Əsas Səhifə > Cəmiyyət, Manşet > Çörəyin qiyməti niyə bahalaşa-bahalaşa gedir?

Çörəyin qiyməti niyə bahalaşa-bahalaşa gedir?


9-01-2016, 12:41
Çörəyin qiyməti niyə bahalaşa-bahalaşa gedir?
Çörəyin bahalığına səbəb sadəcə undakı qiymət artımı deyilmiş. Belə ki, bu barədə Moderator.az-ı məlumatlandıran bilgili qaynağın sözlərinə görə, bu məsələdə duzun qiymətinin artırılması faktoru da mühüm rol oynayıb.
Mənbənin bildirdiyinə görə, çörəkbişirmə sexlərində istifadə edilən duzun hər kiloqramına görə qiymət əvvəlki vaxtlarla müqayisədə 24 qəpik artırılıb ki, bu da istehsalçıları çörəyin qiymətini qaldırmaq və ya onun çəkisindən “qənaət etmək” məcburiyyəti qarşısında qoyub. Sex sahibləri hesab edir ki, Azərbaycanda istehsal edilən duzun qiymətindəki bunca artım heç də zərurətdən irəli gəmir və bəzi işbazların daha çox qazanmaq, mövcud vəziyyətdən sui-istifadə etmək niyyətinin göstəricisidir.
Sex sahiblərinin qənəaətincə, duzun qiymətindəki son artım ləğv edilərsə və unun növbəti dəfə bahalaşmasına imkan verilməzsə, o zaman çörəyin qiymətinə istehlakçıların xeyrinə yenidən baxmaq mümkündür.

Geri qayıt