Əsas Səhifə > Cəmiyyət, Manşet > "İşçini yoxsa, insan gözündə görmürlər?"

"İşçini yoxsa, insan gözündə görmürlər?"


31-07-2023, 08:57
"İşçini yoxsa, insan gözündə görmürlər?"
DİA.AZ: - Yenə nəqliyyat?! Özüldə vertalyot meydançası oldugu halda iş növbəsinin dəyisməsinə niyə vertalot ayrılmır? İşçilər soruşur ki, niyə? Düşünürəm ki, cavab - pis idarəetmədir!" DİA.AZ bildirir ki, bu açıqlama ilə tanınmış hüquq-müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı çıxış edib.

Daha sonra M.Qəhrəmanlı iişçilərin problemini aşağıdakı kimi təsvir edərək, əlaqədar qurumlara çağırışda bulunur: "Növbənin biri 20 gün yığır, o biri 10 gün yığır. Bunların özbaşınalığına görə camaatın çörəyinə bais olurlar.

SOCAR KQİT-nin Neft Daşlari - Günəşli İstehsalat bölümünün 1887 DSÖ-də növbə 29 iyulda olmalıydı. Küləyin səbəbindən növbə dəyişilməyib.

Bu gün ayin 31-dir, hələ ki "simen"in dəyisməsindən bir söz edən yoxdu. Minimum bu günden etibarən hələ 3 gün də külək gozlənilir. Əlahiddə özül olduğu üçün 1887 -yə hər vaxt gəmi yan almır.

Vertalyot meydançası olduğu halda növbə dəyisməsinə niyə vertalyot ayrılmır, işçini yoxsa insan gözündə görmürlər?"

Məsələ ilə bağlı dia-az.site olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...

Geri qayıt