Onun maraqlarını qanunlar belə durdura bilmir... - Sabunçu xanı xanədanını genişləndirir
Tarix: 28-07-2016, 11:58 |
Çap et
Sabunçu rayonunun icra başçısı Adil Vəliyev SOCAR-ın balansında olan və rayon ərazisində yerləşən bəzi obyektləri və torpaq sahələrini balansdan sildirərək şəxsi məqsədləri üçün istifadə edir. Başçının hərraca çıxarılmış o obyektləridən birində, xeyli sayda qiymətli ağac növləri kəsilib. Bu yaxınlarda həmin ərazi hasara alınaraq tikinti işlərinə başlanmışdı. Lakin sonradan hansısa səbəbdən burada işlər dayandırıldı.
Yarımçıq tikinti meydançasına baxdıqda, qeyri-ixtiyari olaraq "ölümünü" gözləyən 100-dən artıq küknar və şam ağacının taleyini düşünməli olursan. Görəsən icra başçısı və biznesmen Adil Vəliyev nədən bu yaşıllıqların taleyinə biganədir? Belə qanunsuzluqlar nazirlik rəsmilərinin gözünə Adil Vəliyevin kabinetindən necə görünsün?
Məlumat üçün bildirək ki, Adil Vəliyev 2003-2012-ci illər ərzində özü təsis etdiyi “Euro style” LTD şirkətində çalışıb. Şirkət "Porsche","Audi","Seat", avtomobil markalarının ölkəmizdə rəsmi dileri kimi avtomobil bazarında söz sahibliyinə malikdir. 2011-ci il tarixindən etibarən "Euro Style Ltd" şirkəti Volkswagen AG-nin Azərbaycanda eksklyuziv idxalçısı oldu. Bununla da satış imkanlarını daha da genişləndirə bildi. Adil müəllim Bakı şəhər Sabunçu rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edildikdən sonra şirkətin fəaliyyətində rəsmi iştirakdan imtina etsə də, öz qeyri-rəsmi kurasiyasında saxlayıb.