Əsas Səhifə > Cəmiyyət, Manşet > Deputat oğlunun müstəntiqlə məxfi danışığı
Deputat oğlunun müstəntiqlə məxfi danışığı21-01-2016, 10:56 |
Deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adının 8 milyonluq dələduzluq qalmaqalına qarışdığı haqda məlumat yerli medianın gündəmini zəbt edib. Vətəndaşlar Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov deyirlər ki, Həbib Axundovla dostu Elnur İbrahimovun yaratdıqları maliyyə fırıldağı piramidasının qurbanlarıdırlar. Onların sözlərinə görə, deputat oğlu pulları yığandan sonra dostunu xaricə qaçırmaqla onların pullarına sahiblənib. Deputat və oğlu onlara yönəlik ittihamların doğru olmadığını söyləsələr də, qarşı tərəf iddialarında israrlıdır. “Yeni Müsavat”a müraciət edən vətəndaşlar H.Axundovla E.İbrahimovun danışıqlarının səsyazmasını və həmin səsyazmanın stenoqramını redaksiyaya təqdim ediblər. Bildiriblər ki, həmin səs yazısını istintaqa da təqdim ediblər və araşdırlmasını istəyiblər. Lakin həmin səs yazısına baxan olmayıb. 31 iyun 2013-cü ildə deputat Elmira Axundovanın Şüvəlanda yerləşən bağ evinə piramidaya cəlb edilmiş 15-20 nəfəri H.Axundov dəvət edib. Zərərçəkənlər deyirlər ki, Həbib Axundov orada özünün də zərərçəkən olduğunu göstərmək üçün bağdakı danışıqdan sonra Elnur İbrahimovu Yasamal RPİ-nə aparıb. Orada müstəntiq Seymur Hidayətzadə Elnur İbrahimovu sərbəst buraxıb. Hadisədən sonra Həbib Axundov Elnur İbrahimovu öz evində saxlayıb. 6 iyul 2013-cü il tarixində isə onu “Qəbələ Qafqaz Resort Otel”ə anası Elmira Axundovanın yanına aparıb. Bu görüşdən 2 gün sonra Elnur İbrahimov kimlərinsə köməyi ilə ölkə hüdudlarını tərk edərək Gürcüstana keçirilib. Zərərçəkənlərin çoxsaylı şikayətlərindən 1 il sonra Bakı Şəhər Baş Polis İdarəsində Elnur İbrahimov barəsində cinayət işi başlanıb. Onun barəsində ölkə daxilində axtarış elan olunub. Zərərçəkənlər bildirirlər ki, E.İbrahimovun ölkə daxilində olmadığını müstəntiqə dəfələrlə deyiblər və barəsində beynəlxalq axtarış verilməsini istəyiblər. Lakin heç bir nəticə olmayıb. Zərərçəkənlərin haqlı sualı var – müstəntiq Ramil Məhərrəmovun dələduz Elnur İbrahimovu İnterpol xətti ilə axtarışa verməməsinin arxasında hansı məqsəd və qüvvə dayanır? Bunu araşdırmaq isə aidiyyəti orqanların işidir. Bir müddət öncə mediada deputat oğlunun bağındakı danışıqların stenoqramı yayımlanmışdı. dia-az.life Avrasiya.net-ə istinadən deputat oğlunun müstəntiq S.Hidayətzadə ilə həmin danışığın audioyazısını təqdim edir. Geri qayıt |