Əsas Səhifə > Cəmiyyət, Güney Press, Manşet > Artur Rəsizadənin yerinə keçmək istəyən məmurun özü bu gün hədəfə çevrilib

Artur Rəsizadənin yerinə keçmək istəyən məmurun özü bu gün hədəfə çevrilib


6-05-2014, 12:18
Artur Rəsizadənin yerinə keçmək istəyən məmurun özü bu gün hədəfə çevrilib
DİA.AZ: - Mətbuat uzun müddət baş nazir Artur Rəsizadənin yerinə bəlkə də yüzə yaxın «namizəd» taparaq, öz mülahizələrini diqqətə çatdırsa da, hər hansı yenilik müşahidə olunmadı. Əvəzində Artur Rəsizadə keçən ilin 22 oktyabr tarixində yenidən hökumətin rəhbəri kimi təsdiqləndi.

DİA.AZ-a hökumət içindəki mötəbər qaynaqlardan verilən informasiyada isə qeyd olunur ki, Artur Rəsizadənin vəzifə başında saxlanılması daha çox ona olan etimadla bağlıdır: «Artur Rəsizadə özünə olan inamı itirməyib. Həm də hansısa qrupp marağına oynamır. Hər zaman sədaqəti ilə seçilib. İntriqalı çevrələrdən uzaq durmağı bacarıb. Bu xarakteri isə ona olan etimadı daha da möhkəmləndirib».

Məlumatlı mənbə bildirir ki, bu günlərdə iqtidar daxilindəki qruplaşmalardan biri Rəsizadəni devirmə yolunda hərəkətə keçmək istəyib: «Bu xəbər «yuxarıların» nəzərini erkən cəlb etdiyindən, proses beşiyindəcə boğulub».

Onu da bildirək ki, kimin Artur Rəsizadənin yerinə keçmək istədiyi barədə dəqiq bilgilər olmasa da, xəbəri verən qaynaq dia-az.life-a açıqlamasında qeyd edir ki, həmin dairə bu gün hədəfdədir: «Və burada Artur Rəsizadənin postuna tamahlanma da ciddi faktor kimi çıxış edir».

Geri qayıt