Əsas Səhifə > Cəmiyyət, Manşet > Veysəloğlunun OBA-sında KÖHNƏ HAMAM, KÖHNƏ TAS...

Veysəloğlunun OBA-sında KÖHNƏ HAMAM, KÖHNƏ TAS...


1-06-2022, 10:47
Veysəloğlunun OBA-sında KÖHNƏ HAMAM, KÖHNƏ TAS...
DİA.AZ: - "Veysəloğlu" MMC-yə məxsus olan "Oba" marketlər şəbəkəsi ilə bağlı ard-arda şikayətləri yayınlasaq da, açıqlanan faktlara nə münasibət öyrənə bilirik, nə də mövqe açıqlaması alırıq. Hər halda, görünəni odur ki, dia-az.site olaraq təqdim etdiyimiz vətəndaş şikayətlərinə və digər tənqid xarakterli faktlara qarşı tərəfin hansısa izahatı mövcud deyil.

Beləliklə, dia-az.site olaraq "Oba" market şəbəkəsi ilə bağlı növbəti şikayəti təqdim edirik:

Veysəloğlunun OBA-sında KÖHNƏ HAMAM, KÖHNƏ TAS...

""Oba" Marketlər şəbəkəsi kampaniya elan edib ki, guya 400-dən artıq məhsula 24.05.2022-06.06.2022 tarixlərində endirimlər tətbiq olunur". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Mübariz Mirzəyev adlı istifadəçi giley edir.

Veysəloğlunun OBA-sında KÖHNƏ HAMAM, KÖHNƏ TAS...

Daha sonra narazı vətəndaş yazır: "Bu gün (dünən -red.) Yeni Günəşli qəsəbəsində dörd "Oba" Marketə baş çəkdim, dörd adda məhsul axtardım, heç birində bu məhsullar olmadı. WhatsApp-da onlara yazıb səbəbini soruşuram, cavab vermirlər. "Oba" Market, sizə AR olsun!"

İddia olunanlarla bağlı dia-az.site olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt