Əsas Səhifə > Cəmiyyət, Manşet > Lerik sakini evinin dam örtüyünü dəyişdirtmək istəsə də, buna nail ola bilmir
Lerik sakini evinin dam örtüyünü dəyişdirtmək istəsə də, buna nail ola bilmir30-04-2014, 12:34 |
DİA.AZ: - Lerik rayonu N. Nərimanov küçəsi, ev 5-də yaşayan Qoşqar Xanlarov redaksiyamıza şikayət məktubu ünvanlayıb. Narazı vətəndaş tərəfindən DİA.AZ-ın e-mail ünvanına gələn məktubu olduğu kimi sizə təqdim edirik: "7 il qabaq rayonumuza dövlət tərəfindən pul ayrıldı. Eyni zamanda da rayonda evlərin dam örtükləri dəyişdirilərək, kirəmitlə əvəzləndi. Lakin dam örtüklərinin dəyişdirilməsi camaat arasında o qədər də razılıqla qarşılanmadı. O cümlədən də mən də narazı qaldım. Çünki vaxt kecdikcə kirəmit dam örtüyü yararsız hala düşüb, əsən güclü küləyə tab gətirməyib. Hazırda evimin dam örtüyü bərbad gündədir. Məsələylə bağlı aidiyyatı orqanlara bildirdim, lakin müsbət cavab ala bilmədim. Beləki RİH - nə şikayət etdim, dedilər ki, - Get özün,öz hesabına təmir et, dəyişdir. Bizlik deyil. Mənim də maddi imkanım buna yol vermir. Sonra istədim RİH - nə rəsmi ərizə yazım, buna da imkan vermədilər ki, - Ehtiyac yoxdur. Sonra istədim RİH başçısının qəbuluna düşüm, lakin qəbula düşə bilmədim. Məndən başqaları qəbula düşdü, ancaq mən yox. Sonrada dedilər ki, qəbul vaxtı bitti. Bu gun Lerik RİH başçısının müavini, Sosial iqtisadi məsələlər üzrə müavin Habil Məlikovun qəbulunda oldum. H. Məlikov isə şikayətimlə bağlı olaraq bildirdi ki, - Evinizin dam örtüyü ancaq o vaxt dəyişdirilə bilər ki, həmin ərazidə yaşayan digər sakinlərin də evlərinin dam örtüyü birgə dəyişdirilsin. Mən düşdüyüm vəziyyətlə bağlı hətta prezidentin də rəsmi saytına yazmışam, ancaq bu günə qədər cavab ala bilməmişəm. Xahiş edirəm şikayətimlə bağlı aidiyyatı orqanlar ölçü götürsünlər." Geri qayıt |