Əsas Səhifə > Cəmiyyət, Manşet > Milli Məclisin sektor müdiri ilə bağlı ŞOK İDDİALAR

Milli Məclisin sektor müdiri ilə bağlı ŞOK İDDİALAR


14-10-2015, 10:15
Milli Məclisin sektor müdiri ilə bağlı ŞOK İDDİALAR
DİA.AZ: - Noyabrın 1-də keçiriləcək Milli Məclis seckiləri yaxınlaşdıqca namizədlər arasında kompromat savaşı, qara piar aksiyaları da artmağa başlamışdır. Bu yöndə Qazax rayonu xüsusilə diqqət cəkir. DİA.AZ-a daxil olan məlumatlara görə, 107 saylı Qazax Seçki Dairəsində qeydə alınmış namizədlərdən biri, Milli Məclisin sektor müdiri Sərdar Məmmədov adı çəkilən bölgədə hər hansı bir uğur qazana bilməyəcəyini öncədən dərk etdiyi üçün, yerli müxalifətcilərə müraciət etməli olub. Köhnə dostu, 1992-ci ildə Xalq Cəbhəsinin hakimiyyəti dövründə naqis hərəkətlərinə görə vəzifədən qovulmuş, sonralar Klassik Xalq Cəbhəsi, ən nəhayət Müsavat Partiyasına üzv olmuş Azər Məmmədovla birləşib.

DİA.AZ bildirir ki, rayonda yayılan məlumatlara görə, Sərdar Məmmədov parlament seckilərində ən şanslı namizədə qarşı qara piar aksiyaları maliyyələşdirir. Bu məqsədlə Sərdar Məmmədovun sponsorlugu ilə təşkilat komitəsi də yaradılıb. Həmin təşkilat komitəsi real şansı olan, əhali tərəfindən böyük dəstək qazana biləcək namizədə səs verilməməsi ücün yayındırıcı psixoloji təsir vasitəsi olaraq, xüsusi vərəqələr yaymağa başlamışdır. Hətta bölgənin üsyana təşviq edilməsi üçün bəzi şəbəkələri hərəkətə gətirməyə çalışılır.

Qeyd edək ki, Ermənistanla həmsərhəd regionda yerləşən Qazax rayonu həssas bir regiondur. Burada əhalini üsyana təşviq etmək ölkəmizin milli təhlükəsizliyinə qarşı yönəlmiş təxribat kimi də saymaq olar. Ümid edirik ki, seçkilər haqqındakı qanunlara ədalətli şəkildə əməl olunması məsələsində yerli DSK, eləcə də MSK bütün bunları nəzərə alacaqdır.

Geri qayıt