Əsas Səhifə > Cəmiyyət, Manşet > Eldar Mahmudov komandası at oynadır:
Eldar Mahmudov komandası at oynadır:10-04-2020, 10:17 |
İki gün öncə Bakı-Ələt yolundakı karantin postunda polislərin qanuni əmrlərinə tabe olmayaraq yol qurğularını qırıb və maşınla ərazidən qaçan şəxslə bağlı maraqlı faktlar ortaya çıxıb. Belə ki, cumhuriiyet.az, yerli medianın məlumatına əsasən bildirir ki, hadisəni törədən Rəmzi Şükürov Milli Məclis Aparat rəhbəri xidmətinin məsləhətçisi vəzifəsində çalışıb. Hadisə ictimailəşəndən sonra Aparat rəhbəri onun işdən çıxarılması ilə bağlı əmr imzalayıb. Milli Məclisdən Rəmzi Şükürovun işdən çıxarılmasını təsdiqləsələr də, səbəbini açıqlamayıblar. Qeyd edək ki, polis tərəfindən saxlanılan R.Şükürov rəsmi xəbərlərdə iş adamı kimi təqdim olunurdu. Bildirilirdi ki, o “tikinti kralı” kimi tanınan Əvəz Şkürovun oğludur, özü də çoxmərtəbəli binaların tikintisi ilə məşğul olur. Bununla bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, bu Əvəz Şükürov sabiq MTN generalı, MTN-in İstintaq İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyevin sağ əli olub: “İdarə rəisi Azərbaycanda əsasən tikinti və restoran biznesi sahəsində böyük uğurlar əldə edib. Daha dəqiqi, Mövlan Şıxəliyev əslən İmişli rayonundan olan Əvəz Şükürovla biznes ortağı olaraq, tikinti sahəsinə də ciddi nüfuz edərək, böyük pullar qazanıb. Mövlan Şıxəliyev Əvəz Şükürovla o qədər yaxın və etibarlı biznes şəriki olub ki, onun oğlunu da yanına işə götürmüşdü. Daha doğrusu, Əvəz Şükürovun oğlu Bayram Şükürov MTN-nin tabeliyindəki hərbi hissələrdən birində xidmət etsə də, M.Şixəliyev qanunlara məhəl qoymadan onu özünün köməkçisi və nazirlikdəki “kassiri” kimi işlədib. Bundan başqa, Əvəz Şükürovün ikinci oğlu Rəmzi Şükürov MTN-nin Baş İdarə rəisi Akif Covdarovun Milli Məclisdə işləyən oğlu ilə birgə calişir.” Geri qayıt |