Qazaxın da öz neftxudası var imiş... - Papaq altında yatan oliqarxlar...
Tarix: 5-08-2016, 10:38 | Çap et
Son vaxtlar dilimizdə tez-tez işlənən oliqarx sözünün çox maraqlı mənası var. Belə ki, qədim yunan dilindən tərcümədə bu söz özünün şəxsi maraqlarını ümummilli mənafeydən üstün tutan və bu maraqları təmin edə bilmək üçün böyük kapitala malik olan dövlət məmuru mənasını verir. Maraqlıdır ki, oliqarx adlana bilmək üçün, şəxsin mütləq böyük vəzifədə təmsil olunması heç də zəruri deyil. Əsas odur ki, oliqarx həm özünün, həm mənsub olduğu müəyyən dairənin maraqlarını təmin etmək üçün yetərincə maliyyə imkanlarına malik olsun. Təbii ki, istənilən bir ölkədə oliqarx və “oliqarxlığa iddialı” məmurların özbaşınalıqlarının qarşısının alınması, bu şəxslər tərəfindən əsasən sahibkarlığın inkişafı yolunda törədilən əngəllərin aradan qaldırılması, eləcə də büdcə vəsaitlərini talan edənlərin aşkar edilərək cəzalandırılması istiqamətində həyata keçirilən tədbirlər hər zaman sadə vətəndaşlar tərəfindən böyük məmnunluq və ruh yüksəkliyi ilə qarşılanıb.
O cümlədən, bu gün Azərbaycanda da getdikcə sürətlənən bu proseslər əhalinin ictimai-siyasi aktivliyinin yüksəlməsini stimullaşdırır. Ayrı-ayrı vətəndaşlar dövlət büdcəsini özlərinin gəlir qaynağına çevimiş məmurların ifşa olunmasında getdikcə daha yaxından iştirak etməyə, məmur özbaşınalıqlarına son qoyulması üçün dövlət orqanlarına əllərindən gələn yardımı göstərməyə çalışırlar. Məhz elə bu səbəbdən də son vaxtlar aidiyyatı olan qurumlara, o cümlədən kütləvi informasiya vasitələrinə bu və ya digər azğınlaşmış məmurun əməllərindən bəhs edən məlumatların daxil olmasında da bir artım müşahidə olunmaqdadır.
Artıq bir neçə müddətdir ki, “Bizim Dövr”ün redaksiyasına da «SOCAR Petroleum» QSC-nin 7 saylı Qazax Neft Terminalı Bazasının direktoru Zeynal Əhmədovun fəaliyyətində yer almış çeşidli qanun pozuntularından bəhs edən açıqlamalar təqdim edilir. Müxtəlif mənbələr tərəfindən təqdim olunan bu açıqlamalarda Zeynal Əhmədovun istər müəssisə rəhbəri kimi fəaliyyətində müşahidə olunan ciddi nöqsanlardan, istər bu şəxsin iş adamı kimi biznes sahəsində daha çox mənfəət qazanmaq naminə atdığı son dərəcə şübhəli addımlar, istərsə də onun heç də stabilliyi ilə seçilməyən siyasi baxışları və əlaqələri barədə ətraflı bəhs olunur. Əslində qəzetimizin ötən saylarında dərc olunmuş yazılarda bu açıqlamalardan bir çoxu öz əksini tapmışdır. Lakin aldığımız yeni açıqlamalar bütün əvvəlki məlumatların da bir növ sistemləşdirilməsinə ehtiyac olduğunu göstərir. Məhz bu səbəbdən də bugünkü yazıda müəyyən məqamları təkrar vurğulamalı olacağıq.
Ən böyük regional Neft Terminalı...
