Əsas Səhifə > Cəmiyyət, Manşet > Bakıdan Polad Bülbüloğluna Abbas Abbasovla bağlı təlimat
Bakıdan Polad Bülbüloğluna Abbas Abbasovla bağlı təlimat21-02-2014, 12:29 |
DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, Rusiya Azərbaycan Təşkilatları İttifaqı (RATİ) rəhbəri, Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasov rəsmi Bakı ilə münasibətlərini qaydasına sala bilməsi üçün özünə hazırda vəzifə başında olan nazirlərdən birini araçı kimi tutub. DİA.AZ-a daxil olan məlumatlarda qeyd olunurdu ki, Abbas Abbasov Kremlə elə bir ciddi soyuqluq yaşamayan Azərbaycan hakimiyyəti ilə şəxsi münasibətlərini də düzəltməkdə maraqlıdır. Amma deyəsən, onun bu niyyəti baş tutmayacaq. Bu barədə DİA.AZ-a hökumət içindəki bilgili qaynaqlardan daxil olan informasiyada deyilir ki, Abbas Abbasovun barışıq təşəbbüslərində bulunduğu bir ərəfədə Bakıdan Azərbaycanın Rusiyadakı səfirliyinə «Milyarderlər İttifaqı»nın rəhbəri ilə bağlı xüsusi təlimat ünvanlanıb. Mənbə iddia edir ki, təlimata görə, Abbas Abbasovun Azərbaycan səfirliyinin təşkilatçısı olduğu tədbirlərdə iştirakı arzuolunmaz olduğundan Rusiyadakı elçiliyimiz bunu nəzərə almalıdır. Qeyd edək ki, səfirlik bu yaxınlarda Xocalı soyqırımı ilə bağlı Moskvada müxtəlif tədbirlər hazırlayır və bu tədbirlərdə Abbas Abbasovun da iştirakı gözlənilirdi. Deyəsən, bu məlumatlar Bakının Rusiyadakı elçiliyimizə xəbərdarlıq etməsini zəruri edib. Geri qayıt |