Əsas Səhifə > Cəmiyyət, Manşet > Neftçalanın baş həkimini xəstə yaxınları döymək istəyibmişlər
Neftçalanın baş həkimini xəstə yaxınları döymək istəyibmişlər16-05-2014, 13:11 |
DİA.AZ: - Neftçalada səhiyyə sistemi özünün ən bərbad günlərini yaşayır. Bu barədə DİA.AZ-a daxil olan vətəndaş şikayətində qeyd olunur ki, əslində Neftçalada yetərincə savadlı tibb işçiləri olsa da, məhz Neftçala rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun özbaşına əməlləri sayəsində həm həkimlər və həm də xəstələr rayondan qaçaq düşüblər. Sakinlərin dia-az.life-a yazdıqları müraciətdə qeyd olunur: «Baş həkim səhiyyə sistemini bir bazar qaydası ilə idarə edir. Bütün tibb işçiləri vəzifələrinə müvafiq olaraq baş həkimə haqq verirlər. Hətta Telman Zahidov «mühasibatlıq» işlərini qarışdırmaması üçün ayrıca kitabça da tutdurub və aylıq olaraq bütün tibb işçiləri ona haqq verirlər». Sakinlərin müraciətində bildirilir ki, bu günlərdə pulu olmayan xəstə yaxınları ilə Telman Zahidov arasında mübahisə də yaranmışdı ki, məsələ hətta icra başçısının yanına qədər böyüyüb: «Telman Zahidov korbağırsaq əməliyyatına görə 800 manat pul istəyib. Halbuki Bakının özündə bu əməliyyatı 300 manatdan baha etmirlər. Buna etiraz edən baş həkimi xəstə yaxınları döymək istəyib. Lakin sonradan icra hakimiyyətinin müdaxiləsi onu döyülməkdən qoruyub». Onu da xatırladaq ki, Telman Zahidovun adı bu günlərdə daha bir ilginc olayda hallandırılmışdı. Belə ki, yayılan məlumata görə, bu günlərdə Neftçala Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov rayona çəkilişə gələn televiziya kanallarından birini “yola salmaq” üçün xəstəxanada həkim və tibb bacılarından pul yığmağa başlayıb. Xəbərdə deyilirdi ki, Telman Zahidov həkimlərdən 10 manat , tibb bacılarından isə 5 manat yığır. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Geri qayıt |