Əsas Səhifə > Cəmiyyət, Manşet > Məmməd Musayevin "şapka" statusu "sambrero"ya çevrilib?

Məmməd Musayevin "şapka" statusu "sambrero"ya çevrilib?


19-08-2016, 10:17
Məmməd Musayevin "şapka" statusu "sambrero"ya çevrilib?
Azərbaycan Sahibkarlar Konfederasiyasının sədri Məmməd Musayevin əsas fəaliyyəti bütün sahibkarlıq subyektlərinin mənafeyini müdafiəsi ilə bağlıdır. Bu mənada ölkənin şirkətlərinin ondan hansısa bir dəstək gözləməyə haqqı var. İnsafən, Məmməd Musayev də ən azı fəaliyyətini sahibkarlığın inkişafına təkan verə biləcək layihələrin həyata keçirilməsində maraql olan nüfuz sahibi kimi aparır. Əslində isə konfederasiya sədrinin maraq dairəsindəki şirkətlərin mənafeyinə işləyən vasitəçi kimi xarakterizə etmək olar. Bu da təbii qəbul edilməlidir. Çünki Məmməd Musayevdən bundan artığını gözləmək mümkün deyildi. Necə olmasa, onun özünün də korporativ maraqlarından irəli gələn belə vasitəçilikdə oliqarx maraqlarına toxunulmur, əksinə lazım gəldikdə iri şirkətlərin dövlət himayəsindən yararlanmasına təminat verilir. Gundelik-Baku.com olaraq qeyd edək ki, ölkədə kiçik və orta sahibkarlıq subyektlərinin sayının getdikcə azalması Məmməd Musayev üçün deyəsən qəbahət sayılmır. Çünki əslində kiçik və orta sahibkarlıq subyektlərinin maraqlarını bu adam müdafiəsinə sadəcə vaxt tapmır. Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti onlu da, onsuz da özünə yaxın beş-on orta sahibkara lazımi dəstəyini verə və onları hətta xaricə, o cümlədən Avropaya təcrübə toplamağa ezam edə bilir. Bu tədbiri həyata keçirməyə Azərbaycan Sahibkarlar Konfederasiyasının sədrinin pul-parası çatırsa, bunun özü də bir növ məqbul sayılmalıdır. Baxmayaraq k, ölkə miqyası üçün isə bunlar dənizdə bir damla effektinə bərabərdir. Məmməd Musayev şəxsi nüfuzundan istifadə edərək kənd təsərrüfatının inkşafı ilə bağlı kreditləri Sahibkarlığa Kömək Milli Fondunun direktoru Şirzad Abdullayevin xeyir-duası ilə öz bankına yönləndir, bunun ardınca «şapkalı» kreditə çevirərək sahibkarlara yardım adı ilə transfer edir. Təsadüfi deyildir ki, bu məsələ uzun illərdir ki, aqrar sektorda sahibkarlıq fəaliyyəti üçün dövlət kreditləşmələrindən yararlanmaq istəyən kiçik və orta sahibkarların ən ciddi probleminə çevrilib. Görünür, bu səbəbdən "şapka" Mamed ləqəbini almış Aqrarkredit SKT İH sədri kreditlərə etdiyi saxta əlavə faizləri xeyli artırdığından, sahibkarlar üçün əlçatmaz kredit "yükləyən""sambrero" Mamedə çevrilib. Son illərdə ölkədə aqrar sektorun inkişafına ayrılan milyonlarla manat kreditin hansı faiz dərəcəsi Məmməd Musayevin "payına" düşüb? Bu sualın cavabını əldə etmək istəyənləri də regionlarda min bir əziyyətlə zülm içində torpağın həqiqi sahibkarlığı ilə məşğul olan fermerlərlə görüşə çağırırıq. Onlar Məmməd Musayevin dövlət kreditləşməsinə ortaqlığının hansı "qanunla" tənzimləndiyini izah edə bilərlər. Bu isə dövlətimizin aqrar siyasətinin tələbləri ilə daban-dabana ziddiyyət təşkil edir. Ona görə də, Məmməd Musayevin öz biznes imperiyasını möhkəmləndirməsinə işləyən belə əməllər müvafiq strukturlar tərəfindən ciddi şəkildə araşdırılmalıdır. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. P.S.Yaxın saylarımızda Məmməd Musayevin ləğv olunmuş MTN-nin Baş İstintaq İdarəsinin rəisi olmuş general-mayor Mövlam Şıxəliyevlə sıcaq əlaqələri üzə çıxır yazısını oxuya bilərsiniz...

Geri qayıt