“Nort Vest” tikinti şirkəti qanunlara məhəl qoymur - İŞÇİLƏR BU BARƏDƏ PREZİDENTƏ MÜRACİƏT ETDİ
Tarix: 15-05-2017, 13:33 | Çap et
Son zamanlar bəzi özəl şirkətlər tərəfindən vətəndaşların hüquqlarının pozulması, işçilərin əsassız yerə işdən azad olunması hallarına tez-tez rast gəlinir. Həmin müəssisələrdən, yəni ölkənin əmək qanunvericiliyinə zidd addımlara yol verənlərdən biri də “Nort Vest” tikinti şirkətidir. Belə ki, Gununsesi.info-ya bir qrup Gəncə şəhər sakini əmək hüquqlarının pozulması ilə bağlı müraciət edib. Onlar Gəncə şəhərində “Nort Vest” tikinti şirkətində qarşılaşdıqları haqsızlıqlardan ölkə başçısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya şikayət ediblər. Adıçəkilən şirkətin hüquqları pozulan 15 əməkdaşının müraciətini Gununsesi.info olduğu kimi təqdim edir: “Hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım! Ulu Öndərimiz, Ümummilli Liderimiz H.Əliyev deyirdi ki, mən fəxr edirəm ki, azərbaycanlıyam! Biz də həmişə fəxr edirik ki, azərbaycanlıyıq! Möhtərəm Prezident! Azərbaycan vətəndaşları olaraq Sizin daxili və xarici siyasətinizi həmişə dəstələyirik. Bildiririk ki, 2015-ci ildən Gəncə şəhərində Mirəli Qaşqay küçəsində tikinti işləri lahiyəsini həyata keçirən “Nort Vest” tikinti şirkətində fəhlə kimi işə başlamışıq. Vaxtı-vaxtında işimizə gəlib- getmişik. İşlədiyimiz işlərdə heç bir qüsur və nöqsanlara yol verməmişik. Rəhbərliyin göstəriş və tapşırıqlarını layiqincə yerinə yetirmişik. Biz həmin şirkətdə işə götürülən zaman şirkətlə aramızda əmək müqaviləsi tərtib olunmadı. Ancaq buna baxmayaraq, hər dəfə gördüyümüz işlərin əməkhaqqını almışıq. 07 may 2017-ci il tarixdə iş gününün axırında şirkətin rəhbərliyi tərəfindən işçilərdən Namiq Nəcəfov, Ədalət Murquzov, Rəhman Məmmədov, Ramil Cəlilov, Azər Abbasov, Eldar Aydınov, Cəfər Cəfərov, Əhməd Əhmədov, Hüsənbay Əhmədov, Ruhid Əhmədov, Sərxan Camalov, Ümüd Süleymanov, Kamran Süleymanov, Sərdar Boranov və Ceyhun Allahverdiyevə səhər işə gəlməməyi bildirdilər. Bununla bağlı səhəri gün iş icraçısına işdən azad ediləcəyimiz haqda nəyə görə əvvəlcədən məlumatlandırılmamağımızı soruşduq. Həmçinin özümüzə iş yeri tapana kimi şirkətdən bizə kompensasiya verilməsini tələb etdikdə, haqqını tələb edənlərə xoşagəlməz cavablar verildi. Bildirildi ki, sizə heç bir kompensasiya verilə bilməz. Səbəbini isə göstərmədilər. Amma nədənsə bizdən üç ay əvvəl işdən çıxarılan bir qrup işçiyə əvvəlcədən bir aylıq kompensasiya verilmişdi. Cənab Prezident! Əgər şirkət tərəfindən işdən çıxarılmağımız barədə bir ay əvvəldən xəbər versəydilər, özümüzə yeni iş yeri axtarıb tapardıq. Çünki 15 işçinin işsiz qalması onların ailəsinin də ac qalması deməkdir. Hər birimizin ailəsi dörd-beş nəfərdən ibarətdir. Yəni şirkətin bizə etdiyi haqsızlıq sayəsində iki yüz nəfərin çörəyi kəsilib. Cənab Prezident! Sizin 27.04.2017-ci il tarixli tikintidə işləyən işçilərlə bağlı imzaladığınız mötəbər fərmanları iş icraçısına xatırlatsaq da, vecinə almadı. Sözlərimizə məhəl qoymayaraq kinayə ilə dedi ki, bu barədə hara istəyirsiniz, şikayət edə bilərsiniz. Möhtərəm Prezident! Qeyd etdiyim haqsızlıqlar Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələrində öz əksini tapıb. Azərbaycan Respublikasının hər bir vətəndaşının prezidenti kimi bizə kömək edin. Müraciətimizi nəzərə alıb, hüquqları pozulmuş işçilərin bir aylıq kompensasiyasının verilməsi üçün göstəriş verməyinizi xahiş edirik. İmza: Nəcəfov Namiq Murquzov Ədalət Məmmədov Rəhman Cəlillov Ramil Abbasov Azər Aydınov Eldar Cəfərov Cəfər Əhmədov Əhməd Əhmədov Hüsənbay Əhmədov Ruhid Camalov Sərxan Süleymanov Ümüd Süleymanov Kamaran Boranov Sərdar Allahverdiyev Ceyhun
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
• "Rayonlara, dağlara gedəndən sonra özümü efirə yad hiss edirəm
Bu gün, 13:13 |
|
|
|
• Abşeronda saxlanılan 9 nəfərdən 14 kiloqram müxtəlif növ narkotik vasitə aşkarlanıb - FOTO, VİDEO
Bu gün, 13:08 |
|
|
|
• Bu, Əliyevin qələbəsidir - Solonnikov
Bu gün, 13:05 |
|
|
|
• Mənfi obrazına görə nifrət qazanan AKTYOR: - “Qohumlarım deyir ki, səndən…”
Bu gün, 13:03 |
|
|
|
• “Kim camaatın pulu yoxdur deyirsə, yalandır” - deputat
Bu gün, 12:53 |
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
|