Əsas Səhifə > Cəmiyyət, Manşet > AzTV-də FETÖ rüzgarı
AzTV-də FETÖ rüzgarı5-05-2017, 11:24 |
Azərbaycan mediası Ukraynada yaşayan soydaşlarımızın üzləşdikləri çeşidli problemləri daim diqqət mərkəzində saxlayır. Bir yandan da bu ölkədə diasporanın parçalanmış vəziyyəti durumu daha da pisləşdirir. Amma nə yazıq ki, bu da son deyil. Söhbət ondan gedir ki, AzTV-nin bu ölkə üzrə müxbiri Mövsüm Aslanov da bir yandan aranı qataraq soydaşlarımızı üz-üzə qoymaqdadır. Əslində Mövsüm Aslanovun adı neçə vaxtdır ki, qalmaqallı olaylarda hallanır. Bir müddət əvvəl adı Elnur Aslanov və Ceyhun Osmanovun nurçularla əlaqədə hallanan Mövsüm Aslanov Türkiyənin Ukraynadakı səfirliyinin FETO-çularla bağlı qara siyahısına da salınmışdı. Həmin vaxt Türkiyə qəzetlərin birində FETO ilə hansısa formada əlaqəsi olanlarla bağlı siyahının mövcudluğu barədə sensasion məqalədən sonra onun adının da Ukraynada nurçularla ilişkiləri olan şübhəlilərin siyahısında Bakıya təqdim edildiyi deyilir. Və Bakıda da belə adı artıq qara siyahıdadır. Məlumata görə, bu barədə Az.TV sədri Arif Alışanova da məlumat verilib. Amma hansısa sirli qüvvə Aslanovu hələ də Azərbaycan televiziyasında qoruyub saxlamaqdadır. Düzdür, həmin qüvvənin Alışanovun müavini Elsevər Dünyamalıyev olduğu barədə isə bir qədər əvvəl mətbuat yazmışdı. Az TV-dəki mənbəmizin dediyinə görə, bir neçə gün əvvəl Ukraynadan onlarla ziyalının imzaladığı və Mövsüm Aslanovun əməlləri ifşa edən məktub Alışanova çatdırılıb. Alışanov isə Dünyamalıyevdən izahat istəyib. Məlumata görə, Dünyamalıyev çək-çevir edərək suallardan yayınıb. Amma əldə etdiyimiz başqa bir məlumata görə, Ukrayna azərbaycanlıları, Alışanovun tədbir görməyəcəyi təqdirdə ölkə rəhbərliyinə müraciət etməyə hazırlaşdığı bildirilir. Həmin məktubu isə Ukraynanın bütün əyalətlərinin diaspora rəhbərləri imzalayacaq. Artıq bu prosesə start da verilib. Təxminən eyni müraciət bir qədər əvvəl bir qrup Ukrayna diaspora rəhbəri tərəfindən Bakıya göndərilmişdi. Həmin müraciətdən bəlli olmuşdu ki, Ukraynanın Nikolayev vilayəti Azərbaycanlıları Konqresinin sədri Ələddin Məhərrəmov, Xerson Vilayəti Azərbaycanlıları Konqresinin sədri Əlimərdan Kərimov, Dnepropetrovsk vilayətində diaspor fəalı Eldar Tağıyev, Lvov vilayəti üzrə Azərbaycanlılar Konqresinin sədri (eyni zamanda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Lvov təmsilçisi) Məcid Nuxiyev, paytaxt Kiyevdəki akademik Zərifə xanım Əliyeva adına Beynəlxalq Elmi Tibbi Mərkəzin rəhbəri, tibb elmləri doktoru, bu ölkədə tanınmış azərbaycanlı professor Aydın Salmanov və digərləri AzTV-nin Ukrayna təmsilçiliyinin “qara siyahısında”dır. Onların bütün Ukrayna üzrə Azərbaycan diasporu olaraq aktiv fəaliyyəti M. Aslanov tərəfindən “blok” olunub. Bizimxeber.az-ın redaksiyasına daxil olan başqa bir məlumatda deyilir ki, Az.TV müxbirinin fəaliyyəti Ukraynadakı soydaşlarımıza münasibətdə ancaq maddi maraq üzərində qurulub. Ukraynada yaşayan və fəaliyyət göstərən azərbaycanlıların və diaspora təşkilatlarının tədbirləri işıqlandırılmır. Ən azı ona görə ki, Mövsüm Aslanovun öz siyasəti var. Bu da onun maddi maraqları ilə bağlıdır. Mənbənin dediyinə görə, vəziyyət o həddə çatıb ki, Aslanov diaspora arasında ayrı-seçkilik yaratmaqla bərabər, çox vaxt Arif Alışanovun da adını hallandırır. Öz maddi maraqlarını belə AzTV rəhbərliyinə çamur atmaqla əlaqələndirir. “Mən Bakıya pul verirəm”, “pulsuz heç nəyi çəkə bilmərəm” deyə şanlı telekanala yaraşmayan mesajlar verir. Mənbənin dediyinə görə, Ukraynadakı azərbaycanlılar, xüsusən də ziyalılar, iş adamları əmindirlər ki, Alışanovun bütün bunlardan xəbəri yoxdur. Onlar hətta cənab sədri Kiyevə belə dəvət etməkdə israrlıdırlar. “Biz yüzlərlə adamı bir yerə yığa bilərik. Qoy Arif müəllim onlarla görüşsün, əsil həqiqəti bilsin”. “Hərəmiz Ukraynada öz mövqeyi, söz sahibi olan adamlarıq. Əslində, biz Azərbaycan prezidenti cənab İlham Əliyevə, 1-ci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmək niyyətindəydik. Amma sizin müdrikliyinizə inanıb, ilk öncə sizə üz tuturuq” deyirlər. İndi söz cənab Alışanovundur. Ya FETO-çularla yola davam etməli, ya da Az.Tv-nin nüfuzunu qorumalıdır.(Bizimxeber.az) Geri qayıt |