Aldığımız məlumatlarda «SOCAR Petroleum» QSC-nin 7 saylı Qazax Neft Terminalı Bazasının həqiqətən də respublikada fəaliyyət göstərən analoji müəssisələr arasında ən böyüklərindən biri olduğu vurğulanır. Bildirilir ki, bu terminalın fəaliyyət dairəsinə beş böyük rayon – Şəmkir, Qazax, Tovuz, Ağstafa və Gədəbəy rayonları daxildir. Başqa sözlə, 7 saylı Terminal bu bölgələrdə yerləşən bütün yanacaqdoldurma stansiyalarını, həmçinin müəssisə və təşkilatları yanacaq və sürtgü materialları ilə təmin edir. Məlumata görə, bütün bu tələbatı təmin etmək üçün hər gün Terminaldan 200 maşın yanacaq yola salınır. Əlbəttə ki, bu məqam Zeynal Əhmədovun maraqlarına xidmət edə biləcək ən əhəmiyyətli amil kimi xüsusi qeyd olunmalıdır. Necə deyərlər, böyük dövriyyə böyük imkanlar deməkdir. Baxdığımız halda isə, Zeynal Əhmədovun bu imkanları şəxsi maliyyə qaynağına çevirməsi, onun üçün son dərəcə təbii bir proses kimi müşahidə olunmaqdadır. Beləliklə də, 7 saylı Qazax Neft Terminalı Bazasının direktoru hər bir oliqarxa qarşı irəli sürülən birinci və ən vacib “tələbi” – yüksək maliyyə imkanlarına malik olmaq tələbini beləcə təmin edə bilir.
Oliqarxın ikinci xüsusiyyəti...
Bir qədər yuxarıda qeyd etdiyimiz kimi, oliqarx adına “layiq olmaq” üçün məmurun malik olması gərəkən digər bir xüsusiyyətdə də, onun öz maraqlarını sadə vətəndaşların mənafeyləeindən üstün tuta bilməsidir. Həm də bu yanaşma konkret əməllərdə öz təsdiqini tapmalıdır. Daxil olan məlumatlara görə, Zeynal Əhmədov bu xüsusiyyətə də kamil şəkildə sahib ola bilib. Mənbənin verdiyi açıqlamalarda qeyd olunur ki, «SOCAR Petroleum» QSC-dən bu terminal bazasına göndərilən neft, benzin, sürtkü yağları və digər meft məhsulları direktorun şəxsi seçımı əsasında satış məntəqələrinə paylanır. Başqa sözlə desək, yanacaq məhsullarının hansı məntəqələrə paylanacağını baza rəhbəri özü müəyyənləşdirir və bu zaman nə QSC-nin, nə də istehlakçıların maraqları qətiyyən nəzərə alınmır. Bu səbəbdən də bəzi satış məntəqələri və yanacaqdoldurma stansiyaları bazadan neft məhsulları almaqda böyük çətinlik çəkirlər. Həmçinin təqdim edilən məlumatlarda qeyd olunur ki, Qazaxda, Şəmkirdə, eləcə də Gəncəbasar bölgəsinə daxil olan digər rayonlarda təsərrüfatla məşğul olan insanların yanacaq məhsullarına tələbatının yüksək olması, baza direktoruna bir çox spekulyasiyalar etməyə geniş imkanlar yaradır. Bununla da Zeynal Əhmədov təsərrüfatların işinə süni əngəllər yaratmış olur. Biznes imperiyası... Artıq qeyd olunduğu kimi, tutduğu vəzifənin ona verdiyi imkanlardan yetərincə yararlanan Zeynal Əhmədov özünə böyük biznes şəbəkəsi yaradıb. İlk növbədə mənbələr baza direktorunun böyük bir daş karxanasının, Qazaxda “Avey” yanacaqdoldurma stansiyasının, Ağstafada “Orxan” şadlıq sarayının, Qazax şəhərinin mərkəzində, İcra Hakimiyyətinin binası ilə bir küçədə yerləşən “Finka” BOKT-nin, “Xalq Bank”ın binalarının və hələ də istifadəyə verilməmiş “Cəmalə” klinikasının şərikli sahibi olduğunu diqqət mərkəzinə çəkirlər. Başqa bir məlumata görə isə, Zeynal Əhmədov bir müddət bundan əvvəl Qazaxda yerləşən “Qərb qapısı” adlı restoranı 500 min manata Nail adlı bir vətəndaşdan alıb. Həmçinin açıqlamalarda Zeynal Əhmədovun Bakıda bir neçə lombard müəssisəsinin də sahibi olduğu qeyd edilir. Bundan başqa isə, əldə etdiyimiz daha bir məlumata görə, baza müdiri Yalta şəhərində turizm sahəsində fəaliyyət göstərən daha bir obyektə də şərikdir. Diqqət edirsinizsə, biz bütün bütün bu sadalamalar əsnasında Zeynal Əhmədovun şəriklərindən heç birinin adını qeyd etməmişik. Səbəb isə budur ki, bu şəxslərin kimliyi məsələsi xüsusi maraq doğuran və buna görə də ayrıca diqqət tələb edən bir məqamdır.
