İŞİ
Dünən, 15:43 |
|
|
|
• Mövlam Şıxəliyevlə dövlət qurumu arasında pensiya qalmaqalı - TƏFƏRRÜAT
Dünən, 15:40 |
|
|
|
• Biləsuvarın keçmiş icra başçısı HƏBSDƏN BURAXILA BİLƏR - BUNA GÖRƏ...
Dünən, 15:38 |
|
|
|
• Məmur korrupsiyaya yol versə, lakin kimlərəsə kömək etsə, onun adı "çörəkverən kişi" qalır... - NİYƏ BELƏDİR?
Dünən, 15:33 |
|
|
|
• Sabunçuda iki nəfərin ölümünə səbəb olan tuneli tikən şirkətdən AÇIQLAMA - Günah sifarişi verəndədir
Dünən, 15:26 |
|
|
|
• Azərbaycan Mərkəzi Bankı "Cüzdan"a lisenziya verib
Dünən, 15:21 |
|
|
|
• Bütün ermənilərin katolikosu Bakıya gələ bilər - KİV
Dünən, 15:19 |
|
|
|
|