"Yalan deyirlər..." - Əli
Tarix: 3-03-2016, 09:45 |
Çap et
“Aşıqların milli geyimi yoxdur. Bunun əksini iddia edən yalan deyir. Aşıqlar Birliyi istədi geyim forması olsun, amma tikdirib ərsəyə gətirə bilmədi. Maliyyə problemi varıydı”.
Bu sözləri Axşam.az- açıqlamasında aşıq Əli deyib. O, aşıqların xüsusi geyimlərinin olması ilə bağlı yaranan problemlərdən danışıb:
“Bildiyimə görə, bu istiqamətdə Mədəniyyət və Turizm Nazirliyi müəyyən addımlar atacaq. Xanımların geyindiyi həmin geyimlər aşıq forması deyil. Qədimdə dövlət adamları hansı formanı geyinirdi, kişi aşıqlarda o cür geyinib səhnəyə çıxırdı. Bu da aşığın səhnə forması hesab edilib. Bu gün aşıqlar kostyum, qalstukda səhnəyə çıxır. Nazirliyin bu məsələnin tezliklə həll edəcəyinə və aşıqların səhnəyə özlərinə məxsus geyimdə çıxacaqlarına inanırıq”.