Şübhəli əlaqələr... Bu məqam həqiqətən də Zeynal Əhmədov barədə təqdim olunan açıqlamaların bəlkə də, ən maraqlısıdır. Məsələ bundadır ki, məlumatlarda neft-baza direktorunun birinci və ən əhəmiyyətli şərikinin keçmiş MTN naziri Eldar Mahmudovun bacısı oğlu olduğu bildirilir. Deyilənə görə, Zeynal Əhmədov bu şəxslə “Finka” BOKT-na və “Xalq Bank”-a icarəyə verdikləri binalara, eləcə də “Cəmalə” klinikasına şərikdir. Mənbə xüsusi olaraq vurğulayır ki, “Cəmalə” klinikası 5 mərtəbəli, tam təmirli, möhtəşəm bir binada yerləşməklə, bütün avadanlıqlarla təchiz olunmuş və istifadəyə tam hazır vəziyyətdədir. Lakin “MTN işi” ilə bağlı məlum hadisələrdən sonra klinikaya lisenziya verilməmiş, buna görə də müəssisə fəaliyyətə başlamamışdır. Zeynal Əhmədovun digər bir şəriki də “Avey” yanacaqdoldurma stansiyasının və Ağstafada “Orxan” şadlıq sarayının həmsahibi olan Elxan Cümənovdur. Mənbə bildirir ki, Elxan Cümənov daş karxanasına sahib olan iş adamı olmaqla bərabər, həm də rayonda radikal müxalifətçi kimi tanınır.
Və nəhayət, Zeynal Əhmədovun Yalta biznesində şəriklik etdiyi (ən azından son vaxtlara qədər) digər iş adamının da, keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) Qazax bölməsinin komandiri Elçin Əmiraslanovun yeznəsi olan Bünyamin adlı bir şəxs olduğu bildirilir.
Qazaxlı oliqarxın “özünüsığorta” siyasəti...
Ötən yazılardan birində biz qeyd etmişdik ki, Qazaxdan aldığımız məlumatlarda Zeynal Əhmədovun bilavasitə rəhbərlik etdiyi neft-bazada həyata keçirdiyi maraqlı “kadr islahatlarından” da bəhs olunur. Bu xüsusda bizimdovr.az-a açıqlama verən Qazax şəhər sakini göstərmişdi ki, hələ 2009-cu ildə Zeynal Əhmədov öz doğma bacısının adını terminalın ştatına mühasib vəzifəsinə yazıb. Lakin indiyədək bu xanım işə çıxmayıb. Bu yaxınlarda isə, əsil adı Həvva olan, lakin hamının Xanım deyə müraciət etdiyi bacı birdən-birə neft-bazaya təşrif buyurub. Həm də sadəcə mühasib deyil, birbaşa baş mühasib kimi. Ən son aldığımız açıqlamada isə, bildirilir ki, Zeynal Əhmədov həmçinin Elxan Cümənovu da neft-bazaya mühasib kimi işə qəbul edib. Mənbənin deməyinə görə, bu addımları atmaqla, Zeynal Əhmədov törətdiyi maliyyə maxinasiyalarının aşkara çıxmasından özünü maksimum sığortalamaq məqsədi güdür.
