Əsas Səhifə > Cəmiyyət, Manşet > Komitə sədrinin işdən çıxarmaq istədiyi qudaları ona “xox” gəliblər

Komitə sədrinin işdən çıxarmaq istədiyi qudaları ona “xox” gəliblər


15-05-2014, 11:48
Komitə sədrinin işdən çıxarmaq istədiyi qudaları ona “xox” gəliblər
DİA.AZ: - infom.az-a daxil olan məlumata gorə, Dovlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan Rayonlararası Yerquruluşu İdarəsində, sözün əsl mənasında, yiyəsizlikdir.

İdarənin müdiri 68 yaşlı Nadir Fərhadov olsa da, faktiki olaraq onun işlərini bu idarədə işləyən və həm yaşıdı olan həyat yoldaşı Namidə Həsənova aparır.

Hadir müəllimin başı Hacıqabul rayonundaki özünə məxsus torpaq sahələrindəki əkin-biçinə, heyvandarlıq təsərrüfatına qarışıb. Bu idarənin konkret fəaliyyəti nədən ibarətdir,- onu da bilən yoxdur.

Yaxın zamanlaradək əmək stajı toplamaq istəyən bir çox sələmçilərin, qızıl-zinət alverçilərinin adları Salyan Rayonlararası Yerquruluşu İdarəsinin əmək haqqı cədvəlində keçirdi, onların maaşı isə Hadir müəllimə çatırdı.

Ötən ilki yoxlamadan sonra işçilərin çoxu attestasiyadan keçmədiyi üçün burada müəyyən ixtisarlar oldu.

İdarənin rayonlardakı fəaliyyəti də ürəkaçan səviyədə deyil. Ərzilərin kordinatları səndlərdə düzgün yerləşdirilmədiyindən, tez-tez problemlər yaranır. Bunun əziyyətini isə sadə adamlar çəkir.

Vəziyətin bu idarədə dözülməz olduğunu DTXK sədri də bilir.

Lakin o, tədbir görə bilmir. Bunun iki səbəbi var. Əvvala, Fərhadovlar Qərib müəllimlə qudadırlar. İkincisi, Namidə Həsənova vaxtilə elə komitənin özündə çalışıb, sədrin kadrı olub.

Salyan Rayonlararası Yerquruluşu İdarəsinin adının açıqlanmasını istəməyən əməkdaşının infom.az-a dediyinə görə, ötən il onları işdən çıxarmağa etdiyi cəhd Komitə sədrini çətin duruma salıb.

Namidə Həsənova prezidentə teleqram vuraraq xahiş edib ki, onu Qərib Məmmədovla birgə qəbul etsin. Gorünür xanım uzun müddət DTXK-da işlədiyi üçün sədrin nöqsanlarından xəbərdar imış.

Müraciətdən xəbərdar olan Qərib müəllim dərhal fikrindən daşınıb və qudaları ilə razılığa gəlib.

Bundan sonra da ər-arvad Salyan Rayonlararası Yerquruluşu İdarəsini yenədə ailə təsərüfatı kimi idarə etməkdə davam ediblər.

Geri qayıt