Yekun
Beləliklə, bütün bu fakt və iddiaların araşdırılması birmənalı olaraq bunu deməyə əsas verir ki, «SOCAR Petroleum» QSC-nin 7 saylı Qazax Neft Terminalı Bazasının direktoru Zeynal Əhmədov heç bir mübaliğəyə yol vermədən, özünü ən azından “regional çəkili” oliqarx adlandıra bilər. Əlbəttə ki, biz bunun məmurun özü üçün yenilik olmadığını gözəl bilirik. Amma hər halda, ümid edirik ki, bu faktın mətbuatda öz təsdiqini tapması müəyyən qurumların da diqqətindən yayınmayacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:40 |
|
|
|
• Marsda su ilə bağlı YENİ SÜBUT
Bu gün, 12:38 |
|
|
|
• Gürcüstanda prezident seçkilərinin vaxtı bilinib
Bu gün, 12:35 |
|
|
|
• Azərbaycandan milyonlarla pul çıxaran biznesmenlər TUTULDU - ŞOK FAKTLAR
Bu gün, 12:31 |
|
|
|
• Həbs edilən hərbi attaşe bu akademikin qardaşıdır – 70 kiloqram qızıl beynəlxalq qaçaqmalçı şəbəkənin olub?
Bu gün, 12:24 |
|
|
|
• ARB-nin 5 mərtəbəli studiya binası hansı məmura məxsusdur - İLGİNC...
Bu gün, 12:12 |
|
|
|
• Elnur Abdullayev borcları qaytarmaq üçün çabalayır – “Kontakt”ın məhkəmə çəkişmələri rekord səviyyədədir...
Bu gün, 12:08 |
|
|
|
• “Məktəb direktoru” olan Xalq artistinə TƏZYİQ: - “Məni söyürlər”
Bu gün, 12:04 |
|
|
|
• Pənah Hüseynin partiyasına dövlət pul ayırıb - MƏBLƏĞ
Bu gün, 12:03 |
|
|
|
• Əhməd Əhmədovdan yeni xəbər - Heç kəs şikayət vermədi
Bu gün, 11:52 |
|
|
|
• Əgər Berbok Azərbaycanı “danlayırsa”, deməli... – Markov
Bu gün, 11:51 |
|
|
|
• Univermağın 70 min manata yaxın pulunu mənimsəyərək “Tik-Tok”da xərcləyib – MƏHKƏMƏ
Bu gün, 11:37 |
|
|
|
• "3 ildir nazirə və nazirliyə çoxsaylı müraciətlər ünvanlasaq da... - heç bir cavab verilmir"
Bu gün, 11:36 |
|
|
|
• Paşinyanın “hər şeyi unudaq” və Bakıya güzəşt təklifinin sirri - qorxusu bu imiş...
Bu gün, 11:34 |
|
|
|
• İranda Azərbaycanın tibb sahələri üzrə verdiyi diplomlar qəbul edilmir - Canlarının QƏDRİNİ BİLİRLƏR...
Bu gün, 11:30 |
|
|
|
• Kənd yolunun təmiri üstündə dava qanla nəticələndi - MƏHKƏMƏ
Bu gün, 11:29 |
|
|
|
• Mirzoyan gülünc duruma düşdü: - Hələ təyin olunmayan naziri təbrik etdi
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan Akopyanı Dövlət Gəlirləri Komitəsinin rəhbəri təyin etdi
Bu gün, 11:24 |
|
|
|
• Bakıda keçmiş rəis həbs edildi - FOTO
Bu gün, 11:20 |
|
|
|
• Həkimlərin "gözəllik əməliyyatı": Ülviyyə İlyasovanı kim öldürüb? - ARAŞDIRMA
Bu gün, 11:18 |
|
|
|
• Evli ola-ola qız qaçıran şəxsin meyiti BAQAJDAN ÇIXDI - TƏFƏRRÜAT
Bu gün, 11:14 |
|
|
|
• Nəcəflinin Talıbovdan ƏXZ ETDİKLƏRİ... - "Onların adlarını pul yazıb, ciblərinə qoyurlar"
Bu gün, 11:11 |
|
|
|
• Ədalət Verdiyevin həbsinin səbəbləri: Ehtiyatsızlıq, yoxsa qanun pozuntusu? - AKTUAL
Bu gün, 11:06 |
|
|
|
• Salyanda sakinlər BUNA GÖRƏ NARAZIDIR... - "...yola daş-çınqıl tökməkdən beziblər"
Bu gün, 11:04 |
|
|
|
• "Medianı “trol” yığnağı ilə hörmətsiz edən o məmur..." - MÜSAHİBƏ
Bu gün, 11:00 |
|
|
|
• Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub - ƏMR
Bu gün, 10:48 |
|
|
|
• "Taliban" Rusiyada qadağan olunmuş təşkilatlar siyahısından çıxarılır
Bu gün, 10:45 |
|
|
|
• "Rusiyanı da Turana qoşmaq olar, çünki onun tərkibində 8 türk dövləti var" - Novella Cəfəroğlu
Bu gün, 10:34 |
|
|
|
• Minimum pensiyanın artırılması nəzərdə tutulur, amma... - Görünəni odur ki...
Bu gün, 10:29 |
|
|
|
• BP AGT rəhbərliyində yeni təyinatlar olub - DETALLAR
Bu gün, 10:26 |
|
|
|
• 4 yüksək posta təyinat OLA BİLƏR - Bakı merinin müavinləri yoxdur
Bu gün, 10:24 |
|
|
|
• Qazaxıstanın Bakıdan qəribə gözləntisi – Ekspert “mümkün deyil” dedi
Bu gün, 10:13 |
|
|
|
• Mərkəzi Bank “Sara Qrup”u valyuta qaydalarını pozduğu üçün cərimələyir
Bu gün, 10:09 |
|
|
|
• Mağazanı qarət edən azərbaycanlı dəstə ələ keçirildi
Bu gün, 10:04 |
|
|
|
• Bu ölkə "S-300"lərini Ermənistana VERİR - "enikos.gr"
Bu gün, 10:00 |
|
|
|
• Fransa səfirinin İranda Qərbi Azərbaycan axtarışı - ŞƏRH
Bu gün, 09:53 |
|
|
|
• Şirvan şəhər Mərkəzi Xəstəxanası ÖZBAŞINA QALIB... - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:48 |
|
|
|
• Ədalət Verdiyevi hansı cəza gözləyir? - 7 ilədək həbs...
Bu gün, 09:45 |
|
|
|
• Qardaşlar qadına qarşı əxlaqsız təkliflər edən dayısı oğlunu qaz borusuna bağlayaraq biabır ediblər - TƏFƏRRÜAT
Bu gün, 09:42 |
|
|
|
• AZAL-dan “Uçuran Cümə” kampaniyası: aviabiletlərə 30%-dək endirim - DİQQƏT
Bu gün, 09:38 |
|
|
|
• Əmək müqaviləsi bağlanılarkən bu şərtlərə əməl edilməlidir - Ekspert danışır...
Bu gün, 09:31 |
|
|
|
• "Heç `Dilçilik məktəbi`nin nə olduğunu bilirsiniz?!" - ETİRAZ VAR...
Bu gün, 09:27 |
|
|
|
• Vasif Talıbovun oğlunun federasiyası LƏĞV OLUNDU
Bu gün, 09:21 |
|
|
|
• Bu, Bakının qırmızı xəttidir: İrəvan pis duruma düşür - Areşev
Bu gün, 09:12 |
|
|
|
• Kərki və Başkəndin taleyi belə həll edilir, digər kəndlərə yol isə... - Şərtlər açıqlandı
Bu gün, 09:11 |
|
|
|
• `Kristal Abşeron`un `Aznet`lə soyğunçu monopoliyası... - NARAZILIQ VAR...
Bu gün, 09:09 |
|
|
|
• Ukrayna Silahlı Qüvvələri bu şəhəri ruslardan azad etdi - UNİAN
Bu gün, 09:07 |
|
|
|
• İrəvana pis xəbərim var: Trampın mesajı budur – Xaçikyan
Bu gün, 09:06 |
|
|
|
• Azərbaycanda 26 illik şirkət bölünür
Bu gün, 09:04 |
|
|
|
• Yediyimiz ərzağın mənşəyi ilə bağlı şok iddialar - hər birimiz TƏHLÜKƏDƏYİK...
Bu gün, 09:01 |
|
|
|
|